Vağzal — dəmiryol, su və hava nəqliyyatında sərnişinlərin və onların yüklərinin qəbulu və yola salınması üçün xüsusi bina və qurğu kompleksi. Nəqliyyat növündən asılı olaraq dəmiryol, dəniz, çay və aerovağzallar olur. .
Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu, London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb.[1].
Digər versiyaya görə, XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda insanların toplaşması sonradan sözün vağzalların adlanması üçün istifadə edilməsinə səbəb olub.