Vaqif İmaməli oğlu Aslanov — Alim, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, filologiya elmlər doktoru, professor, Türk Dil Kurumunun (TDK) fəxri üzvü, beynəlxalq "Türkologiya" elmi-nəzəri jurnalının baş redaktor müavini, Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dillərinin müqayisəli tədqiqi şöbəsinin ilk rəhbəri (1971-1974), həmin institutun elmi işlər üzrə direktor müavini (1974-1984), ömrünün axırına qədər çalışdığı institutda şöbə müdiri olmuşdur. Azərbaycan türkcəsinin tarixi qrammatika və ədəbi dil formalarının tiplərinə həsr olunmuş və çoxmüəllifli materiallar əsasında dialektüstü dil formalarının tiplərinə həsr olunmuş və çoxmüəllifli monoqrafik kitabda “Azərbaycan dili tarixində dialektüstü formaların varisliyi” adlı tədqiqatı diqqəti cəlb edir.
Vaqif Aslanov | |
---|---|
Vaqif İmaməli oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Qazax qəzası, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahələri | Filologiya, şərqşünaslıq |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti, Azərbaycan Xarici Dillər İnstitutu |
Vaqif Aslanov 1928-ci il yanvarın 10-da Qazax qəzasının Poylu kəndində (İndiki Ağstafa rayonunun kəndidir) anadan olmuşdur. 1945-ci ildə Poylu kənd orta mektebini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. Eyni zamanda, 1946-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuş və 1950-ci ildə bitirmişdir.
1955-1959-cu illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur. 1955-ci ildə Moskvada SSRİ EA Dilçilik İnstitutuna işə qəbul edilmişdir. 1960-cı ildə “Azərbaycan dili abidələrində feli idarənin bəzi məsələlərinin müqayisəli surətdə işıqlandırılması” mövzusunda namizədlik, 1973-cü ildə “Azərbaycan dilinin tarixi leksikologiyası” doktorluq dissertasiyası müdafiə edərək müvafiq elmi adlar almışdır. Doktorluq dissertasiyası türkologiyada yüksək qiymətləndirilmişdir.
Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, 1971-1974-cü illərdə həmin institutun Türk dillərinin müqayisəli tədqiqi şöbəsinə ilk rəhbərliyi etmiş, 1974-1984-cü illərdə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
Türk dili tarixinin müxtəlif problemlərindən bəhs edərkən KDQ materiallarına sistemli şəkildə istinad etmişdir. Qədim türk köklərini öz rekonstruksiya metodu ilə bərpa edən müəllif KDQ-dakı ana kökləri etalon kimi geniş xarakterizə etmişdir. Azərbaycan türkcəsinin tarixi qrammatika və ədəbi dil formalarının tiplərinə həsr olunmuş və çoxmüəllifli materiallar əsasında dialektüstü dil formalarının tiplərinə həsr olunmuş və çoxmüəllifli monoqrafik kitabda “Azərbaycan dili tarixində dialektüstü formaların varisliyi” adlı tədqiqatı diqqəti cəlb edir. Burada müəllif epos dilinin, o cümlədən eposun çox xarakterik örnəyi KDQ-nı yazılı ədəbi dil üçün ən böyük qaynaq-kəmiyyət və keyfiyyətcə ədəbi dilə qədərki ən böyük səviyyə kimi təhlil edir.
Vaqif Aslanov Bakıda nəşr olunan beynəlxalq "Türkologiya" elmi-nəzəri jurnalının baş redaktor müavini vəzifəsində işləmişdir. Ömrünün axırına qədər çalışdığı institutda şöbə müdiri olmuşdur.
Dünyanın bir çox ölkələrində dilçiliyə həsr olunmuş konfrans və konqreslərdə iştirak etmişdir. (ABŞ, Hollandiya, Avstriya, London, Paris, Berlin, Helsinki, Hamburq, Belqrad, Varşava, Ankara, İstanbul, Təbriz, Tehran, Moskva, Sankt-Peterburq, Tbilisi, Kazan, Ufa, Almatı, Daşkənd, Aşqabad, Bişkek, Kiyev, Minsk və s.). Bu tədbirlərdə oxunan məruzələrin böyük bir qismində KDQ materiallarından geniş istifadə olunmuş və bəziləri bilavasitə KDQ-a həsr edilmişdir.
Azərbaycanda və xaricdə 100-dən artıq elmi məqaləsi çap olunmuşdur. 300-dən çox elmi əsərin, onlara kitabın müəllifidir. Türk Dil qurumunun fəxri üzvü idi.
2001-ci il avqustun 3-də Bakı şəhərində vəfat etmişdir.