Valyuntarizm

Volüntarizm və ya voliuntarizm[1] (lat. voluntas — iradə) — təbiətin və cəmiyyətin inkişafında başlıca rolu insanın və ya ilahinin iradəsi ilə əlaqələndirən fəlsəfənin idealist istiqamətidir. Assosiativ psixologiyada yeni istiqamətdir. Banisi V.Vundtdur.

Volüntarizm, ətraf aləmi mütləqləşdirən və şəxsiyyətin rolunu heçə endirən, iradəsiz və heç nəyə təsir etməyən kimi təsvir edən panteizmə qarşı qoyulur.Qədim ənənələrə əsasən, panteizm taleyin əvvəlcədən müəyyən edilməsi fikrini əsas götürür[2].

Alleqorik mənada volüntarizm, bir növ şəxsiyyətin mühitlə mübarizəsidir.

Volüntarizm termini XIX əsrin sonunda sosioloq F.Tyonnis tərəfindən işlənilmişdir. Buna baxmayaraq etika və fəlsəfədə Volüntarist ideyalar daha əvvəllər A.Şopenhauer, F.Nitşe, A.Berqson tərəfindən irəli sürülmüşdür.

Digər mənaları

[redaktə | mənbəni redaktə et]
  • Volüntarizm — ehtimal edilə biləcək nəticələr və obyektiv şəraiti nəzərə almadan arzuolunan məqsədlərə çatmaq istəyi.
  • Eyni zamanda Qərbdə iqtisadi və siyasi sahədə Volüntarizm tamamilə başqa prinsip nəzərdə tutulur: sosial vı iqtisadi quruluşun bütün cəmiyyətin birbaşa iradəsi ilə və kənradan məcbur edilmədən (bu bir sıra anarxist məktəblərin fikirlərinə yaxındır) formalaşdırılması.
  • İradəni mövcudluğun ən ali prinsipi kimi dəyərləndirən fəlsəfi istiqamət. Volüntarizm Avqustinin, İoann Duns Skor və digərlərinin fəlsəfələri üçün xarakterikdir.

Metafizik volüntarizm

[redaktə | mənbəni redaktə et]

Metafizik volüntarizmin tərəfdarı XIX əsr alman filosofu Artur Şopenhauerdir.[3] Onun fikrincə, iradə mülahizə deyil, irrasional, şüursuz impulsdur, ona münasibətdə intellekt ikinci dərəcəli hadisədir. İradə bütün reallığın altında yatan qüvvədir. Sürücünün, niyyətin və həyatın dinamikasının bu şəkildə aradan qaldırılması sonralar Fridrix Nitsşe (hakimiyyət istəyi), Filip Maynlender (ölüm istəyi), Eduard fon Hartman, Yulius BahnsenZiqmund Freydə (zövq iradəsi) təsir etdi.

Siyasi volüntarizm

[redaktə | mənbəni redaktə et]

Siyasi volüntarizm siyasi hakimiyyətin iradənin ifadəsi üzərində qurulduğu fikridir. Tomas Hobbs, Jan Jak Russo kimi nəzəriyyəçilər və alman idealist ənənəsində bir çoxları tərəfindən irəli sürülən bu baxış siyasi gücü iradədən irəli gələn kimi anlayır[4].

  1. Азадлыг вә зәрурәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 131.
  2. [bse.sci-lib.com/article006549.html Волюнтаризм] // БСЭ
  3. Voluntarism (philosophy) Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine — Британская энциклопедия
  4. Christopher W. Morris, «The Very Idea of Popular Sovereignty: „We the People“ Reconsidered» Arxivləşdirilib 2020-02-06 at the Wayback Machine, Social Philosophy and Policy 17 (1):1 (2000).