Qəm pəncərəsi (film, 1986)

Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır.

Qəm pəncərəsi
Janr dram
faciəvi komediya
bioqrafik
Rejissor Anar
Əsərin müəllifi Cəlil Məmmədquluzadə
Ssenari müəllifi Anar
Baş rollarda Həsənağa Turabov
Elmira Şabanova
İlham Səfərov
Ruslan Nəsirov
Həsən Məmmədov
Şükufə Yusifova
Operator Hüseyn Mehdiyev
Rəssamlar Elbəy Rzaquliyev
Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 26 iyun 1986
Filmin digər adı Danabaş kəndinin əhvalatları
Filmin növü tammetrajlı bədii film
Müddət 127 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1986
Rəng rəngli
IMDb ID0300291

Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır.

Anar Cəlil Məmmədquluzadənin əsərlərindən təsirlənərək belə bir film ərsəyə gətirdi. İlk olaraq bu əsər teatr səhnəsində oynanılmışdı. Dəfələrlə səhnədə göstərilən tamaşa artıq izləyicilər tərəfindən də rəğbət qazanmışdı. ”Bişmiş” bir əsər olanda Anar onu ekranlaşdırmaq istədi. Filmin əsas yükü onun çiyinlərində idi, həm müəllif, həm də quruluşçu rejissor kimi...

Rafiq Dadaşov[1]

"Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.[1]

Film bir il müddətinə hazırlanıb, çəkilişlər isə 3.5 ay ərzində — 1985-ci ilin iyul ayından oktyabr ayına qədər davam edib. Əsər əvvəl teatr tamaşası kimi oynanıldığına görə Həsənağa Turabov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev kimi aktyorların filmdə oynayacağı əvvəlcədən bəlli idi. Həsən Məmmədov ilk dəfə kəndli rolunu ifa edirdi. Filmin səsləndirilməsində İlham Namiq Kamal (Həsənov (Mərahim Fərzəlibəyov)), Pərviz Bağırov (Vəliqulu (Natiq Abdullayev)), Sadıq Hüseynov (Rəşid bəy (Məmməd Bürcəliyev)) iştirak edib.[1]

Filmin istehsalı zamanı çətin məsələlərdən biri də uşaqların seçimi idi. Filmə çəkilməsi üçün 5-15 yaş arasında 10-13 uşaq lazım idi. Yanvar ayından başlayaraq 6 ay ərzində uşaqların seçimi edilib. Filmə çəkilməsi üçün 1000-dən çox uşaqdan sınaqdan keçirilib. Filmdə iştirak edən uşaqlardan yalnız Əhməd rolunu oynayan Ruslan Nəsirov daha sonra karyerasını davam etdirib.[1]

Filmin çəkiliş yerlərinə Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonu, Bakının Digah kəndi, İçərişəhər, təbiət səhnələrinin çəkildiyi yerlərə Şamaxının Zarat kəndi, Qobustan, Qaraçı karvansarası, Lahıc daxildir.[1] Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda Cəlil Məmmədquluzadənin qocalıq dövründə qaldığı otaq tikilmişdi. Evin mebeli Azərbaycan Tarixi Muzeyindən gətirilmişdi. Danabaş kəndinin məktəbindəki dərs otağı da bu pavilyonda inşa edilmişdi.[2]

Filmin tənqidi

[redaktə | mənbəni redaktə et]

Nadir Bədəlov "Qəm pəncərəsi" fimini belə qiymətləndirmişdir: "Bu filmdə Xudayar bəy obrazının Vaqif İbrahimoğluna həvalə olunması Anarın tapıntısı idi. Mən heç gözləməzdim. Amma kinoşünas olaraq "Qəm pəncərəsi"nə uğurlu film kimi baxmıram. Mirzə Cəlil ensiklopediyası burda alınmadı. Məncə Anar çox gözəl yazıçıdır, amma rejissor deyil."[3]

Filmdə Kefli İsgəndər rolunu oynayan Fəxrəddin Manafov filmi və öz rolunu belə qiymətləndirir: "İndi mən desəm ki, “mən Kefli İsgəndəri oynamışam”, mənim üçün ayıb olar. Siz “Qəm pəncərəsi” filmini nəzərdə tutursunuzsa, mən orda Anar müəllimin yazdığı ssenari əsasında olan filmdə “İsgəndər” rolunu oynamışam. Ümumiyyətlə, Anar müəllimin bütün filmləri maarifçilik xarakteri daşıyır. Əgər fikir vermisinizsə, onun filmlərində aktyorlarla yanaşı qeyri peşə sahibləri də çəkiliblər – bəstəkarlar, rejissorlar, hətta jurnalistlər də. Anar müəllim bir dövrün, bir epoxanın parıldayan insanlarını yığıb film çəkir və bir müddət sonra bu film çox qiymətli olur. Hələ onun təkcə bədii tərəfini demirəm, Azərbaycan ədəbiyyatının parlaq simaları olan şəxsiyyətlərin xatırlanması baxımından deyirəm. Hər əsərdən parçalar verərək nə demək istədiyini çatdırır. Ona görə də Mən “Kefli İsgəndər”i oynamışam” deyə bilmərəm."[4]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Cəlil Məmmədquluzadə
Ssenari müəllifi: Anar
Quruluşçu rejissor: Anar
Quruluşçu operator: Hüseyn Mehdiyev
Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar: Cavanşir Quliyev
Səs operatoru: Tatyana Kərimova
Rejissor: Rafiq Dadaşov
Operator: Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), İsrafil Ağazadə (İsrafil Ağayev kimi)
Geyim rəssamı: Tatyana Əmirova
Qrim rəssamı: Firuzə İsmayılova, Namiq Manafov
Montaj edən: Nelli Dadaşova
Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Dekor rəssamı: Nazim Hacıyev
Rejissor assistenti: Elman Şeydayev, Yavər Rzayev
Operator assistenti: Həsən Yaqubov
Rəssam assistenti: X.Əminağayeva
İşıq ustası: Məhəmməd Hacıyev
Redaktor: Əhmədağa Qurbanov
Məsləhətçi: M.Cəfərov (akademik), A.Zamanov (akademiyanın müxbir üzvü)
Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Simfonik Orkestri
Dirijor: R.Məlikaslanov
İnzibatçı: Azər Quliyev
Filmin direktoru: Rimma Abdullayeva
Əsərlərindən istifadə edilən rəssam: Əzim Əzimzadə (titrlərdə yoxdur)
Həsənağa TurabovCəlil Məmmədquluzadə; Cəlilin atası
Elmira Şabanova — Həmidə
İlham Səfərov — Cəlil (uşaq)
Ruslan Nəsirov — Əhməd
Həsən Məmmədov — Məmmədhəsən
Şükufə Yusupova — İzzət
Vaqif İbrahimoğlu — Xudayar bəy
Leyla Şıxlinskaya — Zeynəb
Zərnigar Ağakişiyeva — Şərəf
Fəxrəddin Manafov — İsgəndər
Məmməd Bürcəliyev — Rəşid bəy
Mərahim Fərzəlibəyov — Müəllim Həsənov
Nəsibə Zeynalova — Səkinə
Sona Mikayılova — Cəlilin anası
Natiq Abdullayev — Vəliqulu
Yaşar Nuri, Ramiz Əzizbəyli, Arif Quliyev, Ələsgər Məmmədoğlu — kərbəlayilər
Gündüz Abbasov, Gümrah Rəhimov — kəndlilər
Nuriyyə Əhmədova — kəndli qadın
Rüfət Əliyev, Anar Əliyev, Xəzri Rəhimov, Aydın Salmanzadə, Seymur Namazov, Elçin Abbasbəyli, Erkin Zamanlı, Fərid Kazımov, Cəlil Ağayev, Elnur Cəniyev — kəndli uşaqları
Səyavuş Aslan — Karapet
Nübar Novruzova — Karapetin qızı
Muxtar Avşarov — Molla Həzrətqulu
Mirzə Babayev — qazi
Hamlet Xanızadə — hacı
Ramiz Məlikov — çavuş
Rafiq Əliyev — rəis
Mayak Kərimov — mülki geyimli
Gülzar Qurbanova — Xudayarın qızı

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Sadıq Hüseynov — Rəşid bəy (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
İlham Namiq Kamal — Müəllim Həsənov (Mərahim Fərzəlibəyov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Vəliqulu (Natiq Abdullayev) (titrlərdə yoxdur)
  1. 1 2 3 4 5 ""Qəm pəncərəsi"ndə ən yüksək qonorar uzunqulağa verilib". Azadlıq. 13 oktyabr 2014. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  2. Aliyə. "Rafiq Nəsirov: "Kino rəssam elə etməlidir ki..."". kulis.lent.az. 24-04-2015. 2017-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  3. Elmin NURİ, Elçin Ağayev. "Nadir Bədəlov: "Məgər İsa Həbibbəyli Həmidə xanımdan çox bilir?!" — MÜSAHİBƏ". old.modern.az. 05.04.2013. 2018-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  4. ""Hamı soruşur ki, tapançanı niyə verdin?.."". resmixeber.az. İstifadə tarixi: 2017-01-22.[ölü keçid]
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 305-307.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]