Vahid Məbləğin Gələcək Dəyəri

Vahid məbləğin gələcək dəyəri (future value) maliyyə sahəsində istifadə olunan əsas alətlərdən biridir və pulun gələcəkdə olacaq dəyəridir.[1]

Mürəkkəb faiz dərəcələri – faiz üzərinə faizin hesablanması.

Vahid məbləğin gələcək dəyəri –  FV = PV • (1+i)n

və burada:

  • PV – bugünkü dəyər (Present Value)
  • i – faiz dərəcəsi
  • n – dövr, müddət[2]

Məsələn: Hal hazırda sərbəst dövriyyədə olan 100 AZN pulu 5 illik 10% (Normal olaraq yuvarlaq olsun deyə və reallığa yaxın olsun deyə depozit faizi 10% hesablanır) depozit faizi ilə banka depozit olaraq yerləşdirsək 5 il sonra nə qədər pulumuzun olacağına baxaq.

FV=PV•(1+10%)5=100•(1+0.1)5=100•1.15=161.051

Əgər rüblük olaraq hesablasaq: 5 il=20Rüb oldugunu nəzərdə saxlayırıq.Və 10/4(ildəki rüb sayı)=2.5%

FV=100•(1+0.025)20=163.86 göründüyü kimi illik ilə rüblük arasında az da olsa fərq yaranır).Əsasən maliyyəçilər illik hesablamadan istifadə edirlər.

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı,MALİYYƏ STATİSTİKASI VƏ MALİYYƏ HESABATLARININ TƏHLİLİ,Tədqiqatlar və İnkişaf Mərkəzi,Bakı - 2011.s-6
  2. "Arxivlənmiş surət". 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-15.