Vampirin gündəlikləri (I mövsüm)

"Vampirin gündəlikləri" Kevin Vilyamson tərəfindən L. J. Smitin eyniadlı romanlar seriyası əsasında yaradılmış ABŞ supernatural-fentezi qorxu teleserialıdır. Serialın 2009–2010-cu il mövsümü üçün hazırlanması 19 may 2009-cu ildə elan edilmişdi.[9] Serialın premyerası 10 sentyabr 2010-cu il tarixdə The CW kanalında keçirilmiş və televiziya tarixində ən yüksək reytinq göstərərək 4.91 milyon canlı izləyici toplamışdır.[10][11]


I Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ
Seriya sayı22
Ekranlaşdırma
Orijinal kanalThe CW TV
Orijinal efir10 sentyabr 2009 (2009-09-10) – 13 may 2010 (2010-05-13)
Ev video çıxışı
DVD çıxış
Region 131 avqust 2010 (2010-08-31)[1]
Region 223 avqust 2010 (2010-08-23)[2]
Region 41 sentyabr 2010 (2010-09-01)[3]
Blu-ray Disk çıxış
Region A31 avqust 2010 (2010-08-31)[4][5]
Region B23 avqust 2010 (2010-08-23)[6]
(Birləşmiş Krallıq)
26 avqust 2010 (2010-08-26)[7]
(Braziliya)
1 sentyabr 2010 (2010-09-01)[8]
(Avstraliya)
Mövsüm xronologiyası
← Əvvəlki
-
Sonrakı →
II mövsüm
Vampirin gündəlikləri teleserialının seriyaları

Serialda hadisələr tarixi supernatural hadisələrlə zəngin uydurma Mistik Folls, Virciniyada baş verir. Hadisələrin mərkəzində valideynlərini itirmiş gənc qız Yelena Gilbert (Nina Dobrev tərəfindən canlandırılır) və Stefan (Pol Uizli tərəfindən canlandırılır) və Deymon Salvatore (Yan Somerhalder tərəfindən canlandırılır) qardaşları dayanır. İlk yeddi seriyadan sonra öldürülən Viki Danovan rolunu Kayla Yuell canlandırır. Metyu Devis serialda tarix müəllimi Alarik Zoltsman obrazını canlandırır. Daha sonra serialda onun rolu artırılır.[12] Serialın I mövsümü 13 may 2010-cu ildə 22 seriya ilə tamamlanmışdır.[13]

Qeyd: **Dobrev Ketrin rolunu 18 seriyada canlandırıb.

Mövsümün birinci yarısı vampirlərin həyat tərzinin təsviri, vampir qardaşlar Stefan və Deymon Salvatorelərin doğulduqları Mistik Folls şəhərinə qayıtması və Stefanın Yelenanın qəlbinə hakim olma cəhdləri, Deymonun çoxdan itirdiyi sevgisi – Yelenanın oxşarı Ketrin Pirsin (Katerina Petrova) həbs edildiyini düşündüyü gizli türbədən (otaqdan) azad etmək cəhdlərinin göstərilməsinə həsr edilib. Həmçinin Viktoriya "Viki" donovanın vampirə çevirilməsi və öldürülməsi baş verir.

Daha sonra Anna peyda olur. O, digər vampirlərlə birgə həbs edilmiş anası Pörlü xilas etməyə çalışan vampir qızdır. Anna bu fəaliyyəti zamanı səhvə yol verir və digər vampirləri də azad edir. Mövsümün ikinci hissəsi azad edilmiş vampirlərlə əlaqədardır. Ketrinin həmin vampirlər arasında olmadığı məlum olur. Yelenanın bioloji atası olan Con Gilbert də şəhərə dönür və vampirləri məhv etmək üçün plan hazırlayır. Mövsüm Banilər Günündə vampirlərin Con tərəfindən qurulmuş oyunun qurbanı olması və Ketrinin şəhərə dönməsi ilə tamamlanır.

No. # Ad Rejissor Ssenari müəllifi İlk efir tarixi İstehsal
kodu
ABŞ-də izləyicilər
(milyon)
11 Pilot Markos SiyeqaKevin Vilyamson & Cüli Plek10 sentyabr 2009 (2009-09-10)2967664.91[11]
Virciniyanın Mistik Fols adlı kiçik şəhərində yeniyetmə Yelena Gilbert və qardaşı Ceremi valideynlərinin ölümündən sonra çətin günlərini yaşayırlar, xalaları olan Cena onları himayəsinə götürmüşdür. Yelena həssasdır, Ceremi isə həmişə özünə qapanır və hisslərini büruzə verməkdən çəkinir. Onların həyatında heç nə planlaşdırıldığı kimi getmir. Məktəbə qayıtdıqları ilk gündə Yelena sevgilisi Metdən ayrılır və onun diqqətini məktəbə yeni gəlmiş sirrli Stefan Salvatore cəlb edir. Yelenanın rəfiqəsi Stefan Boni Stefanın şübhəli olduğunu düşünür və bu haqqda Tayler Lokvudla danışır. Mettin bacısı Vikinin dişlənmiş şəkildə tapılmasəndan sonra bunun hansısa heyvanın işi olması güman edilir, lakin Stefanın vampir olması aydınlaşır. Stefan (vampiir olmasına baxmayaraq o, insan qanı içmir) düşünür ki, şəhərdə başqa bir vampir də var və bu zaman artıq on beş ildir ki, görüşmədiyi qardaşı Deymon meydana çıxır. 
22 Gecə ulduz axışı Markos SiyeqaKevin Vilyamson & Cüli Plek17 sentyabr 2009 (2009-09-17)2J50013.78[14]
Mistik Folsda ulduz axışının qeyd edilməsinə hazırlaşılır. Viki hospitalda özünə gəlir, Stefan baş verənləri onun yaddaşından silməyə çalışsa da, Mett ona mane olur. Bu arada, Mr. Tanner Cenanı Cereminin vəziyyətinin yaxşı olmaması haqqında məlumatlandırır və iki yeniyetmənin məsuliyyətini öhdəsinə götürməklə düzgün hərəkət etmədiyini bildirir. Yelena və Deymon ilk dəfə Salvatorelərin malikanəsində rastlaşırlar. Yelenanın Stefanın keçmişinə olan marağı onun hər şeyi öyrənməsinə gətirib çıxarır. Yelena və Stefan ilk dəfə öpüşürlər. Deymon növbəti qurbanı olaraq Keralaynı seçir. 
33 Cümə gecəsi dişləmə Con DalBarbi Kliqman & Brayn M. Holdman24 sentyabr 2009 (2009-09-24)2J50023.81[15]
Boni əsəbi halda Yelenaya deyir ki, Stefana qarşı hansısa mənfi hissləri var, buna görə də Yelana onların bir-birini daha yaxşı tanıya bilməsi üçün evində nahar təşkil edərək hər ikisini dəvət edir. Məktəbdə futbol oyunu zamanı Tayler Stefanı alçaldaraq komandadan qovmağa çalışsa da, Stefan vampir bacarıqlarından istifadə edərək topu onun əlindən alır və geriyə göndərir. Nahar vaxtı birdən Keralayn və Deymon peyda olur və Yelena onları evə dəövət edir. Stefan Yelenanı Deymondan qorumaq üçün ona boyunbağı və sehrli klon bağışlayır. Stefan Deymona onda hələ də insani hisslərin qalmış ola biləcəyi haqqında fikri təlqin etdikdə Deymon əsəbləşərək Mr. Tannerin qanını içərək onu öldürür. 
44 Ailə münasibətləri Qay FerlandEndryuKreisberg & Brayan Yanq1 oktyabr 2009 (2009-10-01)2J50033.53[16]
Yelena və Stefan birlikdə, Teylerin valideynlərinin evində keçirilən şəhərin ənənəvi Banilər Günündə iştirak edirlər. Viki Taylerə Cereminin birlikdə olmaq təklifini rədd etdiyini bildirir. Stefan Yelenaya Salvatore ailəsinin tarixçəsini və nədən Deymonu həyatından çıxarmaq istəməsi haqqında danışır. Stefan eyni zamanda Lokvudlar ailəsinə məxsus tarixi kəhraba daşını da Yelenadan alır. Bu arada Stefan Deymon Stefanın yerini tutmaq üçün Keralayndan istifadə edir. Keralaynın qanını içdikdən sonra Deymon xəstələnir. Keralayn ayılarkən yanında kəhraba daşını görür və onun sehrli gücündən bixəbər şəkildə daşı çantasına qoyur. Mayor Lokvud (Taylerin atası), Karol Lokvud (Taylerin anası), Şerif Forbs (Keralaynın anası) və jurnalist Loqan Filin daxil olduğu şəhər komitəsi iclas keçirərək son dövrlərdə qanı içilrək öldürülmüş insan cəsədlərinin tapılmasından sonra vampirlərin Mistik Follsa qayıtdığı bildiri və Gilbertlər ailəsinə məxsus olan vampirləri təyin edən kompası əldə etməyin gərəkdiyi qərarına gəlirlər. Sonda Viki Cereminin yanına gəlir və onlar yataq otağına gedirlər. 
55 Sən mənim üçün ölü deyilsən Kevin BreySin Reykraft & Qabriel Stenton8 oktyabr 2009 (2009-10-08)2J50043.52[17]
Deymon Salvatorelərin zirzəmisindən azad olub gücünü bərpa etməklə məşğul olduğu dövrdə, Viki və Cereminin bir-birinə bağlılığı güclənir. Məktəbdə maşın yuma əyləncəsi düzəldilir, Boni böyü gücə malik olduğunu kəşf edir və bunu yoldaşlarına göstərmək istəyir. Bu arada Loqan öz cazibədarlığından istifadə edərək Cenanın onu yeməyə dəvət etməsinə nail olur. Logan Gilbertlərin evində kompası tapmağa ümid edir. Yelena yad birindən öyrənir ki, Stefan həmin adama 1953 – cü ildə tandığı Stefan Salvatore adlı birini xatırladır. Beləcə, Yelana Stefanın əslində kim olduğunu öyrənmək şansı əldə edir. Digər tərəfdə Deymon azad olmaq üçün Keralaynla olan əlaqəsindən istifadə edir, Zakı öldürür və Vikini özünə cəlb edir. 
66 İtmiş qızlar Markos SiegaKevin Vilyamson & Culi Plek15 oktyabr 2009 (2009-10-15)2J50053.88[18]
Stefan, özü, Deymon və Ketrinlə bağlı olan keçmişi Yelenaya danışır. 1864 – cü ildə hər iki qardaş Ketrin Pirs adlı bir qızı sevirlər və sonra o hər ikisini vampirə çevirir. Bu arada, Deymon gününü Viki ilə birgə Salvatorelərin mənzilində keçirməyə məcbur olur. Onlar içərək əylənirlər və Stefan Vikini vampirə çevirir. Stefan bunu öyrənir və Vikiyə insan qanı içirərək çevirilməni tamamlamağa kömək edərək onu ölməkdən xislas edir. Loqan kompası istifadə edərək Stefan və Vikini meşədə tapır. Loqan Stefanın vikiyə hücum etdiyini düşünərək, ona taxta güllədən atəş açır. Viki Loqana hücum edərək onu öldürür, qanını içir və çevirilməsini tamamlayır. Stefan Yelenaya Vikinin vampirə çevirildiyini bildirir, o isə Vikiylə əlaqələri kəsmədən bunu hamıdan gizlətmək qərarına gəlir. 
77 Ovlanmış Ernest DikkersonEndryu Kreisberq, Kevin Vilyamson & Culi Plek29 oktyabr 2009 (2009-10-29)2J50064.18[19]
Stefan yeni vampir Vikiyə hisslərini idarə etməyi öyrənməkdə kömək etmək istəyir, lakin ona nəzarət edə bilmir. Boniyə məktəbdə cadugər paltarı verdikdən sonra Keralayn sehrli kəhrabanı da ona verir və Şəhər banilərinin günündə Deymon kəhrabanı ondan almağa cəhd edir. Məktəbdə Halloven partisində Viki Yelena və Ceremiyə hücum edir. Deymon Vikinin ürəyini çıxararaq onu öldürür. Stefan baş verənləri Yelenaya danışır, o isə əslində Vikiyə nə olduğunu Met və Ceremidən gizlədir. Yelena qardaşının əziyyət çəkməsini qəbul edə bilmir və Stefandan xahiş edir ki, vampir gücündən istifadə edərək Cereminin yaddaşından pis hadisələri təmizləsin. Stefan bunu edə biləcəyindən əmin olmadığını dedikdən sonra, Deymon könüllü olaraq bu işi yerinə yetirir. 
88 162 Şam Rik BotaBarbi Kliqman & Qabriel Stenton5 noyabr 2009 (2009-11-05)2J50074.09[20]
Stefanın 350 yaşlı rəfiqəsi, köhnə vampir Leksi (qonaq ulduz Ariel Kebbel) Mistik Follsa gəlir. O, Yelenaya sevginin dəyərini anlamağa və Stefanla münasibətlərində yeni addım atmağa kömək edir. Bu arada Deymonun yaddaşını təmizləməsindən sonra Ceremi normal həyata qayıdır və dərsləri ilə ciddi məşğul olur. Yelena Deymondan qardaşına başqa nəsə etməsi haqqında soruşsa da, Deymon ona yalnız yaddaşından kədərli hadisələri sildiyini bildirir. Deymon Şerif Forbsa bir qutu yarpız verir, o isə bu yarpızları şəhərdəki bütün vampir ovçularına göstərərək onun vampirlər üçün təhlükəsindən danışır. Deymon Leksini yerli gənc oğlanın ölümündə günahlandıraraq onun tutulması üçün əməliyyat hazırlanmasına şərait yaradır, beləcə öz rəfiqəsinin qisasını alır. Sonra isə əməliyyatda iştirak edərək Leksini öldürür və Şerif Forbsa təhvil verir. Leksiyə edilənləri öyrəndikdən sonra Stefan Deymona hücum edir, lakin onu öldürmədən dayanır. Bu arada kəhrabanı boynuna taxan Boni qarabasama görür və qəbirsanlıqda yuxudan ayılır. 
99 Tarix təkrarlanır Markos SieqaBrayn M. Holdman & Brayn Yanq12 noyabr 2009 (2009-11-12)2J50084.10[21]
Mr. Tannerin ölümündən sonra onu əvəz etmək üçün şəhərə Alarik Zoltsman adlı yeni tarix müəllimi gəlir. Alarikin vampirlərin istifadə etdikləri üzüklərə bənzəyən üzüyü Cereminin diqqətini çəkir. Ceremi öz yeni tarix müəllimini Cena ilə tanış edir və sonradan onlar görüşməyə başlayırlar. Cena Alariki evə dəvət etmək istəsə də, sonra Cereminin evdə olduğunu xatırlayıb bu fikrindən əl çəkir. Boni yuxuda uzaq qohumu cadugər Emili Benneti gördükdən sonra seans keçirərək onunla əlaqəyə girmək qərarına gəlir. Bu arada Deymonun Mistik Follsa qayıtmasının əsl səbəbi aydınlaşır: o, Emilinin sağlıında Ketrinin ona verdiyi daşı tapmaqda Ketrinə kömək edirdi. Stefan bu daşın Ketrinin əlinə keçməsi ilə 1864-cü ildə şəhər sakinlərinin şəhərdəki bütün vampirləri həbs etdiyi Fellərin kilsəsinin altındakı otağın qapısının açılacağı və bunun şəhər üçün faciəylə nəticələnəcəyini bildiyindən Deymona maneə olmağa çalışırdı. Fellərin kilsəsinə gedərkən yolda bir neçə əsr öncə ölmüş Emili onun qarşısına çıxır və Deymon hələ sağlığında onunla bağladığı razılaşmanı xatırladır: Deymon Emilinin qan xəttini, Emili isə Ketrini qorumalı idi. Deymon daşı axtarmğa çalışır və Emili onu daşdan uzaq tutmaq istəyir. Emili daşı və Deymonun planlarını məhv etmək üçün ritual həyata keçirir. Qəzəblənən Deymon Boniyə hücum edir, Stefan isə öz qanını Boniyə içirərək onu qoruyur. Yelenanın hər şeyi izah etməsinə kimi Boni Stefandan qorxur. Yelena Stefana deyir ki, yalnız onun haqqında hər şeyi bildikdən sonra onunla əlaqə qurmağa razılaşar, Stefan isə keçmişdə çoxlu insan öldürdüyünü və bu ölümləri xatırlamaq istəmədiyini deyir. Keralaynın ehtiyacı olduğu müddətdə Mett onunla qalır. Loqan vampir kimi geri dönür və çalışır ki, Cena onu evə dəvət etsin. 
1010 Dönüş nöqtəsi J. Miller TobinKevin Vilyamson & Cüli Plek & Barbi Kliqman19 noyabr 2009 (2009-11-19)2J50093.57[22]
Ceremi valideynlərinin ölümündən sonra məşğul olmadığı fantastik varlıqların təsvirlərini çəkməyə davam etmək qərarına gəlir. Bu arada Loqan şəhərdə bir neçə nəfərə hücum edərək öldürür. Met və Keralayn bir-birinə dəstək olmağa davam edir. Mett Taylerə deyir ki, Keralaynın yanında olmaq ona xoşdur. Şerif Forbs Deymona şəhərdəki yeni hücumlar haqqında məlumat verir və məlum olur ki, Loqan onu kimin vampirə çevirdiyini bilmir. Alarik Ceremi, Tayler və Mayor Lokvud arasındakı kiçik mübahisənin həll edilməsinə kömək edir. Şerif Forbsla mübahisədən sonra Loqan Keralaynı qaçırır, lakin Deymon və Stefan onu xilas edir. Loqan Deymona deyir ki, Ketrini həyata qaytarmağın başqa yolunu bilir. Başqa bir yerdə Yelena Stefana deyir ki, onu sevir və Stefan Mistik Follsda qalmaq qərarına gəlir. Daha sonra Stefan və Yelena birgə yatırlar. Lakin Stefan içki gətirməyə getdikdə Yelena Ketrinin şəklini görür və ona nə qədər oxşadığını anlayaraq Stefanın bu oxşarlıq səbəbiylə onunla birgə olduğunu düşünür, hirsli şəkildə evi tərk edir, yarpızlı boyunbağısını isə evədə unudur. Alarik Loqanın qarşısını kəsərək Cenadan əl çəkməsini bildirir. Loqan ona hücum etməyə çalışsa da, Alarik cəld tərpənərək onu öldürür. Yelena yolun ortasındakı adamı vurmamaq üçün maşını kənara çəkərkən qəzaya düşür və maşını çevrilir. Lakin məılum olur ki, yolun ortasındakı insan deyilmiş. Həmin varlıq maşına yaxınlaşaraq onun qapısını qoparır və Yelena qışqırır. 
1111 Qan xətti Devid BarrettHekayə: Sin Reykraft
Teletamaşa: Kevin Vilyamson & Cüli Plek
21 yanvar 2010 (2010-01-21)2J50103.68[23]
Deymon sirli şəkildə peyda olaraq Yelenanı çevrilmiş maşından xilas edir. Deymon Yelenanı da özü ilə götürərək Corciyaya – köhnə tanışı cadugər Bri ilə görüşməyə gedir. O, üçid edir ki, Bri ona Ketrini həmin otaqdan çıxarmağa kömək edəcək. Vaxtilə Leksinin rəfiqəsi olan Bree, Leksinin ölümünə görə Deymondan qisas almaq istəyən sevgilisi Lini çağırır. Yelena Deymonu xilas edir və Bri Emilinin cadu kitabını tapmağı söylədikdən sonra Deymon onu öldürür. Mistik Follsa döndükdən sonra Boninin nənəsi gücünü idarə etməkdə ona kömək etmək qərarına gəlir. Bu arada Ceremi Mistik Follsun əsl keçmişini bilən gənc xanım Anna ilə tanış olur. Yelena və Deymonun şəhərə dönməsindən sonra Stefan açıqlayır ki, o, Yelenanı valideynlərinin öldüyü avtomobil qızasından xilas edib. Stefan eyni zamanda Yelenaya bildirir ki, valideynləri Yelenanı övladlığa götürmüşdülər, lakin o, əsl valideynlərin kim olduğunu bilmir. O, yelenanı sevdiyini bildirir və Yelena onu bağışlayır. Bu arada Alarik Mistik Qrill barda oturaraq onun arvadını öldürmüş Deymonu izləyir. 
1212 Naxoş Liz FridlanderBarvi Kliqman & Brayn Yanq28 yanvar 2010 (2010-01-28)2J50113.71[24]
Stefan və Deymon şəhərdə yeni vampir olduğunu anladıqdan sonra Yelena və onun ailə üzvlərini qorumaq üçün onlara yeni yarpızlı zinət əşyaları verirlər. Pul qazanmaq üçün Mett Mistik Qrill barda – məktəbin keçmiş futbolulduzu Benlə birgə işləməyə başlayır. Ben Deymonun onu izlədiyini gördükdə kömək üçün Boniyə müraciət edir. Deymon və Stefan 1950-ci illər mövzusunda keçirilən rəqs partisində Yelenanı müşayət edirlər. Həmin partidə Alarik Deymonla tanış olur. Yelenaya hücum edən vampir Noy (Dillon Kesi) Stefan və Deymon tərəfindən öldürülür. Ölməzdən əvvəl o söyləyir ki, vampirlərin bağlandığı otağa gedən yol Gilbertlərin ailə kitabından keçir. Partidən sonra Alarik və Cena evin yolunda gəzərkən Alarik keçmiş həyat yoldaşının adının Yelenanın doğulma anası kimi İzobel olduğunu bildirir. Bu arada Anna Ceremini ələ almağa çalışır, çünki, Gilberlərin ailə kitabını ələ keçirmək istəyir. Sonda aydın olur ki, Anna və Ben şəhərə birgə gəlmiş və bir-birini sevən vampir cütlüyüdü. 
1313 Lənətlənmiş uşaqlar Markos SieqaKevin Vilyamson & Cüli Plek4 fevral 2010 (2010-02-04)2J50123.99[25]
Seriya 1864-cü ildə Ketrin və Deymonun təsviri ilə başlayır. Ketrin karetanı saxlayaraq içəridəki adamlara hücum edir və onların qanını içir. Daha sonra Ketrin və Deymon öpüşür. Səhnə solur və müasir dövrdə Deymonun Stefan və Yelenanı yataqda görməsi təsvir edilir. Sonra yenə 1864-cü ildə Ketrin və Deymon təsvir edilir. Stefan və Deymon, ataları Cüzeppe Salvatorenin də aralarında olduğu şəhər sakinlərinin aktiv hərəkətə keçməsindən narahat olur. Müasir dövrdə isə Boni Benin vampir olduğunu öyrənir və Ben Bonini oğurlayır. Yelena Stefan və Deymona onun keçmiş qohumuna aid olmuş ailə kitabını axtarmağa kömək edir. Stefan Alarikin Gilbertlərin ailə kitabına və şəhərin tarixinə olan marağının səbəbini, eyni zamanda Gilmordakı saxlanca gedən yolu öyrənir. Bu arada Anna Stefanın Alarikdəki kitabı almasından əvvəl onu oğurlayır, Stefan isə Alarikdəki kopya nüsxəni götürür. Yelena və Stefan Emilinin cadu kitabını tapmaq üçün Cüzeppe Salvatorenin məzarına gedir. Cereminin rəfiqəsi Annanın, şəhərdəki digər vampirlərlə birgə Fellərin kilsəsinin altındakı otaqda həbs edilmiş vampirlərdən biri Pörlün qızı olduğu məlum olur. Deymon kitabı onun əlindən alır və atasının qəbrinə gedir. Deymon Yelena və Stefanı atasının məzarının yanında tapır. Deymon kitabı götürür, Stefan isə Yelenanı evə aparır. Daha sonra o Ceremi və Anna arasında baş verənləri öyrənir. Cəld Yelenanın yanına gedir lakin, onun yerində olmadığını görür. 
1414 Bir dəfə məni aldat Markos SieqaBrett Konrad11 fevral 2010 (2010-02-11)2J50133.51[26]
Yelena gözlərini açanda anlayır ki, o və Boni, Anna və Ben tərəfindən oğurlanıb. Stefan onları tapmağa çalışır və Seymondan kömək etməsini xahiş edir, lakin Deymon imtina edir. Boninin nənəsindən gələn kömək sayəsində Stefan onları azad edir. Getməsinə imkan verməmək üçün Stefan Beni öldürür. Bu arada Ceremi Annanı meşədə keçiriləcək partiyə dəvət edir. Boni və nənəsinin köməyi ilə vampirlərin həbs edildiyi otağın qapısı açılır və deymon öyrənir ki, Ketrin içəridə deyil. Anna da içəri girir, anasını tapır və Yelenanın qanından ona içirərək həyata qayıtmasına kömək edir. Stefan Deymona deyir ki, otağın qapısının möhürü müvəqqəti olaraq açılıb və Yelena onların hər ikisinə həmişəlik otağın qapısı bağlanmamış otağı tərk etməyə kömək edir. Otaqdan kənarda Yelena Deymonun çox məyus olduğunu görür və ona dəstək olur. Daha sonra Anna və Pörlə kömək edən Deymon öyrənir ki, 1864-cü ildə bütün vapirlər həbs edilərkən, Ketrinə aşiq olan kilsə mühafizi onun getməsinə icazə verib və əslində Ketrin heç vaxt həmin otaqda həbs edilməyib. Anna 1983-cü ildə Ketrini Çikaqoda gördüyünü və onun Deymonun təsvir etdiyindən xeyli fərqli olduğunu bildirir. Boni evə gələrək nənəsini yoxlamaq istəsə də, vampirlərin həbs edildiyi otağın qapısının açılmasından sonra çoxlu güc itirən nənənin öldüyünü görür. Seriya vampirlərdən birinin həmin otağı tərk etməsi ilə başa çatır. 
1515 Bir neçə yaxşı adam Yoşua BatlerBrayn Yanq25 mart 2010 (2010-03-25)2J50143.33[27]
Vampirlərin həbs edildiyi otaqdan qaçmış Harper meşədə bir nəfəri qanını içərək öldürür və paltarlarını götürür. Mettin sərsəri anası Kellinin gözlənilməz gəlişi Mett və Deymon üçün gözlənilməz olur. Stefan və Yelena Deymonun vəziyyətindən narahat olur. Bu arada Deymon Şerif Forbsa şəhər idarə heyətinin üzv ü olmaq üçün müraciət edir və Alarik haqqında şübhələri olduğunu deyir. Alarik öyrənir ki, onun arvadı İzobel, Yelenanın bioloji anası olmuş və özünün istəyi ilə Deymon tərəfindən vampirə çevirilmişdir. O Deymonu sakitləşdirir və bu sakitlik Deymonun Alariki ölümcül bıçaqlaması ilə başa çatır. Lakin Alarik həyata qayıdır, onun həyatını İzobel tərəfindən bağışlanmış sirli üzük qoruyur. Yelena bioloji anası haqqında hər şeyi öyrənməyə qərar verir, lakin İzobelin özü tərəfindən xəbərdarlıq alır. Seriyanın sonunda Harperin Anna və Pörlün arasında durduğu aydın olur. 
1616 Ətrafda bir yerə getmək Kevin BrayBrayn O & Endryu Kambliss1 aprel 2010 (2010-04-01)2J50152.80[28]
Anna şəhəri öz nəzarətinə almaq istəyən anası Pörllə birgə Deymonun yanına gəlir. Bütün vampirlər vaxtilə həbs edildikləri otağı tərk edirlər və əksəri şəhər ətrafındakı fermada məskunlaşır. Pörl qarşılıqlı yardım edəcəyi halda, Deymona Ketrini tapmaqda kömək etməyə söz verir. Bu arada Anna Cereminin evinə gəlir. Ceremi əlini kəsərək qanını Annaya təklif edir və o qanı içməyə başlayır, lakin Cenanın gəlməsi ilə dayanır. Yelena, Stefan, Keralayn və Mett Mistik Qrill bara gəlirlər və yenicə azad olmuş vampir Frederik burada Yelenanı Ketrinə bənzədir. Kelli, Cena və Deymon barda birgə içki içirlər, Kelli və Deymon arasında münasibətlərin yaxınlaşdığını görən Cena onları tək buraxır. Frederik və onun, vamppirlərin 1864-cü ildə həbs edilməsində Salvatore qardaşlarını günahlandıran rəfiqəsi Betann Salvatorelərin malikanəsinə soxularaq Stefan və Deymona hücum edirlər. Stefan Betannı tutur, lakin Frederik qaçaraq fermaya gedir və burada Pörl, onun xəbərdarlığına fikir verməyərək həmin məkanı tərk etdiyinə görə onu danlayır. Sonda Anna Cereminin otağına gələrək əlini kəsməsinin düz hərəkət olmadığını bildirir, Ceremi isə Annadan onu vampirə çevirməyi xahiş edir. 
1717 İcazə ver içəri girim Denis SmitHekayə: Brayn Yanq
Teletamaşa: Cüli Plek
8 aprel 2010 (2010-04-08)2J50163.48[29]
Mistik Follsu cənginə alan fırtına yolları təhlükəli hala gətirir. Ceremi Annanı onu vampirə çevirmək üçün yola gətirməyə çalışsa da, o bundan imtina edir. Bu arada Stefan, işgəncə verilərək öldürülməsi üçün Frederik və və dostları tərəfindən oğurlanır. Deymon Stefanın saxlandığım evə getsə də, dəvət olunmadığı üçün içəri girə bilmir. Deymon və Yelena, Stefana kömək etmək üçün alariki çağırmalı olur. Deymon Yelenaya onlarla birgə içəri girməyə icazə vermir. Pörl Mistik Qrilldə Mayor Lokvudla görüşür. Anası Kellinin hərəkətlərindən əsəbləşən Mett eyni zamanda onun xətrinə dəyməkdən də çəkinir. Alarik gələrək vampirlərin toplandığı evə girir. Deymon evin sahibini öldürür və bundan sonra içəri daxil olur. Fırtınada maşın qəzasına düşən Keralayn meşədə Viki Donovanın cəsədinin qalıqlarını tapır. Mett və Kelli xəbərdən pərişan olur. Deymon və Yelena Stefanı azad edir, lakin çoxlu vampir öldürməli olurlar. Stefanın özünə gəlməsi üçün Yelena öz qanından ona içirir. Stefan bir anlıq özünə nəzarəti itirir. Anna Ceremini vampirə çevirməyə razılıq verir, lakin sonradan öyrənir ki, onun bu istəyinin əsasında Viki ilə birgə olmaq istəyi dayanır. Deymon müəyyən edir ki, Stefan qan hərisliyini idarə bacarığını itirib və Deymonun qan ehtiyatından çoxlu qan içib. 
1818 Nəzarət altında Devid Von AnkenBarbi Kliqman & Endryu kambliss15 aprel 2010 (2010-04-15)2J50173.15[30]
Srefan öz hisslərinə nəzarət etməyə çalışdığı müddətdə, Yelena və Cereminin dayısı Con Gilbert gözlənilmədən Mistik Follsda peyda olur. Banilər Günü mərasimində Stefan özünü bir qədər qəribə aparır, Deymonun Con Gilbertin şəhərə qayıtma səbəbini anlamaq cəhdləri isə işləri bir qədər də qarışdırır. Mett, anası və Tayler arasında münasibət olduğunu düşündüyündən hər kəsin gözü önündə Taylerlə savaşır. Taylerin atası bu hərəkətinə görə onu danlayır, Mett isə anası Kellinin şəhərdən getməsinə imkan verir. Deymon və Alarik Con Gilbertdə də alarikin üzüyünə bənzər üzük olduğunu öyrənir. Ketrin və İzobelin tarixçəsi də daxil olmaqla, Con Gilbert şəhərin bütün tarixini əhatəli bilir. Başqa bir yerdə Yelena vampirlər haqqında bəzi informasiyalar verməklə Ceremini sakitləşdirməyə çalışır. 
1919 Miss Mistik Folls Markos SieqaBrayn O & Keralayn Drays22 aprel 2010 (2010-04-22)2J50183.33[31]
Seriya Stefanın yenidən məktəbə qayıtması ilə başlayır. Yelena məktəbdə ona yaxınlaşsa da Stefan sonra onun yanına gələcəyini deyərək uzaqlaşır və Yelena onun çox dəyişdiyini hiss edir. Banilər Gününün Qalasında Yelena və Keralayn “Miss Mistik Folls” yarışması təşkil edir. Boni şəhərə dönür və bu Yelenanı çox xoşbəxt edir. Boni, Salvatore qardaşları ilə olan əlaqəsinə görə Yelenaya qarşı qəzəb hiss etdiyini müəyyən edir. Yarışma zamanı Deymon Yelenaya deyir ki, Stefan yenidən insan qanı içməyə başlayıb. Yelena bunu bildiyini dedikdə Stefan əsəbləşir və güzgünü sındırır. Mərasim rəqsi zamanı Ceremi yenidən Annadan onu vampirə çevirməsini xahiş edir. Rəqsdən sonra deymon Yelenaya Stefanın yoxa çıxdığını deyir. Onlar Boninin köməkliyi ilə Stefanın meşədə olduğunu müəyyənləşdirirlər və oraya çatdıqda, Stefanın yarışma iştirakçılarından biri olan Ember adlı qızın qanını içdiyini görürlər. Bu arada, Con Gilbert uğursuz alınsa da Deymonu qorxutmağa çalışır. Seriya Deymon və Yelenanın Stefana qana hərislik hissini idarə etməkdə kömək etmək üçün zirzəmidə bağlaması ilə başa çatır. 
2020 Qan qardaşları Liz FraylanderKevin Vilyamson & Cüli Plek29 aprel 2010 (2010-04-29)2J50193.39[32]
Stefan keçmiş xətalarından uzalqşmağa çalışdığı müddətdə qardaşlar Yelenaya əslində necə vampirə çevirildiklərini danışırlar. Stefan xatırlayır ki, 1864-cü ildə onlar Ketrini xilas etməyə çalışdıqda ataları onlara atəş açmışdı. Özlərinə gəldikdə Boninin qohumu olan cadugər onlara demişdi ki, yaralı olduqda Ketrin öz qanını Stefana içirib, Deymon isə könüllü olaraq onun qanını içib. Daha sonra stefan evə gedərək atasına söyləməyə çalışır ki, o, çevirilmənin tamamlanmasına imkan verməyəcək, lakin, atası onu dinləmir. Atası onu tələyə salmağa çalışsa da, səhvən özü tələyə düşür. Stefan atasına kömək etməyə çalışsa da, onun qanı axdığını görür və özünü saxlaya bilməyərək atasının qanını içir, beləcə çevirilməsini tamamlayır. Stefan özünü çox yaxşı hiss etdiyindən və hisslərindən imtina edə bilmənin verdiyi həzzə görə Deymonu da çevirilməsini tamamlamağa məcbur edir. Pörl və Con Gilbert üz-üzə gəlir. Bu arada Deymon və Alarik sirli kəşfi Con Gilbertdən əvvəl ələ keçirmək qərarına gəlir. Ceremi və Annanın münasibətləri inkişaf edir və Anna Ceremi ilə daha çox birlikdə ola bilmək üçün Cereminin məktəbinə yazılır. Con Gilbert Pörlü tələyə salaraq öldürür və Anna anasının cəsədini tapır. Stefan özünü idarə edə bilməməkdən bezərək ölmək qərarına gəlsə də Yelena danışaraq onu yolundan daşındırır. Onlar Salvatorelərin evinə dönürlər və Stefan qan hərisliyindən azad olmuş kimi görünür, lakin bu hadisə Deymonu şad etmir. 
2121 İzobel J. Miller TobinKeralayn Drays & Brayn Yanq6 may 2010 (2010-05-06)2J50203.31[33]
İzobel yenidən şəhərə qayıdırvə onun yeni qəddar və ehtiyatlı halı Alariki təəccübləndirir. Məlum olur ki, İzobel yaşadığı vampir həyatından heç də razı deyil və Yelenanı da çox sevir. Nəhayət ki, Yelena və İzobel görüşdükdə, İzobel Yelenanın bütün suallarına cavab verməyə söz verir və eyni zamanda bildirir ki, o, Con Gilbertin axtardığı sirrli kəşfi axtarır. Tezliklə Deymonda başqa cihazın olduğunu öyrənən İzobel Yelenanı həmin cihazı əldə etmək üçün yola gətirməyə çalışır və etiraz edəcəyi halda hər kəsi öldürməklə təhdid edir. Tezliklə məlum olur ki, həm İzobel, həm də Con Gilbert Ketrin üçün çalışırmış. İzobel cihazı Deymonun əlindən almağa çalışır və əvəzində Ketrinin yerini deməyi təklif edir, lakin Ketrinin artıq Deymonu maraqlandırmadığını gördükdə, onu yaxınlarına zərər vurmaqla hədələyir. Sonra İzobel Ceremini oğurlayır və Yelenanın əli ilə Deymona təsir etməyə çalışır. Boni həmin cihazdan vampirləri öldürməyə qadir sehri təmizləməyi təklif edir, lakin məlum olur ki, bütün vampirlərin əlehinə olan bu tiksimi yalnız söndürmək olar. İzobel bilir ki, Deymon da Yelenanı sevir və bu səbəbdən də Yelenanın əli ilə cihazı əldə edir. Məlum olur ki, Con Gilbert Yelenanın bioloji atasıdır və İzobel və Conun məktəb zamanı əlaqələri olub. Con cihazı, Stefan və Deymon da daxil olmaqla bütün vampirlərin öldürülməsi üçün istifadə etməyə çalışır. Şəhəri tərk etməzdən əvvəl İzobel Yelenanın qayğısına qaldığını göstərir, Salvatore qardaşlarının onu vampirə çevirməsindən qorxduğunu bildirir. Anna Cereminin yanına gələrək anasının öldürüldüyünü və artıq bu şəhərdə qala bilməyəcəyini, lakin getməyə başqa yerinin olmadığını da bildirir. Ceremi onu qucaqlayır və sakitləşdirir. 
2222 Banilər Günü Markos SiegaBrayn O & Endryu Kambliss13 may 2010 (2010-05-13)2J50213.47[34]
Şəhərdə Banilər Günü qeyd olunur, hamı əylənir və atəşfəşanlığı gözləyir. Ceremi hələ də ona hər şeylə bağlı yalan söylədiyinə görə Yelenadan uzaq gəzir, Anna ilə yaxınlıq edir. Anna ona öz qanından bir qədər verərək vampir olub-olmamaq seçimini Ceremiyə verir. Deymon və Alarik Con Gilbertə sirli cihazı ələ keçirməyə maneə olmağa çalışdıqlar müddətdə, Con Banilər Günü mərasiminin sonu üçün xaotik, dağıdıcı və ölümlərlə dolu bir plan hazırlayır. Bu arada həmin cihaz işə salınır və Tayler də bu cihazdan təsirlənir. Keralayn, Mett və Tayler bu cihazın təsiri ilə avtomobil qəzasına düşür. Cihaz Taylerin atası Mayor Lokvuda da təsir edir. Con Annanı öldürür və həbsdən çıxmış bir çox vampirləri qədim binada yandırır. Taylerin atası da onlarla birgə ölür. Stefana aydın olur ki, uzun illər ərzində baş vermiş hər şeyə baxmayaraq o hələ də qardaşını çox sevir. Stefan Con Gilbertin Yelenanın bioloji atası olması haqqında məlumatı ona bildirir. Boni Yelenanın xətrinə Stefan və Deymonu Con Gilbertin hücumundan qorusa da, Deymonun bir də günahsız insanları öldürəcəyi halda bunu cavabsız qoymayacağını bildirir. Deymon nəhayət ki, onda da müsbət xüsusiyyətlərin olduğunu anlayır və daha yaxşı insan olmaq istəyi hiss edir. Ceremi ölümü haqqında öyrənir və onun verdiyi qanı içir. Deymon Yelena hesab etdiyi qızla öpüşür və həmin qız onu Cenanın evinə dəvət edir, lakin sonradan qızın Ketrin olduğu məlum olur. Mövsüm əsl Yelenanın evə girməsi və Ketrinin olduğu mətbəxə getməsi ilə başa çatır... 

6 fevral 2009-cu ildə The CW TV-nin Kevin Vilyamson və Culi Plekin iştirakı iıə "Vampirin gündəlikləri"nin ekranlaşdırılmasına başladığı bildirildi.[35] 19 may 2009-cu ildə rəsmən 2009–2010-cu illər mövsümü üçün serialın efirə veriləcəyi elan edildi.[9]

I Mövsümün pilot seriyası Vankuverdə, sonrakı seriyalar isə Kovinqton, Corciyada (filmdəki uydurma şəhər Mistik Folls, Virciniya) və Böyük Atlanta ətrafındakı müxtəlif yerlərdə çəkilmişdir.[36] İlk seriyalarda yüksək reytinqlər qazanmasından sonra I mövsümün 22 seriyadan ibarət olması qərara alınmışdı.[37]

Serial haqqında fikirlər müxtəlifdir, "Entertainment Weekly" mövsümü B+ kimi qiymətləndirir və qeyd edir ki, "serial yazıçı – prodüser Kevin Vilyamsonun yaradıcılıq tərzinin ekranlara dönməsinin işartılarını verir." Fikir "Gündəliklər bizə sərt dilli əyləncə söz verir" fikri ilə tamamlanır.[38] "Metacritic" seriala tənqidçinin rəyi əsasında 50/100 kimi dəyər verir.[39]

Lakin əksər tədqiqatçılar hesab edir ki, serial hər seriyada inkişaf etdirilir. "The Independent"dən Sara Hyuq qeyd edir ki, "zəif açılış seriyasından sonra "Vampirin gündəlikləri" maraqlı və dinamik inkişaf edən seriala çevrilməyə başladı."[40] "The New York Post" isə Yelena obrazını öz hisslərinə təhvil olaraq oğlan dostunun onu idarə etməsinə imkan verməyən güclü iradəyə malik qadın xarakteri kimi dəyərləndirir.[41] "The San Diego Union-Tribune"da deyilir: "Yüksək istehsal keyfiyyətinə malik supernatural drama, çılğın çəkilmə üsulu, mürəkkəb ssenarisi və sirli mühiti ilə hər kəsin qəbul edə bilməyəcəyi bir serialdır."[42] "The New York Times"dan Mayk Heyl qeyd edir ki, serial 2009-cu ilin televiziya şouları arasında şərəfli yer tutur.[43]

10 sentyabr 2009-cu ildə premyerası keçirilən "Vampirin gündəlikləri" 4,9 milyon canlı izləyici ilə The CW TV tarixində, eləcə də televiziya tarixində ən yüksək reytinq əldə etmişdir.[10][11] DVR nömrələri də əlavə edildikdə premyera reytinqi 5,7 milyon izləyiciyə qalxır.[44] Lakin sonra serialın inzləyiciləri bir qədər azalmış, 29 oktyabrda Halloven seriyası efirə getdikdən sonra 18–37 yaşlı izləyicilərin cəlb edilməsi ilə serialın reytinqi yenidən yüksəlmişdir.[45] DVR nömrələrinin də əlavə edilməsi ilə ikinci 4,7 milyon[46], üçüncü 4,6 milyon[47], dördüncü 4,3 milyon[48], beşinci 4,4 milyon[49], altıncı 4,6 milyon[50], doqquzuncu 4,9 milyon[51], on beşinci seriya isə 4,3 milyon izləyici toplaya bilmişdi.[52]

Serial həftəlik ortalama hesabla 3.60 milyon izləyici reytinqi ilə The CW TV-nin 2009–2010-cu il efir mövsümünün ən birinci televiziya şousu olmuş və 2006-cı ildən bu yeri tutan "Amerikanın Növbəti Top Modeli" şousunu geridə qoymuşdur.[53]

DVR izləyiciləri

[redaktə | mənbəni redaktə et]
No. Ad Efir tarixi 18–49 reytinq (Canlı + SD) İzləyicilər
(milyon)
Ümumi 18–49 arası Ümumi izləyicilər
(milyon)
Mənbə
01 "Pilot" 10 sentyabr 2009 (2009-09-10) 1.9 1.96 2.6 5.78 [54]
02 "Gecə ulduz axışı" 17 sentyabr 2009 (2009-09-17) 1.6 1.46 2.1 4.70 [55]
03 "Cümə gecəsi dişləmə" 24 sentyabr 2009 (2009-09-24) 1.7 0.85 2.2 4.69 [56]
04 "Ailə münasibətləri" 1 oktyabr 2010 (2010-10-01) 1.6 0.88 2.0 4.33 [57]
05 "Sən mənim üçün ölü deyilsən" 8 oktyabr 2009 (2009-10-08) 1.7 1.02 2.2 4.55 [58]
06 "İtmiş qızlar" 15 oktyabr 2009 (2009-10-15) 1.8 1.48 2.3 4.62 [59]

Birinci mövsümünə görə "Vampirin gündəlikləri" yeddi "Teen Choice Awards" və bir "People's Choice Award" mükafatı əldə etmişdi.[60][61]

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

Serialın birinci mövsümü DVD-də Region 1, 2 və 4-də, Blu-ray diskdə Region A və B-də satışa çıxarılmışdır. Hər iki ABŞ versiyasına aktyorların və çəkiliş komandasının şərhləri, ixtisar edilmiş səhnələr, səhnə arxası görüntülər və L. J. Smitin "Vampirin gündəlikləri" romanlar seriyasından birinci kitab olan "Oyanma" kitabı audiokitab şəklində əlavə edilmişdir.[1] Region 2-də DVD şəklində 23 avqust 2010-cu ildə satışa çıxarılmışdır.[2] Bunun ardınca 31 avqust, 2010-cu ildə region 1-də[1], 1 sentyabr, 2010-cu ildən isə region 4-də DVD satışına başlanmışdır.[3] Blu-ray disk şəklində satış Region A-da 31 avqust, 2010-cu ildə başlamışdı.[4][5] Region B-də isə müxtəlif vaxtlarda satış başlanmış, Birləşmiş Krallıqda 23 avqust[6], Braziliyada 26 avqust[7], Avstraliyada isə 1 sentyabr[8], 2010-cu ildən diskləri əldə etmək mümkün olmuşdur.

  1. 1 2 3 Lambert, David. "The Vampire Diaries – Warner Announces The Complete 1st Season on DVD and Blu-ray: Date, Specs, Extras". TV Shows on DVD. June 4, 2010. June 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2010.
  2. 1 2 "The Vampire Diaires – Season 1 [DVD] [2009]". Amazon. 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  3. 1 2 "Vampire Diaries, The – The Complete 1st Season". EzyDVD. 2012-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01 aprel, 2013.
  4. 1 2 "The Vampire Diaries: The Complete First Season [Blu-ray]: Nina". Amazon.com. 2012-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  5. 1 2 "The Vampire Diaries: The Complete First Season Blu-ray: Amazon.ca: Nina Dobrev, Ian Somerhalder, David Barrett, David Von Ancken, Dennis Smith, Ernest R. Dickerson, Guy Ferland, J. Miller Tobin, John Dahl, Joshua Butler: DVD". Amazon.ca. 19 July 2010. 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  6. 1 2 "Vampire Diaries: Complete First Season 4pc Blu-ray US Import: Amazon.co.uk: Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Steven R. McQueen, Sara Canning, Katerina Graham, Candice Accola, Zach Roerig, Michael Trevino, Matthew Davis, Malese Jow, Kelly Hu, David Barrett, David Von Ancken, Dennis Smith, Ernest R. Dickerson, Guy Ferland, J. Miller Tobin, John Dahl, Joshua Butler: DVD". Amazon.co.uk. 2012-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  7. 1 2 In Portuguese: http://bjc.uol.com.br/2010/07/01/listao-de-lancamentos-para-agosto-2/ Arxivləşdirilib 2010-07-06 at the Wayback Machine Retrieved 2013-04-01.
  8. 1 2 "Vampire Diaries, The – The Complete 1st Season (4 Disc Set) (Blu-ray) (FREE Replica Necklace) @ EzyDVD". Ezydvd.com.au. 2012-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  9. 1 2 Nellie Andreeva. "CW picks up 'Melrose Place,' 'Vampire Diaries'". Hollywood Reporter. 2009-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01. (#invalid_param_val)
  10. 1 2 Ausiello, Michael. "'Vampire Diaries' Ratings: They Don't Suck!". Entertainment Weekly. September 11, 2009. October 11, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  11. 1 2 3 Seidman, Robert. "Vampire Diaries sets record as The CW most watch series premiere ever". TV by the Numbers. September 11, 2009. September 13, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10mart, 2013.
  12. Matt Davis Interview Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Retrieved: 2013-03-27.
  13. "The Vampire Diaries Episodes". TV Guide. 2012-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
  14. "Thursday Night Broadcast Original Final Numbers". TV by the Numbers. 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  15. "TV Ratings: FlashForward flashes brightly; Grey's annihilates CSI, The Mentalist". TV by the Numbers. 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20113-03-10.
  16. Calabria, Rosario. "Broadcast TV Ratings for Thursday, October 8, 2009". Your Entertainment Now. October 9, 2010. April 21, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Mart, 2013.
  17. "Thursday Broadcast Finals". TV by the Numbers. 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  18. "Thursday Broadcast Finals". TV by the Numbers. 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  19. "Thursday Broadcast Finals". TV by the Numbers. 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  20. "Thursday Broadcast Finals". TV by the Numbers. 2009-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  21. "Thursday Broadcast Finals". TV by the Numbers. 2010-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  22. "Thursday broadcast finals: Grey's Anatomy up; The Vampire Diaries, 30 Rock down". TVByTheNumbers. 2009-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  23. Calabria, Rosario. "Broadcast TV Ratings for Thursday, January 28, 2010". Your Entertainment Now. January 29, 2010. April 20, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart, 2013.
  24. Heroes, Vampire Diaries, Smallville and Fringe See Largest DVR Increases For Wk of Jan. 31, TVbythenumbers, 2010-02-21 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 26 mart, 2013
  25. Gorman, Bill. "TV Ratings Thursday, February 4, 2010". TV By The Numbers. February 5, 2010. September 10, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart, 2013.
  26. Gorman. "Thursday Broadcast Finals: Grey's Anatomy, The Mentalist Tick Up, Private Practice, 30 Rock Tick Down". TV by the Numbers. February 12, 2010. 2010-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  27. "Broadcast Finals: The Middle, Modern Family, Idol, Survivor, ANTM Rise – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 25 March 2010. 2010-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  28. "TV Ratings Thursday; Nielsen Overnight Ratings; Grey's Anatomy ratings, Survivor ratings, Mentalist ratings, CSI ratings, The Office Ratings, The Marriage Ref Ratings, Bones ratings, Fringe ratings, Vampire Diaries rating, Supernatural Ratings, Flash Forward ratings, Private Practice ratings – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 2010-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-226.
  29. "Thursday Broadcast Finals: Survivor, Bones, Vampire Diaries Adjusted Up; CSI Down – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 9 April 2010. 2010-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  30. "Thursday Broadcast Finals: "Vampire Diaries", "Survivor", "Bones" Adjusted Up; "CSI" Adjusted Down – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 16 April 2010. 2010-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  31. "Thursday Broadcast Finals: Vampire Diaries, Supernatural Adjusted Up; Community, Office Adjusted Down – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 23 April 2010. 2010-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  32. "Thursday Finals FlashForward, Survivor, Bones Adjusted Up; Community, Parks & Rec, Private Practice Adjusted Down". TV By The Numbers. April 30, 2010. 2010-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
  33. Seidman, Robert. "Thursday Finals: "Survivor," "Bones," Adjusted Up; "30 Rock" Adjusted Down". TV By The Numbers. May 7, 2010. May 29, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart, 2013.
  34. Seidman, Robert. "Thursday Finals: Survivor, Grey's Anatomy, CSI, Mentalist, Community Adjusted Up". TV By The Numbers. May 14, 2010. May 19, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart, 2013.
  35. Michael Schneider. "CW picks up 'Vampire Diaries' pilot". Variety. 5 February 2009. 9 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2013.
  36. Khouli, Gabriel. "'Vampire Diaries' crew to film on square Thursday, Friday". The Covington News. July 21, 2009. December 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  37. Schneider, Michael. "CW orders more 'Vampire Diaries'". Variety. October 21, 2009. January 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  38. Tucker, Ken. "TV Review: The Vampire Diaries (2009)". Entertainment Weekly. 4 September 2009. 25 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2013.
  39. "'The Vampire Diaries". Metacritic. 2012-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  40. Hughes, Sarah. "The Vampire Diaries – Fresh blood for teenage vampire lovers". The Independent. London. February 5, 2010. May 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aprel, 2013.
  41. Karpel, Ari. "5 reasons 'Vampire Diaries' is better than 'Twilight'". New York Post. December 18, 2009. May 24, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  42. Peterson, Karla. "It's crazy happy season on fall TV". The San Diego Union-Tribune. October 23, 2009. İstifadə tarixi: 2013-04-01.[ölü keçid]
  43. Hale, Mike. "A Top 10 List That Needs an Addendum". The New York Times. December 18, 2009. September 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  44. "DVR spells OMG ratings for CW – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 2012-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  45. Like a Bat Outta…! The CW’s "The Vampire Diaries" Soars to Series High Arxivləşdirilib 2009-11-02 at the Wayback Machine Retrieved: 2010-10-04.
  46. "Live-Plus-7 Is Heaven for Cw". The Futon Critic. 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  47. "The CW Shows Largest Percentage Gains from Dvr Viewing Across the Board for Any Broadcast Network During "Premiere Week"". The Futon Critic. 2013-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  48. "Week Two: top 25 shows with the biggest DVR viewer increases (hello, Dollhouse, Fringe, Smallville, Heroes, Gossip Girl, etc". Tv by the Numbers. 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  49. "The CW Again Leads All Nets in Percent Increases from Live+7 Dvr Playback". The Futon Critic. 2013-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  50. "The Big Playback! the CW Again Earns Network TV's Largest Percent Gains from Live+7 Dvr Playback". The Futon Critic. 2013-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  51. "The CW Continues to Score Big in Live+7". The Futon Critic. 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  52. "Vampire Diaries and Top Model Each Add Over 1 Million Viewers with All DVR Playback Factored In". Tv by the Numbers. 2010-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  53. "Final 2009–10 Broadcast Primetime Show Average Viewership – TV Ratings, Nielsen Ratings, Television Show Ratings". TVbytheNumbers.com. 2010-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-01.
  54. "DVR spells OMG ratings for CW". October 1, 2009. June 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 18, 2013.
  55. "First Week Of The Jay Leno Show Really Was "DVR Proof"". TV by the Numbers. October 5, 2009. October 3, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 4, 2013.
  56. "The CW Shows Largest Percentage Gains from Dvr Viewing Across the Board for Any Broadcast Network During "Premiere Week" Read more at http://www.thefutoncritic.com/ratings/2009/10/12/the-cw-shows-largest-percentage-gains-from-dvr-viewing-across-the-board-for-any-broadcast-network-during-premiere-week-33036/20091012cw01/#8c54Zi1V1Y0yPDSp.99". TV by the Numbers. October 12, 2009. February 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2013.
  57. "hWeek Two: top 25 shows with the biggest DVR viewer increases (hello, Dollhouse, Fringe, Smallville, Heroes, Gossip Girl, etc". TV by the Numbers. October 20, 2009. September 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 3, 2013.
  58. "Smallville, Dollhouse Get Big DVR Boosts In Week 3". TV by the Numbers. October 26, 2009. February 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 4, 2013.
  59. "Smallville sees HUGE DVR increases DVR viewer increases: House most DVR'd; Fringe biggest % increase". TV by the Numbers. November 2, 2009. September 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 4, 2013.
  60. Teen Choice Awards TV Winners The Vampire Diaries and Gossip Girl Arxivləşdirilib 2010-08-18 at the Wayback Machine Teen Choice Awards. Yoxlanılıb 2013-04-01.
  61. PCA Awards/Nominees Arxivləşdirilib 2013-12-29 at the Wayback Machine People's Choice Awards. Yoxlanılıb 2013-04-01.

Vampirin gündəlikləri