Wanda Metropolitano (UEFA-nın turnirində La Peineta və Estadio Metropolitano kimi tanınan) İspaniyanın Madrid şəhərindəki bir stadiondur. 2017–18 mövsümünün əvvəlində "Atletiko Madrid" Visente Kalderon stadionundan məhz yeni arenaya köçdü. Atletiko Madrid bütün turnirlərdə ev oyunlarını bu stadiona keçirir. Stadion, San Blas-Canillejas sahəsində Rosas rayonunda yerləşir.
Vanda Metropolitano | |
---|---|
Wanda Metropolitano | |
40°26′10″ şm. e. 3°35′57″ q. u. | |
Ölkə | İspaniya |
Region | İspaniya |
Şəhər | Madrid |
Tikilmə tarixi | 2002-2017 |
Aidiyyatı | Atletiko Madrid |
Memar | Kruz Ortiz |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion əvvəllər "Estadio de la Comunidad de Madrid" (Madrid Community Stadium), Estadio Olímpico de Madrid (Madrid Olimpiya Stadionu) və daha çox Estadio de La Peineta (The Comb Stadium) ləqəbi ilə tanınırdı. Adlandırma hüquqlarını Çin şirkəti olan "Wanda Qrup" əldə etmişdir. UEFA sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində Estadio Metropolitano kimi tanınır.
1990-cı illərin əvvəllərində Madrid Cəmiyyətinin İdman Şurası şəhərin 1997-ci ildə Dünya Atletizm Çempionatına ev sahibliyi etməsini təklif etdi və Madridin şərqindəki Olimpiya stadionuna M-40 avtomobil yolunun yanında inşa etməyə başladı. Yeni stadionun tikintisi 1990-cı ildə başlamış və Kruz Ortiz tərəfindən təklif olunan bir dizayn əsasında qurulmuşdur. 1993-cü ildə tamamlanmış və açılış mərasimi 1994-cü ilin sentyabr ayında baş tutmuşdur. 20.000 nəfərlik oturacaqlı tək mərtəbəli oval formada tikilmişdir.
Atletika üzrə 1997 Dünya Çempionatı nəticədə Afinaya verildi və Peineta, mövcudluğun ilk on ilində kiçik idman və mədəni hadisələr üçün istifadə edildi. 2004-cü ildə isə stadion tamam boş qaldı.
2004-cü ildə stadion, [[2016 Yay Olimpiya Oyunları[[ üçün Madridin təklifinin irəli sürüləcəyi üçün bağlanıldı. 2009-cu ildə Madridin təklifinin məğlubiyyətindən sonra stadionun gələcəkdə istifadəsi üçün bir çox təkliflər edilmişdir. Nəhayət, 11 sentyabr 2013-cü ildə Atletiko Madrid, La Peinetanın yerində bir stadion qurma planlarını açıqladı. Beləliklə, mülkiyyət rəsmi olaraq klubun balansına köçürüldü.
2017–18 mövsümündən etibarən Atletiko Madrid Visente Kalderon stadionunu Metropolitano ilə əvəz etdi. 9 dekabr 2016-cı ildə klub yenilənmiş stadionun rəsmi adını təqdim etdmişdir.
7000 VİP, 79 VIP suite daxil olmaqla, stadion ümumilikdə 67.703 tamaşaçı tutumuna malikdir. 4 min yerlik avtomobil dayanacağı inşa edilib. Stadionun binasında 1,000, bina xaricində isə 3000 yerlik maşın dayanacağı nəzərdə tutulub.
17 sentyabr 2017-ci ildə Vanda Metropolitanonun açılış mərasimi Atletiko Madrid və Malaqa FK arasında İspaniya La Liqasının açılış matçına təsadüf etdi. 27 sentyabr 2017-ci ildə Vanda Metropolitano UEFA Çempionlar Liqasında ilk oyuna ev sahibliyi etdi. Atletiko Madrid] evdə Çelsi ilə qarşılaşdı və oyun qonaqların 1–2 qələbəsi ilə başa çatdı.
Madrid Şəhər Şurası, Nəqliyyat Nazirliyi və Atletiko Madrid klubu arasında stadiona çıxış və nəqliyyatdan rahat istifadə üçün müqavilə imzalandı.
Bunun üçün Madrid metrosundan stadiona yeni xətt ayrıldı ki, azarkeşlər stadiona birbaşa keçid edə bilsinlər. Bu kluba 30 milyon avroya başa gəldi.
Şəkillər Vanda Metropolitano stadionunun tikinti prosesi və hazır vəziyyətini əks etdirir.