Mirinov Valentin Akimoviç (28 oktyabr 1923, Lısoqorsk rayonu[d] – 10 dekabr 1989, Bakı) — Sovet İttifaqı Qəhrəmanı.
Valentin Mirinov | |
---|---|
Mirinov Valentin Akimoviç | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Dəfn yeri | |
Milliyyəti | rus |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | podpolkovnik[d] |
Döyüşlər | |
Təltifləri |
|
Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr 1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir.
1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdur[1].
Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir[2].
Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır.
Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir.
Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi[2].
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür[1].