Cenevrə kantonu

Cenevrə kantonu rəsmi olaraq Respublika və Cenevrə kantonuİsveçrə Konfederasiyasını təşkil edən 26 kantondan biri. İsveçrənin cənub-qərbində kiçik fransızdilli kantondur. İnzibati mərkəzi Cenevrə şəhəridir.

Cenevrə kantonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

46°13′04″ şm. e. 6°09′57″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Cenevrə
Tarixi və coğrafiyası
Yaradılıb 1815
Sahəsi
  • 282,49 km²
Hündürlük
375 m
Əhalisi
Əhalisi
  • 499.480 nəf. (31 dekabr 2018)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu CH-GE
Avtomobil nömrəsi GE
Rəsmi sayt
Cenevrə kantonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 2012-ci ilin məlumatına görə 463 101 nəfər təşkil edir (kantonlar arasında 6-cı yer).

Kanton respublika, İsveçrə Konfederasiyasının subyekti hesab olunur. Cenevrə Leman gölünün[3] sahilində məskunlaşan alman burqundiya[4] xalqının paytaxtı olub. Kral nəsli saxlanılarsa, o zaman Respublika və Cenevrə Kantonu rəsmi olaraq monarxiyaya çevrilir.

Göldən 1550-ci ildə Cenevrənin görünüşü: təpənin üzərindəki əsas şəhər və onu Rona çayının sağ sahilindəki Saint-Gervais ilə birləşdirən körpü.

E.ə. bir neçə minilliklərdə Cenevrə ərazisində insan məskənləri mövcud idir. E.ə I-ci minilliyin ortalarından burada allobrogeslərin[5] şəhəri var idi. Daha sonra Romalılar tərəfindən şəhər fəth edildi. E.ə 58-ci ildə Yuli Sezar şəhəri helvetilərdən[6] müdafiə etmişdir.

400-cü ildən Cenevrə yepiskopun rezidensiyasına çevrildi. 443-cü ildə ərazi burqundiyalılar tərəfindən zəbt olunmuşdu.

1032-ci ildə Cenevrə Müqəddəs Roma İmperiyasının bir hissəsi oldu.

I-ci minilliyin sonu — II-ci minilliyin əvvəllərində Savoya hersoqluğunun tərkibinə daxil olan Geneva qraflığı mövcud idi.

Savoya palatası öz nümayəndələrindən birini Cenevrə yepiskop taxtına yüksəltməyə müvəffəq olana qədər Cenevrə qrafları (sonradan Savoy hersoqları) ilə Cenevrə yepiskopları arasında uzun mübarizə gedirdi.

1309-cu ildə yepiskopun razılığı ilə Cenevrədə sindiklərin başçılıq etdiyi şəhər şurası meydana çıxdı. 1503-cü ildə Frayberq və Bernin təzyiqi altında Savoy Saint-Julien sülhü ilə Cenevrənin müstəqilliyini tanıdı. 1533-cü ildə Cenevrədə reformasiya aparıldı və 1536-cı ildə Cenevrə yepiskopu qaçdı.

Bernin Savoyadan aldığı ərazilər, 1339-1798

Cenevrənin ali idarəetmə orqanı qədim Cenevrə ailələrinin nəslindən olan bütün vətəndaşlardan ibarət Ali Şura (Conseil général) idi. Cenevrənin qalan sakinləri — burjua siyasi hüquqlardan məhrum edildi. Həmçinin 200 məclis üzvündən ibarət Böyük Şura, 60 nəfərlik şura və 4 sindikanın başçılıq etdiyi kiçik bir şura yaranmışdı.[7]

1815-ci ildə Vyana Konqresindən sonra Cenevrə İsveçrə Konfederasiyasının bir hissəsi oldu.

Cenevrə kantonu İsveçrənin qərb hissəsində yerləşən kantondur, ərazisi kiçikdir. Cenevrə gölünün sahilində eyniadlı şəhərin ətrafında formalaşıb, demək olar ki, hər tərəfdən Fransa ərazisi ilə əhatə olunub. Şimal-şərqdə Vo kantonu ilə həmsərhəddir. Əsas su yolu Cenevrə gölündən axan Rona çayıdır. Sahəsi - 282 km² təşkil edir.

Rekulet dağından Cenevrənin görünüşü. Kanton Cenevrə hövzəsinin çox hissəsini tutur. Arxa planda buludlarla örtülmüş Alp dağları görünür.

Cenevrə Kalvinist Reformasiyanın vətənidir, ona görə də ənənəvi olaraq protestantlığın qalası sayılırdı. Lakin, XX-ci əsrdə Cənubi Avropadan immiqrasiya edən katoliklərin sayı əhəmiyyətli dərəcədə artdı və kantonda hazırda əsasən katoliklər çoxluq təşkil edir (rəsmi olaraq hələ də protestant ölkəsi kimi hesab edilir). Fransanın Cenevrə ilə qonşu olan bölgələrində əsasən Roma katolikləri məskunlaşıb.

Cenevrə kantonunun kommunaları

Kanton 45 kommunaya bölünür.

Cenevrə kantonunda, 2020-ci ilin sonunda, Federal Statistika İdarəsi (FSİ)[8][9] tərəfindən müəyyən edildiyi kimi, hər biri 10.000-dən çox əhalisi olan 13 kommuna var, 13-dən 11-i şəhər statusuna malikdir.

  • Cenevrə (Cenève) — əhalisi 203856 nəfər
  • Vernier — 34.898 nəfər
  • Lancy — 33.989 nəfər
  • Meyrin — 26.129 nəfər
  • Carouge — 22.536 nəfər
  • Onex — 18.933 nəfər
  • Thoneks — 14.573 nəfər
  • Versoix — 13.281 nəfər
  • Şen-Bujri — 12.621 nəfər
  • Le Qrand-Sakonnex — 12.378 nəfər
  • Veyrier — 11861 nəfər (şəhər deyil)[10]
  • Plan-les-Ouates — 10,601 nəfər
  • Bernex — 10,258 nəfər (şəhər deyil)[10]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]
  • Qanunverici orqan - Böyük Şura (Grand Conseil)
  • İcra orqanı - Dövlət Şurası (Conseil d'État)
  • Apellyasiya məhkəməsi - Ədalət məhkəməsi (Cour de Justice)
  • Birinci instansiya məhkəmələri - Mülki və cinayət məhkəmələri

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Cenevrə iqtisadiyyatı əsasən xidmətə əsaslanır. Kanton ardıcıl olaraq ən güclü qlobal maliyyə mərkəzlərindən biri kimi yer alır.[11][12]

Maliyyə sektorunda 3 əsas sektor üstünlük təşkil edir:

  1. Əmtəə ticarəti
  2. Ticarət maliyyəsi
  3. Sərvətlərin idarə edilməsi

Dünyada neft, şəkər, taxıl və yağlı bitkilərin azad ticarətinin təxminən üçdə biri Cenevrədə aparılır. Dünya pambığının təxminən 22%-i Cenevrə gölü regionunda ticarət edilir. Kantonda ticarət edilən digər əsas mallara polad, elektrikqəhvə daxildir.[13]

Böyük ticarət şirkətlərinin arasında olan, dünyanın ən böyük gəmiçilik şirkəti Aralıq dənizi Dəniz Gəmiçiliyi Şirkətinə ev sahibliyi etməklə yanaşı, Trafigura, Cargill, Vitol, Gunvor, BNP Paribas və ya Mercuria Energy Group kimi regional və ya qlobal qərargahları kantonda yerləşir.

BCGE-nin kantondakı qərargahı

Sərvətlərin idarə edilməsində ictimai birjaya daxil olmayan banklar, xüsusən Pictet, Lombard Odier, Union Bancaire Privée, Edmond de Rothschild Group, Mirabaud Group, Dukascopy Bank, Bordier & Cie, Banque SYZ və ya REYL & Cie kimi banklar üstünlük təşkil edir. Bundan əlavə, kantonda İsveçrədə HSBC Private Bank, JPMorgan Chase, Bank of China, BarclaysƏrəb Bankı kimi xarici banklar cəmlənib.

Ticarət maliyyəsi, sərvətin idarə edilməsi və saat istehsalı kantonda ödənilən korporativ verginin təxminən 3/2-ni təşkil edir.[14]

Dünyanın bir neçə kosmetik şirkətlərinin baş ofisi, gözə qulluq məhsulları üzrə ixtisaslaşmış şirkətlər, Procter & Gamble, Japan Tobacco International və L'Oréal kimi nəhəng beynəlxalq şirkətlərin qərargahları burada yerləşir.

Cenevrə kantonu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı kimi beynəlxalq təşkilatların və BMT agentliklərinin dünyanın ən böyük cəmləşdiyi yerdir. Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı, Ümumdünya Meteorologiya TəşkilatıBeynəlxalq Əmək Təşkilatı, eləcə də Birləşmiş Millətlər Təşkilatının Avropadakı Baş qərargahı burada yerləşir.

Cenevrə kantonunun beynəlxalq vəziyyəti, yaxşı hava limanı, nəqliyyat əlaqələri və qitədə mərkəzi yerləşməsi həm də Cenevrəni konqreslər və ticarət yarmarkaları üçün yaxşı məkana çevirir. Bunlardan 2-si — Palekspo sərgi salonunda[15] keçirilən Cenevrə Avtomobil sərgisi və "Saatlar və möcüzələr" sərgisidir.

Cenevrədə İsveçrənin ən sıx üzüm bağları yerləşir.

1 noyabr 2020-ci il tarixinə qədər Cenevrə kantonu dünyada ən yüksək minimum əmək haqqına malikdir (saatda 23 frank (21,30 avro), ayda 4,086 frank (3,785,47 avro)).[16][17][18][19][20][21][22][23]

Əsas təhsil müəssisəsi 1559-cu ildə Jan Kalvin tərəfindən qurulan Cenevrə Universitetidir.

Bundan əlavə, Du Leman və digər özəl məktəbləri akademik mükəmməlliyinə görə yaxşı reputasiyaya malikdir. Beynəlxalq Cenevrə Məktəbi və Flormont İnstitutu[24] kimi təhsil müəssisələrinin bir çoxu da Beynəlxalq Bakalavr dərəcəsi təklif edir. Bu proqram 1960-cı illərdə Cenevrədə yaradılıb və qərargahı hələ də kantonda yerləşir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Bestand und Entwicklung der Bevölkerung der Schweiz: Definitive Ergebnisse 2018. İsveçrə Federal Statistika İdarəsi.
  3. "Arxivlənmiş surət". 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  4. "Arxivlənmiş surət". 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  5. "Arxivlənmiş surət". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  6. "Arxivlənmiş surət". 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  7. "Arxivlənmiş surət". 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  8. "Ständige und nichtständige Wohnbevölkerung nach institutionellen Gliederungen, Geburtsort und Staatsangehörigkeit". bfs.admin.ch (alman). Swiss Federal Statistical Office - STAT-TAB. 2020-12-31. 2019-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-21.
  9. "Statistik der Schweizer Städte 2021" (alman). 2021-04-20. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  10. 1 2 "Veyrier n'est pas une ville". Tribune de Genève (fransız). 2015-02-16. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  11. "The Global Financial Centres Index 27" (PDF). Long Finance. March 2020. 2020-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-24.
  12. "The global financial centres index 31" (PDF). 17 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 June 2022.
  13. "STSA". www.stsa.swiss. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  14. "Arxivlənmiş surət". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  15. "Arxivlənmiş surət". 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  16. "Архивированная копия". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  17. "Salario minimo Neuchâtel — Unia, il sindacato". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  18. "A Ginevra il salario minimo è di 23 franchi all'ora — Ticinonline". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  19. "Salario minimo: a Ginevra in un mese, in Ticino attesa di 6 anni — Ticinonline". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  20. "Suisse. Le salaire minimum à 3 800 euros bruts est entré en vigueur à Genève". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  21. "Salario minimo, niente effetto sospensivo per i ricorsi — Ticinonline". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  22. "Geneva to introduce minimum wage of £3,500 a month | Switzerland | The Guardian". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  23. "Geneva introduces world highest minimum wage of $25 an hour". 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  24. "Arxivlənmiş surət". 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]