Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu.[2][3] SSRİ əməkdar idman ustası (1984).
Valentina Popova | |
---|---|
rus. Валентина Попова | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Boyu | 170 sm[1] |
Çəkisi | 61 kq[1] |
İdman növü | Stolüstü tennis |
Valentina Popova karyerasına Azərbaycanda başlayıb.[4] Sumqayıt tennis məktəbinin yetirməsidir.[5] 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib.[2]
1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib.[3]
Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir.[3]
1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1985-ci ildə ailə həyatı qurub. Bir oğlu var.