Palma-de-Malyorka

Palma-de-Malyorkaİspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı.[1] Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir.

şəhər
Palma-de-Malyorka
isp. Palma de Majorca
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
39°34′00″ şm. e. 2°38′59″ ş. u.HGYO
Ölkə  İspaniya
Tabesində Balear adaları
Başçı José Hila Vargas
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 124-cü il
İlk məlumat e.ə. 123
Sahəsi 208.63 km²
Mərkəzin hündürlüyü 13 m
Saat qurşağı
Əhalisi
Əhalisi 401,27 nəfər (2009)
Sıxlığı 1,900 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +34 971
Poçt indeksi 070XX
Digər
palma.cat/portal/PALMA/home.jsp?codResi=1
Xəritəni göstər/gizlə
Palma-de-Malyorka xəritədə
Palma-de-Malyorka
Palma-de-Malyorka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi.

Beynəlxalq Kosmos Stansiyasından Palma-de-Malyorka şəhərinin görünüşü.

Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.

Palma-de-Malyorka şəhərinin mərkəzi Palma körfəzinin şimalında yerləşir. Şərqə doğru uzanan sahə əsasən Es Pla kimi tanınan düz məhsuldar sahədir. Şimal və qərbdə şəhər Serra-de-Tramontana ilə sərhəddir, bu hissə adanın əsas dağlıq sahəsidir və UNESCO Ümumdünya İrsinə daxildir.

Palma-de-Malyorka şəhərinin iqlimi Aralıq dənizi iqlimidir, bu iqlim növü şəhərin ətrafında yerləşən dənizlə əlaqədar adlandırılmışdır. Burada qışın isti keçməsinə təsir göstərən dəniz ahvası var, lakin yay ayları ərtafdakı qitə torpaqları səbəbindən isti keçir.

Aralıq dənizində şəhər həyatı, Malyorka.

Adada ən çox sevilən idman növü futboldur.

  • Palma-de-Malyorka metrosu
  • Malyorka dəmiryol xətti
  • Palma-de-Malyorka Aeroportu
  • Şəhərin avtobus sistemi
  1. "Palma de Mallorca?" Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine (in Catalan). Bibiloni.net. Retrieved 2011-04-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]