Valeh Şamilov

Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri üzrə fəlsəfə doktoru; dosent.

Valeh Şamilov
Valeh Məmməd oğlu Şamilov
Doğum tarixi (64 yaş)
Doğum yeri Qərbi Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi nanotexnologiyalar
Elmi dərəcəsi texnika elmləri üzrə fəlsəfə doktoru
İş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR)
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

Evlidir, 2 övladı var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə V.Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, məhz elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır.

Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-cu illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H.Z.Tağıyev ad. NQÇİ-nin idarə rəisinin İstehsalat və təchizat işləri üzrə müavini, İstehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V.Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir. V.M.Şamilov Azərbaycan neft sənayesində nanotexnologiyanın işlənməsinin və tətbiqinin başlanğıcında duran alimlərdən biridir. Onun rəhbərliyi altında neftçıxarmada neft hasilatının artırılmasında əmələ gələn problemlərə qarşı müxtəlif tərkibli nanosistemlər işlənmiş və tətbiqinə nail olunmuşdur. Quyudibi zonada qum tıxacının əmələ gəlməsinə qarşı, lift borularında duz çökmələrinə qarşı, kənar suların izolyasiyasında yeni nəsil nanosistemlərin işlənib hazırlanması və tətbiqi, quyuların istismar kəmərinin bərkidilməsində, nanositemlərlə sementləmə işləri çox geniş praktik nəticələr vermişdir. İlk dəfə olaraq V.Şamilovun rəhbərliyi altında Azərbaycanda metal nanohissəciklərin və modifikasiya olunmuş çox divarlı carbon nanoboruların alınması texnologiyası işlənmiş və istehsalı təşkil olunmuşdur. Böyuk ugur sayılan nanomaterialların (ştuserlər) alınması, korroziyaya qarşı nanosistemlərin işlənməsi və tətbiqi, elm sahəsində prioretet istiqamətlərdəndir və V.Şamilovun birbaşa elmi fəaliyyəti ilə bağlıdır. Nanotexnologiyaların elmi-tədqiqat və tətbiqinə dair nəticələr bir çox elmi jurnallarda dərc edilmiş və müxtəlif beynəlxalq konfranslarda təqdim olunmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Valeh Şamilov 11 yanvar 1997-ci tarixində "Quyu dibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2018-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun müəllimi kimi təhsil-tədris sahəsində də çalışır.

Hal-hazırda o, "Neftvermə əmsalının artırılması üçün innovasion üsulların işlənməsinin elmi və təcrübi əsasları" adlı doktorluq dissertasiyası üzərində çalışır və elmi araşdırmalarını davam etdirir.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

V.M.Şamilovun 76 elmi əsərin, o cümlədən 11 Azərbaycan patenti, 1 müəlliflik şəhadətnaməsi, 48 məqalə (bunlardan 27-si xarici, 18-i yerli nəşrlərdə) və 16 tezis müəllifidir.

Ən çox istinad olunan elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  • В.М.Шамилов "Перспективы применения углеродных наноматериалов в нефтедобыче" SOCAR Proceedings, №3 2020
  • В.М.Шамилов "Повышение износостойкости керамических штуцеров для добычи нефти с помощью наноструктурирования" Территория Нефтегаз, № 5–6 Июнь 2020
  • В.М.Шамилов "Полимерные нанокомпозиты на основе многостенных углеродных нанотрубок в качестве реагента для повышения коэффициента нефтеотдачи" НефтеГазоХимия,2020 №1
  • В.М.Шамилов и др. "Биоцидная композиция на основе наночастиц меди для нефтяной промышленности" SOCAR Proceeding, №1(2019)
  • В.М.Шамилов "Структура межфазных областей в полимерных нанокомпозитах" Вестник ПНИПУ.Механика, №3, 2019
  • В.М.Шамилов "Развитие нанотехнологий в нефтяной промышленности" Нефть. Газ. Новации, №1(2018)
  • V.M. Şamilov və b. "TiO2 nano katalizatorunun tətbiqi ilə neft sənayesinin tullantı sularının neft və neft məhsullarından təmizlənməsinin tədqiqi" "Ekoenergetika" jurnalı, №4 (2017)
  • В.М.Шамилов и др. "Изменение реологических свойств нефти под воздействием полимерных нанокомпозитов" Транспорт и хранение нефтепродуктов и углеводородного сырья, №3 (2017)
  • В.М.Шамилов и др. "Полимерные нанокомпозиты на основе карбоксиметилцеллюлозы и наночастиц AL и Cu для увеличения добычи нефти" Территория нефтегаз, № 3 Март (2017)
  • В.М.Шамилов и др. "Изоляция посторонних вод с помощью наностуктруированного пеноцементного раствора" Территория Нефтегаз, № 1–2 (2017)
  • V.M.Shamilov et al. "Polymer nanocomposites for enhanced oil recovery" Materials Today: Proceedings, №4 (2016)
  • В.М.Шамилов и др. "Разработка многофункциональных композиционных смесей на основе водорастворимых ПАВ, полимеров и металлических нанопорошков в качестве агентов вытеснения нефти" Территория Нефтегаз, № 6 (2016)
  • В.М.Шамилов "Наноструктуры на основе высокомолекулярных анионактивных поверхностно-активных веществ и их применение" Территория Нефтегаз, № 12 (2015)
  • V.M.Shamilov "The prospects of applications of Al and Cu nanostructured sodium carboxymethylcellulose for oil production" Austrian Journal of Technical and Natural Sciences, Scientific Journal, №1–2, (2015)
  • V.M.Shamilov et al. "Investigation of the effect of nanoparticles on nanosystems’ rheological parameters" Austrian Journal of Technical and Natural Sciences, Scientific Journal, №11–12, (2014)
  • V.M.Shamilov et al. "Investigation of influence of oil content and heavy components on the oil recovery" Materials of the VI International Research and Practice Conference "Science, Technology and Higher Education", Westwood, Canada, November 12th-13th (2014)
  • V.M.Shamilov et al. "Study of oil composition influence on oil recovery" Al-Azhar University Engineering Journal, JAUES, Vol.9, №5, (2014)
  • V.M. Şamilov və b. "Quyudibi zonanın təmizlənməsində yeni üsulların tətbiqinin perspektivliyi" Azərbaycan Neft Təsərrüfatı Jurnalı №6 (2014)
  • V.M. Şamilov və b. "Laydan gələn qum axınına qarşı bərkidici nanosistemin işlənməsi və tətbiqi" Azərbaycan Neft Təsərrüfatı Jurnalı №11 (2014)
  • V.M. Şamilov və b. "Neft-mədən kollektorında duz çökməsinə qarşı nanosistemlərlə təsirin nəticələri" Azərbaycan Neft Təsərrüfatı Jurnalı №11 (2013)

Patentləri[redaktə | mənbəni redaktə et]

  • Keramik ştuser üçün tərkib// Azərbaycan Patenti, İ 2020 0077, 15.10.2020// Şamilov Valeh Məmməd oğlu və b.
  • Biosid kompozisiya// Azərbaycan Patenti, İ 2019 0005, 11.04.2019// Şamilov Valeh Məmməd oğlu və b.
  • Neft hasilatında duz çökməyə qarşı tərkib// Azərbaycan Patenti, İ 2017 0066, 31.05.2017 //,. Şamilov Valeh Məmməd oğlu və b.
  • Yüngülləşdirilmiş tamponaj məhlulu// Azərbaycan Patenti, İ 2016 0087 29.02. 2016//Şamilov Valeh Məmməd oğlu və b.
  • Qoruyucu örtük üçün kompozisiya // Azərbaycan Patenti, İ 2015 0038 24.06.2015 Şamilov Valeh Məmməd oğlu və b.
  • Qoruyucu örtük üçün kompozisiya // Azərbaycan Patenti, İ 2015 0031, 03.06.2015//, Şamilov Valeh Məmməd oğlu və b.
  • Qum tıxacının aradan qaldırılması üsulu // Azərbaycan Patenti, İ 2013 0024, 30.09.2013. Şamilov Valeh Məmməd oğlu və b.
  • Layın quyudibi sahəsinin termokimyəvi işlənmə üsulu // Azərbaycan Patenti, İ 2012 0004, 20.06.2012 Şamilov Valeh Məmməd oğlu və b.
  • Lift borularında parafin çökməsinə qarşı mübarizə üsulu// Azərbaycan Patenti, İ 2005 0111, 29.11.2005 Şamilov Valeh Məmməd oğlu və b.
  • Fontan və kompessor quyularının istismar üsulu // Azərbaycan Patenti, İ 2003 0131, 10.09.2003 Şamilov Valeh Məmməd oğlu və b.

Beynəlxalq konfranslarda iştirakı[redaktə | mənbəni redaktə et]

  • "Modified nanomaterials for the oil industry"11th German-İnternational
  • Symposium on Nanostructures March 1–3, 2020,Wenden/Olpe, Germany
  • "Corrosion Protection by Epoxy Coating Containing Multiwalled Carbon Nanotubes"3rd International Conference on Innovations in Natural Sciences and Engineering (ICINSE 2019) 25–29 October 2019 Sakarya, Turkey
  • "Nanocomposites for enhanced oil recovery" Nanomaterials and Nanotechnology April 25–26, 2019 Rome, Italy
  • "Polymer nanocomposites for enhanced oil recovery"22th Edition of International Conference on Nano Engineering & Technology, December 10–11, 2018 Rome, Italy
  • " The role of nanosystems in oil and gas production" 5th Global Nanotechnology Congress and Expo, December 03–05, 2018 Valencia-Spain
  • "Carbon nanotubes in oil recovery" 8th NRW Nano Conference Innovations in Materials and Applications, (Dortmund, Germany 2018)
  • " Nanotechnology in oil recovery: apllication and perspectives" Nano qoes makro – innovation forum 25–26.10.2017, Nuremberg, Germany
  • " Polymer nanocomposites for enhanced oil recovery" 7th NRW Nano Conference Innovations in Materials and Applications, (Dortmund, Germany 2016)
  • 6th NRW Nano Conference Innovations in Materials and Applications, (Dortmund, Germany 2014)
  • "Investigation of influence of oil content and heavy components on the oil recovery" VI International Research and Practice Conference "Science, Technology and Higher Education", Westwood, Canada, November 12th-13th, 2014
  • "Principles for determining the need for further development of oil fields using excavation" Global Science and Innovation, (Chikago, USA 2013)


Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]