VIII Amadeus (it. Amedeo VIII di Savoia) və ya V Feliks (it. Felice V) (4 sentyabr 1383[1][2][…], Şamberi[4][5][…] – 7 yanvar 1451[1][3][…], Cenevrə, Cenevrə kantonu[5][6][…]) — ilk Savoyya hersoqu. Atasının vəfatının ardından hələ 8 yaşında ikən Savoyya qrafı, anası isə taxt naibəsi elan olundu. 1416-cı ildə Müqəddəs Roma imperatoru Sigismund tərəfindən hersoqluğa yüksəldi. 1439-cu ildə IV Yevqenə qarşı papalıq iddia edərək özünü Roma papası elan etdi və V Feliks adıyla bu iddiasını davam etdirdi. Roma tarixinin son antipapası olaraq qəbul edilir.
V Feliks | |
---|---|
Əvvəlki | VII Amadeus |
Sonrakı | - |
Əvvəlki | - |
Sonrakı | Savoyyalı Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1383[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 1451[1][3][…] (67 yaşında) |
Vəfat yeri | |
Atası | VII Amadeus |
Anası | Berrili Bonna |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Savoyya sülaləsi |
Dini | Roma-Katolik kilsəsi[7] |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Xristianlıqda bölünmə[d][8] |
Vikianbarda əlaqəli mediafayllar |
Ancaq sonrakı illərdə öncə hersoqluqdan, daha sonra isə papalıqdan çəkildi və qalan ömrünü kilsəyə qapanaraq keçirdi.