Vampirin gündəlikləri teleserialının VI mövsümünün çəkiləcəyi CW tərəfindən 13 fevral 2014-cü ildə elan edilmişdi.[1] Altıncı mövsümün premyerası 2 oktyabr 2014-cü ildə baş tutmuş[2] və mövsümün final seriyası 14 may 2015-ci ildə efirə verilmişdir. Altıncı mövsümün seriyaları, mövsümdə baş verən hadisələrə uyğun olaraq 1903 və 1994-cü illərdə çıxarılmış məşhur mahnıların adları ilə adlandırılmışdır.
VI Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 22 |
Ekranlaşdırma | |
Orijinal kanal | The CW TV |
Orijinal efir | 2 oktyabr 2014 | – 14 may 2015
Mövsüm xronologiyası | |
← Əvvəlki V mövsüm Sonrakı → VII mövsüm | |
Vampirin gündəlikləri teleserialının seriyaları |
Altıncı mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilbert (Nina Dobrev), Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşları arasındakı sevgi üçbucağına ayrılmışdır.
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
112 | 1 | Xatırlayacam | Ceffri Hant | Kerolayn Drays | 2 oktyabr 2014 | 2J7851 | 1.81[3] |
Deymonu itirməsi ilə barışmağa çalışan Yelena, dörd aydan sonra təhsilini ikinci kursda davam etdirmək üçün Uitmor kollecinə qayıdır. Baş verənlərdən sonra həyat yolunda davam edə bilməyən Kerolayn, yadların cadusunu ləğv etmək üçün yollar axtarır, Stefanın zənglərə cavab verməməsi isə onu əsəbləşdirir. Yenidən canavar-adama çevrilən Taylerin futbol oyunu zamanı qarşılaşdığı gözlənilməz hadisə onun özünü idarə edə bilmək bacarığını şübhə altına salır. Mett fikirləşir ki, Bonini itirdiyinə görə əziyyət çəkən Ceremi özünü məhv etməklə məşğuldur. Vampir həyatına öyrəşməyə çalışan Alarik, cazibədar həkim Co ilə qarşılaşdıqda mürəkkəb vəziyyətə düşür. Hamının Stefanın Deymon və Bonini qaytarmaq üçün imkan axtarmaq üçün getdiyini düşündüyü halda, onun əslində nə işlə məşğul olmasını öyrənən Yelena təəccüblənir. | |||||||
113 | 2 | Ölüm xəbərdarlığı | Paskal Verskuris | Culi Plek | 9 oktyabr 2014 | 2J7852 | 1.67[4] |
Deymonu itirməsi ilə birdəfəlik barışmalı olduğunu başa düşən Yelena, Alarikdən bu işdə ona kömək etməyi xahiş edir. Enzo Kerolayna müraciət edərək Bonni və Deymonu qaytarmaqda ona kömək etməyi xahiş edir, onların bir variantı yoxlamaları Stefanın əslində nə işlə məşğul olması haqqında təəccüblü məlumatı öyrənmələrinə gətirib çıxarır. Cereminin Mistik Follsa yeni gəlmiş Sara ilə birlikdə uzun müddət vaxt keçirməsi Mettin narahatçılığına səbəb olur. Həmişəlik məhv edilmiş o biri dünyada qalmış Deymon və Bonni geri qayıtmaq üçün güclərini birləşdirməyə qərar verir. | |||||||
114 | 3 | Cənnətə xoş gəlmisiz | Maykl Allovitz | Brayan Yanq | 16 oktyabr 2014 | 2J7853 | 1.83[5] |
Həyatına bir az şənlik gətirmək istəyən Yelena, Kerolaynı onunla dəniz kənarında görüşməyə məcbur edir. Yelena orada Kerolaynı Liamla tanış etməyi planlaşdırır. Hələ də özünə nəzarət etməyə çalışan Tayler, Livdən kömək istəyir və onun gözlənilməz etirafına təəcccüblənir. Enzonun ardınca Mistik Follsa gələn Stefan Yelenadakı dəyişikliklərə təəccüblənir. Enzonun göldəki işləri Mettin qorxuducu məlumatları öyrənməsinə səbəb olur. Ceremi, Yelenanın həyatı üçün təhlükəli ola biləcək anti-magiya cadusu haqqında məlumat alır. Deymon və Bonni tapdıqları əşyalardan sonra tək olmadıqlarını başa düşürlər. | |||||||
115 | 4 | Günəş tutulması | Kelli Sayrus | Melinda Hsu Teylor & Nil Reynolds | 23 oktyabr 2014 | 2J7854 | 1.66[6] |
Deymon və Bonni başa düşürlər ki, birincinin keçmişi ilə bağlı məlumatların dəqiqləşdirilməsi onların evə gedən yolunu aça bilər. Buna görə də, Deymon həyatının ən pis günlərindən birini xatırlamalı olur. Co ilə xəstəxanada qəribə görüşdən sonra, Alarik həyatını qaydaya salmaq və Bonini itirməsi ilə barışmaq üçün Ceremiyə kömək etməyə qərar verir. Stefan Yelenaya yenidən başlamaq və sıfırdan yeni şəxsiyyət yaratmağı başa salır. Trippin bir sirlə bağlı məlumatı açıqlamasından sonra, heç nədən şübhələnməyən Mett pis vəziyyətə düşür. Yeni hyata başlamağa çalışan Stefanın gözləntilərini gözlənilməz qonaq ült-üst edir. | |||||||
116 | 5 | Dünya dəyişib, mən isə əvvəlki kimi qalmışam | Lesli Libman | Brett Metyus | 30 oktyabr 2014 | 2J7855 | 1.58[7] |
Tələbələrin buraxılış gecəsi yaxınlaşır və Yelena Liama qarğıdalı sahəsi labirintində təşkil edilən ziyafətə birlikdə getməyi təklif edir. Enzo törətdiyi işin öhdəsindən gəlməkdə kömək üçün Kerolayna müraciət edir və Kerolayn qonaqlığa getməkdən imtina etməli olur. Qonaqlıqda olan Alarik baş verən hadisə zamanı Conun həyatını xilas edir. Stefan Kerolayna Mistik Follsdan kənarda yeni həyat yaşamaq istəyindən bəhs edir. Deymon və Bonni onların evə qayıtmaq planında əhəmiyyətli rol oynaya biləcək bir şey kəşf edirlər. | |||||||
117 | 6 | Nə qədər çox üz çevirirsən, o qədər çox yaxınlaşıram | Qarret Stover | Çad Fivaş & Ceyms Stotrua | 6 noyabr 2014 | 2J7856 | 1.59[8] |
Alarik başa düşdükdə ki, vampir hipnozu ilə Coya təsir edə bilmir, Yelenadan xahiş edir ki, onun keçmişi haqqında məlumat toplamaqda kömək etsin. Kerolayn Enzonun Tripp tərəfindən əsir edildiyini başa düşdükdən sonra, Mett və Stefanla güclərini birləşdirərək, Trippin onların kimliyini müəyyənləşdirməsindən əvvəl onu azad etməyə çalışır. Yeni məlumatlar alan Sara Trippin ofisinə girdikdə orada araşdırma aparan Metti görərək təəccüblənir. Məyusedici xəbər alan Deymon hər şeyi öz nəzarətinə almağa qərar verir. | |||||||
118 | 7 | İk dəfəni xatırlayırsan? | Darren Genet | Rebekka Sonnenşayn | 13 noyabr 2014 | 2J7857 | 1.54[9] |
Keçmişi tərəfindən izlənilən Yelena nəhayət ki, problemləri ilə üzbəüz gəlməyə qərar verir. Uitmor tibb mərkəzinin dəstəklənməsi üçün hər il təşkil edilən ənənəvi mərasimdən sonra, Co, Alarikə faciəvi keçmişi ilə bağlı həqiqətləri açıqlayır. Trippin bütün vampirləri məhv etmək planının üzə çıxmasından sonra Stefan, Mett və Enzo təcili hərəkətə keçirlər. Şerif Forbsun təhlükəli planın ortada qalması Kerolaynın hərəkət imkanlarını məhdudlaşdırır. Tayler və Liv yaxınlaşır, Deymonun tapdığı ipucu isə ona ümidi qaytarır. | |||||||
119 | 8 | Sənlə qarışmaq | Coşua Batler | Nina Fiore & Con Herrera | 20 noyabr 2014 | 2J7858 | 1.68[10] |
Kerolayn və Yelena Şükranlıq günü münasibətilə ziyafət təşkil edirlər, Yelena vampir olmasını Liama demək üçün fürsət axtarır. Əkizlər klanı ilə qarşılaşmaq üçün Stefan Deymon və Alarik Portlendə yola düşür. Cavab axtarışında olan Deymon Kayın atası Coşua ilə görüşməyə müvəffəq olur. Bu müddət ərzində Boni, 1994-cü il zaman kəsimində həbs edildikləri o biri dünyada Kay ilə mübarizə aparır. | |||||||
120 | 9 | Tənhayam | Kelli Sayrus | Brayan Yanq & Holli Briks | 4 dekabr 2014 | 2J7859 | 1.49[11] |
Alariklə birlikdə planı işə salan Deymon çıxılmaz vəziyyətə düşür. Boni ilə bağlı ümidverici məlumatları Ceremi ilə bölüşən Yelena, onun reaksiyasına təəccüblənir. Liv, Bonini geri qaytarmaq istəyən Deymon və Yelenaya kömək edir, lakin, hadisələr görünməz dönüş aldıqda, Liv çıxılmaz vəziyyətə düşür. Enzonu əməlləri sərhədi keçməyə başladıqda, Mett vəziyyətə nəzarəti öz əlinə almağa çalşır. Kay isə böyük təhlükə olduğunu göstərir. | |||||||
121 | 10 | Milad sənin gözlərinlə | Maykl Allovitz | Kerolayn Drays | 11 dekabr 2014 | 2J7860 | 1.82[12] |
Bayramlar yaxınlaşır və Boni dostları ilə keçirdiyi xoş günləri xatırlayaraq sevilən ənənələri canlandırmağa çalışır. Sevimli bayramında Mistik Follsa qayıda bilməyən Kerolayn, Şerif Forbsun bayramı Uitmora gətirməsinə təəccüblənir. Conun yoxa çıxmasını başa düşən Alarik, köməküçün Deymon və Yelenaya müraciət edir. Taylerin təklif etdiyi təhlükəli plan qarşısında Liv və Lyuk qərarsızdır. Enzonu oyundan çıxarmaq üçün planın həyata keçirilməsində Mettə kömək edən Ceremi, onun hərəkətlərindən narahatlığını ifadə edir. Stefan dəhşətli xəbəri Kerolayna deməyə məcburdur. | |||||||
122 | 11 | Bədheybətlə gözünü açmaq | Pol Uizli | Melinda Hsu Teylor | 22 yanvar 2015 | 2J7861 | 1.63[13] |
Yelenanı ələ keçirən Kay, onu Mistik-qril barında əsir saxlayır. O, yenicə əldə etdiyi magiya bacarıqlarını Yelena üzərində tətbiq edir. Kerolayn və Stefan Lizi müalicə edə biləcək həkim axtarırlar. Yolüstü qohumu Sara Salvatore tərəfindən təşkil edilmiş bədii sərgiyə gələn Stefan orada Enzo ilə qarşılaşır. Yelenanı məktəbə gətirə Kay, onun barmağındakı gün üzüyünü məhv edir. Kayın əlindən qaça bilən Yelena kömək üçün Deymona zəng edir. Kerolayn anasını xərçəng xəstəliyindən xilas etmək üçün yol tapdığını düşünsə də, Stefan buna şübhə ilə yanaşı/ | |||||||
123 | 12 | Ölmək üçün yalvarmaq | Ceffri Hant | Brett Metyus & Rebekka Sonnenşayn | 29 yanvar 2015 | 2J7862 | 1.47[14] |
Stefan və Kerolayn öyrənirlər ki, xərçəng xəstəsi olan və Kerolaynın qanını içmiş Kolin ölümsüzlük əldə etsə də, xəstəliyi sağalmamışdır və o hər gün əziyyət çəkir. Onlar, Lizin də başına eyni şeyin gələcəyini başa düşdüklərinə görə çıxış yolu axtarırlar. Co, qanın tamamilə yuyulmasını təklif etsə də, heç nə alınmır, lakin, kömək gözlənilməz yerdən gəlir. Liv və Lyukun atası onların ad gününü qeyd etmək üçün gəlir. Onlar, atalarından birləşmə ayinini təxirə salmağı xahiş edir və bir-birlərinin ölümünü istəmədiklərini deyirlər. | |||||||
124 | 13 | Yaşamağa çalışdığım gün | Paskal Verskuris | Çad Fayveşş & Ceyms Stotrua | 5 fevral 2015 | 2J7863 | 1.61[15] |
Boninin ad günü olsa da, Ceremi qeyd etmək istəmir. O biri dünyada tək qalmış Boni isə, bu təkliyə dözə bilmir və sui-qəsd planlaşdırır. Stefan qohumu Sara ilə bağlı sirri açır, Enzo isə, Metti də istifadə etdiyi gizli plan hazırlayır. Kerolayn anasının xəstəliyi ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə çalışır və Stefan ona kömək edir. Ceremi Mistik Follsu tərk edərək yeni həyat yaşamağa qərar verir. | |||||||
125 | 14 | Getmə | Kris Qrismer | Brayan Yanq & Kerolayn Drays | 12 fevral 2015 | 2J7864 | 1.52[16] |
Yelena və Deymonun köməkliyi ilə məktəbi daha tez bitirən Ceremi bədii məktəbdə təhsil almaq üçün şəhəri tərk edir. Lakin, əslində o vampir ovuna çıxır və bu haqqda yalnız Alarik bilir. Şerif Forbsu həyatının son günlərini keçirməsi üçün Kerolayn göl kənarında onun üçün ev düzəldir. Bölmədəki işləri tamamlayan şerif isə Gilbertlərin işini yenidən açır. Mettin köməkliyi ilə Enzo, Sara Salvatore ilə bağlı planını həyata keçirir. Lizin vəziyyəti getdikcə pisləşdiyinə görə o, yenidən xəstəxanaya qayıtmağa məcbur olur, burada o, komaya düşür və ölür. | |||||||
126 | 15 | Burax getsin | Culi Plek | Culi Plek | 19 fevral 2015 | 2J7865 | 1.41[17] |
Deymonun videokameradakı məlumatından istifdə edən Bonni magiyasını geri qaytara bilir və elə həmin gecə evə qayıtmağı planlaşdırır. Şerif Forbsun dəfnindən sonra Mett özü və Livlə ayrılıqdan əziyyət çəkən Taylerin polis sıralarında xidməti üçün ərizə yazır. O biri dünyalar qarışır və Boni qısa müddətliyə başqa bir dünyaya düşür; 1903-cü ildə Salvatorelərin evinə düşən Boni burada naməlum bir qadını kameraya çəkir. Stefana etirafından sonra qarşılıq ala bilməyən və anasını itirən Kerolayn insani hisslərdən imtina etməyi planlaşdırır. Co, magiyasını Kaya verir. Getməmişdən qabaq Co Kaya hamilə olduğunu deyir. Bunu öyrənən Alarik ona evlənməyi təklif edir. Boni ilə görüşən Deymon, onun çəkdiyi kamera yazısında anası Lilini tanıyır. | |||||||
127 | 16 | Qüsursuz dairə | Yan Somerhalder | Brayan Yanq & Kerolayn Drays | 12 mart 2015 | 2J7866 | 1.30[18] |
İnsani hisslərdən imtina edən Kerolaynın verdiyi ziyafətdə Stefan, Yelena və yenicə geri qayıtmış Boni onu insani hisslərini qaytarmağa məcbur etməyə çalışır. Onların planını başa düşən Kerolayn Sara Salvatoreni qaçırır, Stefanın da insanlıqdan imtina etməyəcəyi halda Liama qızı öldürməyi əmr edir. | |||||||
128 | 17 | Qızıl suyuna çəkilmiş qəfəsdəki quş | Coşua Batler | Nil Reynolds | 19 mart 2015 | 2J7867 | 1.59[19] |
Salvatorelərin anası Lilini 1903-cü ildən gətirmək üçün Boni, Kay, Yelena və Deymon o biri dünyaya gedirlər. Onlar Lilinin Stefanın insani hisslərini qaytaracağını düşünürlər. 1994-cü ildə baş verənlərə görə Kaydan qisas almağa çalışan Boni, onu 1903-cü il dünyasında həbs edir. Stefan Kerolaynı insan qanı içməyə məcbur edir və onların qurbanlarının sayı hər gün artır. | |||||||
129 | 18 | Bir daha belə sevməyəcəm | Lesli Libman | Hekayə: Metyu D'Ambrosio Ssenari: Çad Fayveş & Ceyms Storua | 16 aprel 2015 | 2J7868 | 1.35[20] |
Kerolayn və Stefan Met və Tayleri təhdid edirlər və qarşıdurma nəticəsində Mett xəstəxanaya düşür. Yelena və Deymon Lilini Stefanın insanlığını geri gətirməyə kömək etmək üçün razı salmağa çalışırlar. Saranı xəstəxanadan götürüb Salvatorelərin malikanəsinə gətirən Enzo, burada Lili ilə qarşılaşır. Məlum olur ki, Məhz Lili 1903-cü ildə Enzonu vampirə çevirib və sonra tərk edib. Deymon və Yelena həyatlarını müzakirə edirlər və Yelena deyir ki, əgər imkanı olsa istərdi ki, insanlığını geri qaytarsın. Co deyir ki, Lili, o biri dünyada Dönüklər adlandırılan vampirlər və cadugərlərlə birlikdə həbs edilmişdi. | |||||||
130 | 19 | Çünki | Ceffri Ving Şotz | Melinda Hsu Teylor | 23 aprel 2015 | 2J7869 | 1.37[21] |
Anası ilə görüşdən sonra insani hisslərini qaytaran Stefan, Deymon və Yelena ilə birlikdə Kerolaynın da hisslərini qaytarmaq üçün plan hazırlayır. Hisslərindən imtina etdiyini göstərən Stefanı Kerolaynla birlikdə bir otaqda həbs edirlər. Lili Dönüklərdən ibarət ailəsini xilas etməyə çalışır, lakin, Boni atsendenti məhv edir. Deymon bilmir ki, Boninin 1994-cü ildən gətirdiyi vampirizmə qarşı dərmanı Yelenaya versin, ya yox, lakin, sonda verməməyi qərarlaşdırır. Lakin, Lilinin səyləti sayəsində dərman Yelenanın əlinə keçir. | |||||||
131 | 20 | Xoşbəxt evimi sənin üçün tərk etdim | Cessi Varn | Brett Metyus & Rebekka Sonnenşayn | 30 aprel 2015 | 2J7870 | 1.21[22] |
Co və Alarik toydan qabaq oğlan və qız məclisləri təşkil edirlər. Deymon Yelenaya dərman içərək, birlikdə insana çevrilməyi təklif edir. Tayler polis sırasında işləməyə qorxur, çünki, bu işdə kimisə öldürüb canavar adam lənətini geri qaytara bilər. Ailəsi ilə birləşəcəyinə ümidini itirən Lili insanları öldürməyə başlayır. O, az qalır ki, Conu öldürsün, lakin onun hamilə olduğunu öyrəndikdə dayanır və onu əkizlər gözlədiyini xəbər verir. Lilini Salvatorelərin malikanəsində həbs edən Stefan və Deymon, ona qan içməyə imkan vermirlər. O biri dünyada Dönüklər üçün şam yeməyi hazırlayır və onlarla birlikdə geri qayıtmağı planlaşdırır. | |||||||
132 | 21 | Qızmar yayın ortasında sənə ərə gələcəm | Maykl Allovitz | Brayan Yanq | 7 may 2015 | 2J7871 | 1.32[23] |
Boni, Kay və Lili ilə bağlı qarabsmalar görür. O, Yelena və Co ilə birlikdə toya hazırlaşır. Kerolayn qayıdaraq toyun təşkilatçılıq işlərini öz öhdəsinə götürür. Lili saxlandığı qəfəsdən qaçır, Boni və Mettə isə gözəgörünməz güc hücum edir. Stefan və Kerolayn münasibətlərini müzakirə edirlər. Deymon insan olub ömrünün sonuna kimi Yelena ilə birlikdə yaşamaq istədiyini deyir. Toy başlayır, lakin bəy və gəlinin andiçməsindən sonra peyda olan Kay Conu öldürür, Yelena huşunu itirir. | |||||||
133 | 22 | Səni heç vaxt unuda bilmərəm | Kris Qrismer | Culi Plek & Kerolayn Drays | 14 may 2015 | 2J7872 | 1.44[24] |
Məlum olur ki, Kay, çox qədim və güclü magiya ilə Boni və Yelenanın həyatını bir-birinə bağlayıb; Boni yaşadığı müddətdə Yelena qocalmadan yatacaq, yalnız Boninin ölümündən sonra ayılacaq. Kay, Deymonu Boni və Yelena arasında seçim etmyə məcbur edir. Deymon üçüncü variant seçərək Kayın başını qoparır və Boninin həyatını xilas edir. Yelenanın damarlarında vampirizmə qarşı dərman axdığına görə vampirlər onun harda olmasından xəbər tutmamalıdırlar. Buna görə də, Stefan və Deymon onu tabutda uzadaraq Slavatorelərin ailə türbəsində gizlədirlər. Stefan Kerolayna deyir ki, onu sevir və əbədi olaraq gözləməyə hazırdır. Enzo və Lili Kayın özü ilə birlikdə Dönükləri də gətirdiyini öyrənirlər. |
Serialın altıncı mövsümünün çəkiləcəyi 13 fevral 2014-cü ildə elan edilmişdir.[1]
Altıncı mövsümdə Nina Dobrev[25] Yelena Gilbert; Pol Uizli[26] Stefan Salvatore; Yan Somerhalder Deymon Salvatore[26]; Stiven R. MakKuin[27] Ceremi Gilbert; Kendis Akkola[28] Kerolayn Forbs; Zak Roeriq[29] Mett Donovan; Ket Qreham[25] Boni Bennett; Maykl Trevino[25] isə Tayler Lokvud obrazlarını canlandırmışdır.
Beşinci mövsümün finalından dərhal sonra serialda Alarik Zoltsman rolunu canlandıran və üçüncü mövsümün sonunda serialı tərk etmiş aktyor Metyu Devisin yenidən əsas aktyor heyətinə qayıdacağı elan edilir.[30] 16 may 2014-cü ildə beşinci mövsümün ikinci plan aktyor heyətində yer almış və Enzo rolunu canlandıran aktyor Maykl Malarkeyin də əsas aktyor heyəti sırasında yer alacağı xəbər verilir.[31]
12 iyul 2014-cü ildə aktrisa Qabriella Uolşun[32] Sara, iki gün sonra, 14 iyulda Kolin Fergünsonun[33] Tripp, 16 iyulda isə Emili Çenqin[34] İvi rolları üçün seçilmələri elan edilir.
6 aprel 2015-ci ildə aktrisa Nina Dobrev Instagram hesabı vasitəsilə mövsümün sonunda serialdan ayrılacağını elan etdi. Dobrevsiz serialın davam etdirlib-etdirilməməsi haqqında çoxlu sayda şayiələr yayılsa da, qısa müddət sonra telekanal yeddinci mövsümün çəkiləcəyini elan etdi.[35] Qısa müddət sonra isə Tayler Lokvud rolunu canlandıran aktyor Maykl Trevinonun da altıncı mövsümün sonunda serialdan ayrılacağı bildirilir.[36]