Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti

Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti (ukr. Київський національний економічний університет імені Вадима Гетьмана, КНЕУ) — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən ali təhsil ocağı.

Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti
КВКК, ККИ, КИНХ, КФЭИ, КИНХ, КГЭУ, КНЭУ
Şüar Derzhavnyi vyshchyi navchalnyi zaklad "Kyivskyi natsionalnyi ekonomichnyi universytet imeni Vadyma Hetmana
Əsası qoyulub 1906
Tip Milli
Rektor Lukianenko D.H.[1]
Tələbə sayı 36000
Şəhər Kiyev
Ölkə
Ünvan 03680, Kiyev ş., Qələbə p-ti, 54/1
Sayt kneu.kiev.ua
kneu.edu.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetin tarixi 1906-cı ildən başlanır. Hansı ki, həmin vaxt Kiyevdə ticarət kursları açılmışdır. KMİU-ti mövcud olduğu illər ərzində müxtəlif adları daşımışdır: ticarət institutu, D. S. Korotçenko adına Kiyev xalq təsərrüfatı institutu, maliyyə-iqtisadi institutu. Öz müasir adını universitet 2005-ci ildə almışdır.

Kiyev Milli İqtisadiyyat Universitetinin Ukraynada bir neçə filialları vardır:

  • Krım iqtisadi institutu;
  • Krivorojsk iqtisadi institutu;
  • Kiyev iqtisadi kolleci;
  • Kiyev informasiya sistemləri və texnologiyaları kolleci;
  • Simferopol iqtisadi kolleci;
  • Krivorojsk iqtisadiyyat və idarəetmə kolleci;
  • Romensk kolleci.

Fakültələr və institutlar

[redaktə | mənbəni redaktə et]

KMİU-nin növbəti fakültələrində tələbələrin hazırlığı həyata keçirilir:

  • Maliyyə-iqtisadi (1906-cı ildə yaradılmış);
  • İqtisadiyyat və idarəetmə (1945-ci ildə yaradılmış);
  • Aqrar-sənaye kompleksi müəssisələrinin iqtisadiyyatı (1945-ci ildə yaradılmış)  ;
  • İqtisadi - qeydiyyat (1959-cu ildə yaradılmış);
  • İnformasiya sistemləri və texnologiyalar (1964-cü ildə yaradılmış);
  • Personalı idarəetmə və marketinq (1965-ci ildə yaradılmış);
  • Beynəlxalq iqtisadiyyat və idarəetmə (1992-ci ildə yaradılmış);
  • Hüquq (1993-cü ildə yaradılmış);
  • İqtisadi - kredit (2003-cü ildə yaradılmış).

Kiyev Milli İqtisadi Universitetində belə institutlar fəaliyyət göstərir:

  • İqtisadi inkişafın elmi -tədqiqat institutu;
  • Maliyyə bazarı inkişafının Ukrayna institutu;
  • Ali təhsil institutu;
  • Maliyyə nəzarəti institutu;
  • İqtisadiyyat üzrə ensiklopediya tədqiqatları institutu;
  • Qlobal iqtisadi siyasət institutu;
  • Kredit münasibətləri institutu;
  • Fransa-Ukrayna menecment institutu;
  • Aqrar sənaye kompleksinin iqtisadiyyat və menecment institutu;
  • Maliyyə-innovasiya tədqiqatları institutu;
  • Modelləşdirmə və iqtisadiyyatda informasiya texnologiyaları institutu;
  • Hesab institutu;
  • İctimai - əmək münasibətləri institutu;
  • Hüquqi tədqiqatlar və qanun layihəsi işi institutu;
  • Marketinq institutu;
  • İnnovasiya sahibkarlığı institutu.

Ali təhsil müəssisələrinin ümummilli "Kompas-2012" reytinqində KMİU üçüncü yeri tutur.

Ali məktəblərin "TOP-200 Ukrayna" reytinqində (2011/2012-ci il) Kiyev Milli İqtisadi Universiteti 10-cu yerdədir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 GRID Release 2017-05-22. 2017-05-22 2017. doi:10.6084/M9.FIGSHARE.5032286
  2. 1 2 Directory of Open Access Journals. 2003.