Viktoriya Torpağı

Viktoriya Torpağları ərazisi

Viktoriya Torpağları (ing. Victoria Land) — şərqində Ross Buz sahəsi və Ross dənizi, qərbdə isə Oates Torpağları və Vilkes Torpağları olan Antarktidada bir bölgədir. Kapitan Ceyms Klark Ross tərəfindən yanvar 1841-ci ildə kəşf edilmişdir və bu bölgəyə Birləşmiş Krallığın Kraliçası Viktoriyanın adı verilmişdir.[1] Viktoriya Torpağlarının ən cənub nöqtəsi Minna Bluff adlı dağlıq çıxıntıdır. Bu çıxıntı; şimaldakı Skott sahilini, cənubdakı Ross müstəmləkəsinin, Hillari sahilindən ayırır.

Bu bölgə, Transantarktika dağları adlı sıradağları, McMurdo Quru Vadilərindən (Şimali Futillsdə olan Abbott Dağı, ən yüksək nöqtəsidir) və Labirent olaraq bilinən düz ərazini əhatə edir. Bu bölgəni kəşf edənlər arasında Ceyms Klark Rossla yanaşı, Duqlas Mousonda yer alır.[2]

  1. "Victoria Land" Arxivləşdirilib 2019-09-08 at the Wayback Machine. Geographic Names Information System Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine. United States Geological Survey Arxivləşdirilib 2020-05-10 at the Wayback Machine. (İngiliscə) 2007-01-04.
  2. "Victoria Land" Arxivləşdirilib 2006-02-11 at the Wayback Machine. The Columbia Encyclopedia, Sixth Edition. Columbia University Press. 2001. (İngiliscə) 2008-01-26.