Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr[1] təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur[2]. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir[3]. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C[4]. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir. Buradan axan Antarktidanın ən uzun çayı olan Oniks gölə tökülür. Çayın mənsəbində meteoroloji stansiya yerləşir.
Vanda gölü | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Qapalı |
Mütləq hündürlüyü | 143 m |
Eni | 2 km |
Uzunluğu | 5 km |
Sahəsi | 5,2 km² |
Həcmi | 0,16 km³ |
Dərin yeri | 69 m |
Orta dərinliyi | 30,8 m |
Duzluluğu | 350 ‰ |
Yerləşməsi | |
77°31′47″ c. e. 161°34′32″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Yerləşməsi | Taylor Vadisi, Viktoriya Torpağı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün səthi il boyu 3,5–4 metr olan buz qatı ilə örtülüdür. Dekabrda üzərində uzunluğu 50 metr olan çat əmələ gəlir.
Heç bir balığın yaşamamasına baxmayaraq burada Sianobakteriya yaşayır.
Göl sahilində yerləşən Vanda stansiyasında Kral Vanda Gölü Üzgüçülük klubu fəaliyyət göstərirdi[5]. Stansiyanın ziyarətçiləri yay ayları gölün sahilində buzdan azad olmuş ərazilərdə çimirlər. Stansiyada 1995 ildə gölün səviyyəsinin qalxması ilə əlaqədar işlər dayandırılmışdır. Hazırda yalnız 2–8 nəfərdən ibarət kiçik quruplar müvəqqəti təcrübə aparırlar[6].