Vandeya üsyanı (fr. Guerre de Vendée) — Fransa Burjua İnqilabı dövründə yeni yaranmış Respublika hakimiyyətinə qarşı baş vermiş ən mühüm silahlı hərəkat.
Vandeya üsyanı | |||
---|---|---|---|
Böyük Fransa inqilabı | |||
Tarix | 1793-1796, 1799-1800 | ||
Yeri | Vandeya, Şimali de-Sevr (Puatu), cənubi Men və Luara (Anju), Luara-Atlantik (Bretan) | ||
Nəticəsi | Birinci Fransa Respublikasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Üsyanın zirvə nöqtəsi Respublika təqvimi üzrə I illə (1793) IV ilin (1796) arasında olmuşdur. Vandeya üsyanı Fransanın qərbində göylər (respublika tərəfdarları) və ağlar (respublika əleyhdarları) arasında olan vətəndaş müharibəsinin ümumiləşdirilmiş adıdır. Bu hərəkat şuanlarla üzvi əlaqəyə malik idi, bəzən bu münaqişələri Qərbdə olan müharibə də adlandırırlar. Şuanlar Luara çayının sağ sahilində fəaliyyət göstərirdi, Vandeya üsyanı isə sol sahilində baş vermişdi. Vandeya termini həmçinin çaydan cənubda da baş vermiş üsyanı ifadə edir.
Bütün Fransada olduğu kimi Vandeyada da 1789-1792-ci illər arasında çoxsaylı kəndli qiyamları baş veriridi. Vandeya üsyanı başlayarkən ilik öncə klassik kəndli üsyanı kimi başlamışdı, daha sonra isə əksinqilabi xarakter aldı.
1795-ci ildəki kiçik sülh dövrü nəzərə alınmazsa, müharibə dayanmadan üç il ərzində davam etdi, 200 000-dən çox insanın ölümünə və kütləvi dağıntılarla yadda qaldı.
Vandeya üsyanının tarixi araşdırılması tarix məktəblərinin arasındakı ideoloji ziddiyyyətlərə görə tarixçilər, alimlər və publisisitlər arasında çoxsaylı münaqişələrlə yadda qaldı. Bu mübahisələrin nəticəsində də, iki fərqli düşüncəni müdafiə edən kitablar ortaya çıxdı. Bunların bir qismində inqilab, digərində isə vandeyalılar mədh edilirdi[1].
Müharibəyə dair ilk mətnlər orada iştirak etmiş şəxslərin xatirələrindən ibarət idi. Bu xatirə müəllliflərinin içində royalistlər Madam Laroşjaklen, Madam Bonşan, Madam Sapino, Puaro Bovye, Lukas Şamponye, Rene Bordero, Puasye və respublikaçılar, Kleber, Türro, Savari, Rosinyol, Düma, Qruşi, Şudye və digərləridir. Bunlarım içərisində ən maraqlısı Leskürün dul xanımı olan Madam Laroşjaklenin kəndlilərin krallarını və kilsələrini müdafiə etmək üçün üsyana necə başladığlarından bəhs edən xatirələrdir.
XIX əsrdə bir qism tarixçilər arxivləri tədqiq edərək, digər bir qism isə Vandeya müdafiəçilərinin xatirələrini araşdıraraq əsərlər ortaya qoymuş və bir-biriləri ilə mübarizəyə girişmişdilər. Bu mübarizənin əsas tərəfləri aşağıdakılardır.
Əsasən şifahi məlumatlardan ibarət toplu əsərlərə əsaslanan "ağ" müəlliflər 1793-1794-cü illərin ağır repressiyalarına diqqət ayırmışlar. "Göylər" isə Respublika arxivlərində tədqiqatlarını aparmışlar. Müasir dövrdəki "ağ" müəlliflərə Pyer Qazott və Jan Fransua Şappı da əlavə etmək olar[4].
XX əsrdə tarixi tədqiqatlarda köklü dəyişikliklər baş verdi. Klod Petifrer bu dövrdəki tarixi araşdırmaların Pol Bua, Marsel Foşo və Çarlz Tilli üçlüyündən ibarət olan və elmi tarixçi adını verdiyi yazıçılardan olduğunu deyir[5]. .
1920-ci illərdə Alber Matye belə hesab edir ki, Vandeya üsyanının səbəblərini həmin dövrün sosial-iqtisadi vəziyyətində axtarmaq lazımdır[6].
Marsel Foşo 1950-ci illərin əvvəllərində yazırdı ki, üsyanın səbəbləri nə ruhanilərin vətəndaşlığa keçirilməsi, nə XVI Lüdovikin edamında və nə də səfərbərlik elanında axtarmaq lazım deyil, bu səbəbləri ilk növbədə Vandey əhalisinin kasıblığında axtarmaq lazımdır. İnqilab Baş Ştatlarda 1789-cu ildə elan edildiyi kimi əhalinin ümidlərini doğrulda bilmədi, Vandeya əhalisinin əksəriyyəti feodal mükəlləfiyyətlərin ləğvindən fayda götürə bilmədi, burada ən çox qazanan burjuaziya və tacirlər oldu. Ənənəvi ukladın pozulması, ruhanilərlə bağlı keçirilən islahatlar bu işdə yalnız partlamağa hazır barıt çəlləyinin içinə düşən qığılcım zərrəciyi rolunu oynamışdı[7].
[[Sart (departament (Fransa)|Sart]] departamentinin üzərində apardığı ətraflı tədqiqatdan sonra Pol Bua problemi daha dərinləşdirir və bildidir ki, kəndlilərdə burjuaziayaya olan nifrət kəndlə şəhər arasında olan uçurumun dərinliyindən xəbər verir və üsyanın əsas səbəbləri İnqilabdan çox əvvəlki dövrlərdə yaranmağa başlamışdı[8].
Bu fikir amerikan sosioloqu Çarlz Tillinin əsərlərində də təkrarlanır və bildirilir ki, Fransa şəhərlərinin XVIII əsrdəki inkişafı, iqtisadi işğalçılıq və siyasi hakimiyyətin monopoloiyalaşdırılması cəhdləri kəndlilərin etirazı və nifrəti ilə qarşılanmışdı. Vandeya üsyanı bu etrazın yalnız bir nümunəsidir[9].
Alber Sobul da öz növbəsində "torpağı becərən olmayıb, yalnız onun ticarəti ilə məşğul olan və milli mülkiyyətə sahib çıxan burjuaziyaya qarşı üsyana qalxmağa" yönəlmiş çoxsaylı kasıb kəndli kütlələrini təsvir edir. O yazır ki, kəndli üsyanı kortəbii və plansız olaraq başlamışdı, kəndlilər "nə köhnə rejimin tərəfdarları, nə də royalist deyildilər və zadəganlar onun geniş vüsət almasından heyrətə düşmüşdülər[10].
1793-cü ilin əvvəllərində gənc fransız respublikası ağır vəziyyətlə üzləşmişdi. Onun ordusu Avstriya, Prussiya, İngiltərə, İspaniya, Hollandiya, İngiltərə və digər kiçik ölkələrin təşkil etdiyi koalisiya qüvvələri qarşısında say üstünlüyünü itirmişdi. Orduda təchizat işləri pis təşkil edilmişdi və kütləvi oğurluq halları baş verirdi. Yarıçılpaq, yarıac əsgərlərin bir çoxu qanunların onlara inkan verdiyi hüquqdan yararlanaraq, öz evlərinə qayıdırdılar. Fevral ayında ordunun sayı 400 000-dən 228 000-dək azalmışdı. Bütün bunlara görə Konvent 1793-cü ilin fevralın 24-də yeni 300 000 nəfərlik məcburi əsgər çağırışını ehtiva edən dekret qəbul etmişdi.
1791 və 1792-ci illlərdə baş verən çağırışlardan fərqli olaraq bu dekret əhali tərəfindən müqavimətlə üzləşdi. Ən güclü etiraz Fransanın qərbindəki Vandeyada, daha dəqiqi Luara çayının aşağı axınındakı və ondan cənubda yerləşən Vandeya, Aşağı Luara, De Sevr və Men-Luara departamentlərində baş verdi.
Bu əsgər çağırışı üsyanın qalxmasının əsas səbəbkarı olmasa da, ona təkanverici qüvvə rolu oynamışdı. Burada Fransanın ucqarındakı kəndli və sənətkarların yeniliklərə qarşı şübhəli davranmaları özünəməxsus rol oynamışdı. İnqilabi yeniliklər kəndlilərin ənənəvi yaşayış üslubunu pozmuş, onların çoxəsrlik həyat tərzini dəyişdirmişdi. Vergilərin artırılması onların vəziyyətini daha da çətinləşdirmişdi. Yerli səviyyədə aparılan islahatlar nəticəsində kilsə yeparxiyalarının ənənəvi sərhədləri pozulmuş, departamentlərin dəqiq xəritələri isə çap edilməmişdi. Dindar əhali xüsusilə, and içməmiş ruhanilərin təqiqbi prosesinə ciddi münasibət göstərmişdi. Artıq 1792-ci ildə yeni hakimiyyətə qarşı qiyam cəhdləri olsa da, onlar vaxtında yatırılmış və kütləvi üsyan halı olmamışdı. Lakin, bütün bu proseslərin əlavə olaraq əsgəri çağırış da əlavə edildikdə, kəndlilərin səbir kasası daşmış və Vandeya əhalisi Respublikaya qarşı royalist üsyünın əsas hərəkətverici qüvvəsi rolunu oynamışdı.
Üsyan 1793-cü il mart ayında Sen Floran-sür-Luarda başlamışdı, lakin çox keçmədən Bokajın bütün kəndlərini əhatə etmişdi. Üsyançılar yarğanlar, meşələr və kolluqlardan ibarət olan ərazinin topoqrafik xüsusiyyətlərindən istifadə edərək, respublika qoşunlarını təkcə öz ərazisində məğlub etməyə çalışmırdılar, həm də qonşu əyalətlərə soxularaq orada qiyam əhval-ruhiyyəsini yaymağa çalışırdılar.
Üsyan son dərəcə sürətlə yayılırdı. Martın 4-də Şole şəhəri komendantı öldürüldü, 10-da kəndli dəstələri Maşekul şəhərinə hücum çəkmişdi, 12-də Sen-Floranı ələ keçirmişdilər. Bir neçə gün ərzində kəndliləri üsyana çağıran kilsə zəngləri aramsız çalırdı və üsyançıların sayı 100 000 nəfərə çatmışdı.
Üsyan başçılarından (general D'Elbe, markiz de Bonşan, markiz de Leskür, Laroşjaklen, de Şarett, Katalino, Stoffle) ilk beşi yerli zadəganlardan, digər ikisi isə üçüncü silkdən idi (Pen-an-Mojdan olan quşçubaşı Katalino və Monlevriyedən olan mehtər Stoffle). Üsyançıların komandanı seçilmiş Katalino martın 15-də Şoleni aldı, burada 700 əsir və 4 top ələ keçirdi.
Bu dövrdə Vandeyada böyük qoşunlar mövcud deyildi, kiçik qruplara bölünmüş [[Milli Qvardiya(Böyük Fransa İnqilabı)|Milli Qvardiya]] qüvvələri isə, üsyançılara qarşı effektiv mübarizə apara bilmirdi. Respublika ordusunun başçısı general Marso kəndlilərin tarlalara getməsindən istifadə edərək 3000 əsgər və 7 topla Şantone şəhərini tutdu, lakin martın 19-da onun dəstəsi Sen-Vensan yaxınlığında məğlubiyyətə uğradı, bundan sonra isə general D'Elbe şalanna hücum edərək tutdu.