Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı.
Vahab Əliyev | |
---|---|
Vahab Səfər oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Saray qəsəbəsi |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | Texnika üzrə elmlər doktoru |
Elmi adı | Akademik |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Qupkin adına Moskva Dövlət Neft-Qaz institutu |
Mükafatları |
|
Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur.[1]. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.
V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir.
O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.
V.S.Əliyev 1935-ci ildən 1938-ci ilədək həm də Azərbaycan Sənaye İnstitutunda müəllim və diplom layihələrində məsləhətçi kimi çalışmışdır.
Qeyd etmək lazımdır ki, V.S.Əliyevin müəllimlik fəaliyyəti onun neft emalı və neft kimyası sahəsindəki bilik səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.
V.S.Əliyev 1937-ci ildə Vano-Sturua adına zavodda texniki şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 1941-1942-ci illərdə texniki-istehsal şöbəsində böyük mühəndis, sonra isə həmin trestin 3 və 4 №-li zavodlarında baş mühəndis vəzifəsində, 1942-ci ildən 1946-cı ilədək isə Vano-Sturua adına 229 №-li zavodda baş mühəndis işləmişdir.
V.S.Əliyev namizədlik dissertasiyasının müdafiəsindən sonra 1951-ci ildə Neft Emalı üzrə Elmi Tədqiqat İntitutuna işə qəbul olunmuş və orada 1959-cu ilə qədər direktor vəzifəsində işləmişdir.
O, 1961-ci ildə “Neft-kimya üçün reaksiya qabiliyyətli karbohidrogenlərin tədqiqi və emalı” işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış və 1964-cü ildə elm və texnikada əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın Əməkdar Elm və Texnika xadimi adına layiq görülmüşdür.
25 il (1962-1987-ci illərdə) Azərbaycan EA Neft-kimya İnstitutunun direktoru olmuşdur. Bilavasitə onun rəhbərliyi ilə “qaynar lay” texnologiyasının nəzəri əsasları işlənib hazırlanmış və bir çox kimyəvi proseslərə tətbiq edilmişdir. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 60 elmlər namizədi yetişdirilmişdir. Yüksək elmi nailiyyətlərinə görə iki dəfə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan EA-nın həqiqi üzvü olmuşdur.