Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
XI Georgi yaxud II Şahnəvaz xan (Gurgin Xan) — V Vaxtanqın böyük oğlu idi.
XI Georgi II Şahnəvaz | |
---|---|
გიორგი XI | |
1676 – 1688 | |
Əvvəlki | V Vaxtanq |
Sonrakı | I İrakli Baqrationi |
1692 – 1695 | |
Əvvəlki | I İrakli Baqrationi |
Sonrakı | I İrakli Baqrationi |
1703 – 1709 | |
Əvvəlki | I İrakli Baqrationi |
Sonrakı | Keyxosrov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Qəndəhar, Əfqanıstan |
Fəaliyyəti | siyasətçi |
Atası | V Vaxtanq |
Anası | Rodami Barataşvili-Kaplanişvili |
Dini | Gürcü Ortodoks Kilsəsi, islam |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1651-ci ildə anadan olmuşdu. 25 yaşında Kartlidə çar olmuşdu. XI İnnokenti ilə əlaqəyə keçən çar katolik olmaq haqda düşünürdü. 1688-ci ildə Şah Süleyman Səfəvi tərəfindən vəzifəsindən uzaqlaşdırılaraq yeri I İrakli Baqrationiyə verildi. Qardaşı I Arçilin yanına qaçan Georgi onu İmeretiya taxtına çıxardı.
Çarlıqdan uzaqlaşdırılmış II Şahnəvaz xan 4 il Nəzərəli xanla mübarizə aparsa da özbaşına heç nəyə nail ola bilmədi. Ona bu döyüşlərdə keçmiş Gəncə bəylərbəyi Abbasqulu xan kömək edirdi. 1699-cu ildə Georgi yeni şah olan Şah Sultan Hüseyn Səfəvi Kirman bəylərbəyliyi vəzifəsinə gətirildi. 1703-cü ildə yenidən çar oldu. Mir Veys xan üsyanını yatırmaq üçün Əfqanıstana gedən çar üsyanı yatıraraq Mir Veysi şah sarayına gətirdi. Lakin sarayda olan hərcmərclikdən və saray intriqalarından istifadə edən Mir Veys Məkkəni ziyarət etmək adı ilə şah sarayını tərk edir. Daha sonra geri qayıdan Mir Veys özünü yaxşı kimi qələmə verir və bir ziyafət təşkil edərək çar Georgini və onun silahdaşlarını dəvət edir və onun bütün adamlarını burada qətlə yetirir. Qətlə yetirilmiş çarın paltarlarını geyinib Qəndəhara daxil oldu.
XVIII əsrin əvvəllərində yaranmış ağır vəziyyət, halinin qarşılasdığı çətinliklər, İran tarixinin bu dövründə baş vermiş hadisələr bu tarixi əlamətdar etmişdir. Belə hadisələrdən biri Şah Sultan Hüseynin taxtdan salınması, onun və səfəvi sahzadələrinin öldürülməsi oldu. Aciz Sultan Hüseyn atasının vəsiyyətinə zidd olaraq, taxta əyləşdirildikdən sonra 1694-cü ildə Şahnəvaz xan ləqəbli gürcü Gürgin (Georgi) xanı Qəndəhara hakim göndərdi. Xristian olan bu səxs əhaliyə zülm etməyə və tamahkarlıqla məsğul olmağa başladı. Bu da sonralar təriqət ayrılığı cəhətdən çəkişmələrə yol açdı. Gürgin xan Qəndəharda 5 il hakim olmuş və bu müddətdə öz siyasətini heç dəyişməmişdi. Qəndəhar əhalisi onun əlindən bezmişdi.
Çar Baqrationi-Davidaşvili ailəsindən Tamara ilə evlənmişdi, bu evlilikdən 2 övladı: Baqrat və Mariam doğulmuşdu. Başqa bir evlilikdən olan qızı Rodami isə İmereti çarı VII Georgi ilə evlənmişdi.