Valensiya muxtar icmasının gerbi — Valensiya muxtar icmasının özünüidarəetmə orqanlarının rəsmi emblemi. Kral IV Pedronun dövründən II Xuana qədər istifadə edilən heraldika əsasında yaradılmışdır.
Valensiya muxtar icmasının gerbi | |
---|---|
Detallar | |
Təsis edilib | 17 iyun 1978 |
1978-ci ildə keçmiş Valensiya Şurası gerbi "... Valensiya şəhərində Kserea darvazasında yerləşən keçmiş Valensiya krallığının ən qədim tanınmış nümayəndə gerbi kimi" təsdiqləmişdir.[1]
Valensiya xalq ənənələrinə görə, qanadlı əjdahanın təsvir edildiyi tac imicinin mənşəyi kral I Xaymeyə aid edilir. Buna baxmayaraq, tarixçilər onun mənşəyini XIV əsrdə, nəcib dəbilqələr üzərində gerblərdən müntəzəm istifadə olunmağa başlayan kral IV Pyotra aid edirlər. İspaniya tarixçisi Gilyermo Fatas Kabesin fikrinə görə, onu Araqon monarxının simvolu kimi görmək olar. Cəngavərlərin dəbilqələrinə taxdıqları qoruyucu parça olan mantiya tünd göy rəngdə idi və Arista xaçı ilə bəzədilmişdir.[2]
Bəzi hallarda, qanadlı əjdaha vaxt keçdikcə yarasaya çevrilmiş, adətən Valensiya şəhəri, Palma və ya Barselonanın əvvəlki versiyaları kimi keçmiş Araqon tacının bir hissəsi olan ərazilərdə yerli heraldikada istifadə olunurdu.[2]