Valualı Mariya Elizabet

Valualı Mariya Elizabet (fr. Marie-Élisabeth de Valois; 27 oktyabr 1572, Luvr sarayı[d]2 aprel 1578, Paris) — Fransa kralı IX Karlın yeganə övladı, Fransız şahzadəsi.

Valualı Mariya Elizabet
Şəxsi məlumatlar
Doğum tarixi 27 oktyabr 1572
Doğum yeri
Vəfat tarixi 2 aprel 1578 (5 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası IX Karl
Anası Avstriyalı Elizabeta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Elizabet 1572-ci ildə Parisdəki Luvr sarayında dünyaya gəldi. Atası Valua sülaləsinə mənsub Fransa kralı IX Karl, anası isə Müqəddəs Roma imperatoru II Maksimilyanın qızı Avstriyalı Elizabetadır. Doğumundan dörd ay sonra — 2 fevral 1573-cü ildə vəftiz olundu. Doğumundan 2 ay öncə baş verən Varfolomey gecəsi qətliamı səbəbilə ölkədə yaranan dini-siyasi çalxantılara baxmayaraq, körpənin xaç anası İngiltərənin protestant kraliçası I Elizabet və nənəsi Müqəddəs Roma imperatriçası Avstriyalı Mariya seçildi. Kraliça isə mərasimə gəlməyərək öz yerinə vəkilini göndərdi. Körpənin xaç atası isə Savoyya hersoqu Emmanuil Filibert seçildi.

Ancaq çox keçmədən 1574-cü ildə atası IX Karl vəfat etdi və əmisi III Henri Fransa taxt-tacını ələ keçirdi. Təxminən bir il sonra babası II Maksimilyan qızının cehizini geri ödəyərək onu Vyanaya çağırdı. 28 avqust 1575-ci ildə Ambuaz qəsrində qızıyla vidalaşan Elizabeta Vyanaya döndü və bir daha qızını görə bilmədi. Saray mürəbbiyəsi olan İzabel de Krisin nəzarətində saray təlim-tərbiyəsi alan Mariya Elizabet şəcərə baxımından çox mühüm idi. Belə ki, dörd yetkinlik yaşına çatmış övladları olmasına baxmayaraq, Mariya Elizabet Fransa kralı II Henri və xanımı Ketrin Mediçinin yeganə nəvəsi idi. Digər tərəfdən isə anası Habsburq sülaləsinə mənsub idi. Bu baxımından onun gələcəkdə kiminlə evlənməsi Fransa tarixinə yön verə bilərdi.

Bir müddət Ambuaz qəsrində yaşasa da, daha sonra Parisə köçürülən Mariya Elizabeta 2 aprel 1578-ci ildə uşaq yaşlarında anidən vəfat etdi. Azyaşlı olmasına baxmayaraq mərhum kralın yeganə övladı idi və saray əhalisi tərəfindən çox sevilirdi. Bu səbəblə ölümü hər kəs tərəfindən kədərlə qarşılandı. Körpənin cənazəsi 8 gün sonra Sen-Deni bazilikasına atasının yanına dəfn olundu.

  • Downey, Kirsten (2014). Isabella: the Warrior Queen. New York: Nan A. Talese/Doubleday. ISBN 9780385534116
  • Fernández Álvarez, Manuel (2003). Isabel la Católica (in Spanish). Madrid: Espasa-Calpe, S. A. ISBN 84-670-1260-9