Vandeya (fr. Vendée, bret. Vande) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 85. İnzibati mərkəzi — La-Roş-sür-Yon. Əhalisi — 654 096 nəfər (departamentlər arasında 37-ci yer, 2010-cu ilin məlumatları).
Departament | |
Vandeya | |
---|---|
fr. Vendée bret. Vande | |
46°40′14″ şm. e. 01°25′36″ q. u.HGYO |
|
Ölkə | Fransa |
Daxildir | Pei-de-la-Luar |
İnzibati mərkəz | La-Roş-sür-Yon |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 4 mart 1790 |
Sahəsi | 6.720 km² (28-ci yer) |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 654 096 nəfər (2010) (37-ci yer) |
Əhalinin sıxlığı | 97,34 nəfər/km² (37-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | FR-85 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazi 6,720 km² əhatə edir. Departamentin ərazisində Sevr-Nantez, Sevr-Nyortez, Les və Vandeya çayları axır. Departamentə Nuarmutye və Ye adaları daxildir.
Departamentə 3 rayon, 31 kanton və 282 kommun daxildir.
Vandeya, 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Puatu əyalətinin ərazisində yerləşir. Adı Vandeya çayından gəlir. 1793-cü ildə buradakı Jak Katelino rəhbərliyi altında güclü bir əks-inqilab mərkəzi qurulub. Həmin vaxtın hadisələrində Vandeya üsyanı kimi tanınır.