Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Vaqif Əhmədov.
Vaqif Əhmədov Malik oğlu ({{DVTY}} şablonu boşdur ) — kimyaçı, kimya elmləri doktoru, professor.[1]
Vaqif Əhmədov Malik oğlu 22.01.1941-ci il Qəbələ şəhərində anadan olmuşdur. 1948–1958-ci illərdə Qəbələdə 1 saylı orta məktəbində oxumuş, sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kimya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1963-cü ildə SSRİ EA Element-üzvi Birləşmələr İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş və 1967-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almışdır.
1967–1983-cü illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.
1977-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, "Kimya elmləri doktoru" elmi dərəcəsini, 1982-ci ildə isə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adını almışdır.
1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır.
2011–2013-cü illərdə AMEA-nın M.F.Nağıyev adına KPİ-da elmi işlər üzrə direktor müavini, "Nanometal tərkibli kompozitllər" laboratoriyasının müdiri vəzifələrində işləmişdir.
2014-cü ildən etibarən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokompozit katalizatorlar" laboratoriyasının müdiri vəzifəsində işləyir.
Bir sıra xariji ölkələrin: Oksford (İngiltərə) (1973–1974), Roma (İtaliya) (1983), Kanzas (ABŞ) (1986–1987), Ankara Orta Doğu (Türkiyə) (1994–1997), Ər-Riyad (Saudiyyə Ərəbistanı) (2000–2008) Universitetlərinin professoru və elmi araşdırıcısı işləmişdir.
Çox funksiyalı nanometal-kompleks katalizatorların yeni alınma üsullarının işlənib hazırlanması və onların kimyəvi sintezin müxtəlif sahələrində tədqiqi; müxtəlif sintetik və təbii polimerlər əsasında kimyəvi və bioloji aktivliyə malik materialların hazırlanması; tərkibində metal olmayan və təbii biokatalizatorları imitasiya edə bilən yüksək aktivliyə, spesific selektivliyə və ekoloji cəhətdən təmiz, yeni sinif nanoquruluşlu üzvi mənşəli katalizatorların hazırlanması və onların praktiki əhəmiyyət daşıyan bir sıra proseslərdə tətbiqi.
- Yeni nano-quruluşlu katalizatorların sintezi və onların karbohidrogenlərinin selektiv çevrilmələrində tədqiqi.
- Butadiyenin tsiklik oliqomerlərinin alınması və onların sənayedə tədqiqi.
- Yüksək oktan ədədli komponentlərin paraffinlərdən bir başa sintezi.
- "International Scientist of the Year" — 2002, Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İngiltərə)
- "Who is Who in Science & Engineering" (Marquis Edition), 2000
- Fəxri kimya sənayesi işçisi (Medal), 1979
221 məqalə, 7 patent (ABŞ, Avropa, Rusiyaç Azərbaycan), 44 müəlliflik şəhadətnaməsi; O cümlədən: Xaricdə dərc olunan əsərlərinin sayı — 90; İstinadların sayı – 301
Kimya sahəsində keçirilən 34 Benəlxalq konfranslarda işrirak etmiş və elmi məruzələr etmişdir.
- Исследование циклотримеризации бутадиена в циклододекатриен // Журнал Органической хим. 2, 998–1004, (1966).
- Atoms of transition metals as catalysts of oligomerization of butadiene // J. Chem.Soc., Chem.Commun., 1974, p. 777.
- Study of butadiene oligomerization in the presence of free atoms of transition metals // J. Chem.Soc.,Dalton Trans.., 1975, v. 14, p. 1412.
- Paramagnetic products of [Ni(C4H6)2]n; interaction with diethyl-aluminum chloride // React. Kinet. Catal. Lett., vol.32, 1, 227–232 (1986).
- Low temperature Hydrocracking of Hydrocarbons on Ni-supported Catalysts // Applied Catalysis, A: General, 181, 51–61 (1999).
- Recent advances and future aspects in the low temperature activation of C-H and C-C bonds in Hydrocarbons, Catal. Reviews Science and Engineering 44(3), 455–498 (2002).
- Recent advances and future aspects in the selective isomerization of high n- paraffins // Catalysis Reviews Science and Engineering 49, 1, 33–139 (2007).
- Ru–C–ZnO composite catalysts for the synthesis of methyl isobutyl ketone via single step gas phase acetone self-condensation, Catalysis Letters, 3, 2014, p. 1–11.
- Catalytic Activation of C–C and C–H Bonds in Alkanes under Mild Conditions, Catalysis in Industry, vol. 6 No. 4, 253–259, 2014.
- Polymeric carbon nitrides as metal-free multipurpose organic catalysts, Azerbaijan Chemical Journal, 2016, № 2, p. 165–174.
- Synthesis, properties, and application of polymeric carbon nitrides. Russian Chemical Bulletin, International Edition. Vol. 66, No.5, may 2017.
- QİAP (Moskva) proyekt təşkilatı ilə birlikdə yeni tipli sintetik lif və plastik kütlələr istehsalı üçün mühüm olan tsiklododekatriyenin sintez texnologiyası işlənib hazırlanmış və bu proses 1976-cı ildə "Kuybışevazot" istehsalat birliyi, Sterlitamak şəh., Azottuk zavodunda istehsal gücü 2000 T/il olan sənaye qurğusu yaradılmışdır.
- İlk dəfə olaraq olefin və diyenlərin oliqomerlərləşmə və polimerləşmə proseslərində yuksək aktivliyə və selektivliyə malik çoxfunksiyalı nanometal-kompleks katalizatorların yeni birbaşa metal parçalardan sintez üsulu işlənib hazırlanmış və ilk dəfə belə qurğu NKPİ-da yaradılmışlır. Bu üsul Rusiya Elmlər Akademiyasının Kimyəvi-Fizika və Element-Üzvi Birləşmələr İnstitutları kimi aparıcı elmi mərkəzlərində, AMEA-nin Neft-Kimya Prosesləri İnstitutunda və Bakı Dövlət Universitetində geniş istifadə olunmuşdur. Bu yeni üsul əsasında ilk dəfə olaraq nano-metal komplekslərin müxtəlif üzvi və qeyri-üzvi materiallar üzərində immobilizə olunmuş heterogen analoqlarının in situ şəraitdə sintezinin mümkünlüyünü göstərmişdir. Səthində nanometal hissəciklərini daşıyan heterogen kompozitlər homogen analoqlarının yüksək aktivliyə və selektivliyə malik mühüm xassələrini özündə saxlamaqla bərabər uzun müddətli stabilliyə malikdirlər ki, bu da nano-quruluşlu katalizatorların praktikada tətbiqinə geniş imkanlar yaradır. Propilenin bu tipli nanometal-kompozitlər üzərində oliqomerləşməsi yüksək oktan ədədli benzin komponentlərini sintez etməyə imkan verir. Bu proses Neft-Kimya Prosesləri İnstitutunun təcrübi-pilot zavodunun model qurğusunda müvəffəqiyyətlə uzunmüddətlı sınaqdan keçirilmişdir.
- Nanometal kompozit katalizatorlar üzərində n-parafinlərindən mülayim şəraitdə bir mərhələdə yüksək oktan ədədli benzin komponentlərinin sintezi prosesinin elmi əsasları işlənib hazırlanmışdır. Karbohidrogen zəncirli makromolekulalar və parafinlər nanometal kompozitlər üzərində 150–2200C intervalda dərin izomerləşməyə və destruksiyaya uğrayırlar. Bu nəticələr neft emalında çətin emal edilə bilən təbii qaz və n-parafinlər və polimer tullantıları əsasında yüksək oktan ədədinə malik benzin komponentlərinin az enerji sərf edən və ekoloji cəhətdən əlverişli yeni birmərhələli istehsal üsulunun yaradılması üçün real imkanlar açır.
- Son illər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokompozit katalizatorlar" laboratoriyasında tərkibində metal olmayan və təbii biokatalizatorları imitasiya edə bilən yüksək aktivliyə, spesifik selektivliyə və ekoloji cəhətdən təmiz, yeni sinif nanoquruluşlu katalizatorların hazırlanması və onların praktiki əhəmiyyət daşıyan bir sıra proseslərdə tətbiqi istiqamətində intensiv axtarışlar aparılır. İlk dəfə olaraq tərkibində metal olmayan nanoquruluşlu karbon nitridin hidrogen molekulunu aktivləşdirmək xassəsi müəyyən edilmiş və bu katalizatorun iştirakı ilə asetilen karbohidrogenlərini metal iştirakı olmadan selektiv hidrogenləşdirmək mümkün olmuşdur.
1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır. Onun rəhbərliyi ilə 1 doktorluq və 15 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. Hazırda o, aspirant və dissertantların elmi işlərinə rəhbərlik edir, magister kursu üzrə təhsil alan tələbələrə "Nanokataliz" fənnindən dərs deyir. Bir sıra PhD və doktororluq elmi dərəcəsi almaq üçün dissertasiya işlərinə, xarici jurnallara və Beynəlxalq konfranslara təqdim olunan elmi məqalələrə rəyçi kimi fəaliyyət göstərir. Mühazirə və çıxışlarını üç dildə- azərbaycan, ingilis və rus dillərində sərbəst aparır.