Valentina Starikova (başq. Старикова Валентина Ивановна; 24 fevral 1949, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rus pianoçu, incəsənət işçisi, musiqi müəllimi. Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi, M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin dosenti, beynəlxalq və ümumrusiya müsabiqələri laureatı, Başqırdıstan Respublikası Orta Xüsusi Musiqi Kollecinin müəllimi. Bir sıra beynəlxalq musiqi müsabiqələrinin münsiflər heyətinin üzvü.
Valentina Starikova | |
---|---|
Doğum tarixi | 24 fevral 1949 (75 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | pianoçu, musiqi pedaqoqu |
İlk musiqi təhsilini M. V. Şatalovun sinfində almışdır. Ufa İncəsənət Məktəbində G. Neyhausun tələbəsi Valeri Petroviç Starodubrovskinin sinfində oxumdur. 1973-cü ildə Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutundan (Aleksandr Davidoviç Frankın sinfi) məzun olur. Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutudə dərs deyir, pedaqoji işini M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti və Orta ixtisas musiqi kollecində davam etdirir.
Rusiyada aparıcı fortepiano müəllim-metodistlərindən biridir[1]. Fəaliyyəti dövründə Rusiya Federasiyasının əməkdar artisti Sergey Çipenko, Başqırdısrtan Respublikasının əməkdar mədəniyyət işçiləri İldar Xisamutdinov, Tatyana Lonşçakova və Aleksandr Vorotnik, pianoçular Li Sion da daxil olmaqla 60-dan çox beynəlxalq və ümumrusiya müsabiqəsi laureatını yetişdirmişdir[2]. Məzunları Başqırdistanın bir çox şəhərlərində, bütün Rusiyada, yaxın və uzaq xaricdə dərs deyir və konsert verirlər. Hamı üçün “Musiqi Məktəbinin həmtəsisçisi və müəllimidir”[3]. Pianoçuların Beynəlxalq Müsabiqəsi və Pianino Ansamblları kimi pianoçuların beynəlxalq musiqi müsabiqələrinin münsiflər heyətinin üzvüdür. Piano çalma sənətinin tədrisi sahəsində bir çox metodik nəşrlərin müəllifidir. Vladimir Spivakovun beynəlxalq fondunun daimi tərəfdaşıdır.[4]
Beynəlxalq, Ümumrusiya və respublika müsabiqələri laureatı, Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. SSRİ Mədəniyyət Nazirliyi tərəfindən "Mükəmməl işinə görə" döş nişanı ilə təltif edilmişdir. 2012-ci ildə Qran Pri alan tələbə Li Sionun hazırlanması üçün beynəlxalq münsiflərin qərarı ilə "Ən yaxşı müəllim" xüsusi diplomuna layiq görülmüşdür[5].