VII Georgi (gürc. გიორგი VII) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı. 1393-1407-cü illərdə hakimiyyətdə olmuşdur. Çar V Böyük Baqratın və Trabzon imperatoru Böyük Vasilinin qızı Helena Komninanın oğludur. O, 1366-cı ildə anadan olmuşdur. Həmin ildə anası Helena Komnina vəfat etmişdir.[1]
VII Georgi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1366 |
Vəfat tarixi | 1407 |
Atası | V Baqrat |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Georgi şahzadəlik dövründə Gürcüstanın müxtəlif bölgələrində əhəmiyyətli vəzifələr tutmuşdur. VII Georgi dövründə, 1394-1403-cü illərdə Gürcüstan bir neçə dəfə Teymurilərin hökmdarı Əmir Teymurun yürüşlərinə məluz qalmışdır. Yürüşlər 1394-cü ilin bahar və payız aylarında, 1399-cu ilin payızında, 1400- cü ilin bahar və yay aylarındə, həmçinin 1401 və 1403-cü illərdə baş tutmuşdur.[2] Ölkənin Kaxeti-Hereti, Trialeti, Kvemo, Şida Kartli və İmereti bölgələri müharibə dövründə dağıntılara məruz qaldı.[3]
Müəyyən bir ölkəyə qarşı fəth yürüşlərinə başlamazdan əvvəl Əmir Teymur ticarət əlaqələri yolu ilə kəşfiyyat məlumatları toplayırdı. Əmir Teymur da Çingiz xan kimi tacirləri və karvan rəhbərlərini malları ilə Orta Asiyanın müxtəlif mülklərinə, Çin, Hindistan, Misir, Ərəbistan, Suriya, Gürcüstan və hətta Avropa ölkələrinə göndərirdi. Karvanlar qayıtdıqdan sonra tacirlər arasına təyin olunmuş və dərvişlər kimi geyinən dövlət məmurları keçdikləri ərazilərdə xalqın vəziyyəti, davranış qaydaları, tabe olduqları hökümətlərə münasibətləri və adətləri haqqında yığıdıqları kəşfiyyat məlumatlarını Əmir Teymura verirdilər.[4][5]
1400-cü ilin əvvəllərində Əmir Teymur yenidən Gürcüstana yürüş etdi. Əhali dağlara doğru çəkildi. Çar VII Georgi bacardığı qədər müqavimət göstərməyə çalışdı.[6]
Yürüşlər Əmir Teymur tərəfindən şəxsən idarə edilirdi. Gürcüstan çarlığı üzərində sərt bir nəzarət qura bilməməsinə baxmayaraq, ölkəyə bir daha özünü toplaya bilməyəcək qədər sarsıdıcı zərbə vuruldu.[7] Həmçinin Əmir Teymur yürüşlər zamanı çar VII Georgini ələ keçirə bilmədi.[8]
VII Georgi 1407-ci ildə Qaraqoyunlulara qarşı döyüşdə həlak olmuşdur. Özündən sonra Gürcüstan taxtına qardaşı I Konstantin çıxdı.