Müşk öküzü (lat. Ovibos moschatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyunöküz cinsinə aid heyvan növü.
Müşk öküzü | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Müşk öküzü |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Şimali Amerikanın tundrasında, Kanadada, və Qrelandiyada Qoyunöküzlərin sürülərinə hal hazırda rast gəlmək olur. Norveçdə, Alyaskada və Şpitsberqdə qoyunöküzlər süni şəkildə yerləşdirilmişdir.
Qoyunöküzlərin hündürlükləri 145 santimetrə, çəkiləri 200-300 kiloqrama çatır, Bəzi hallarda yaşlı heyvanların çəkisi 400 kiloqrama çatır. Heyvanlar uzun yunlarının hesabına çox böyük görünürlər. Onların Yunları çox sıx və istidir. Boğazlarının altında və yanlarında tüklərin uzunluğu 90 santimetrə çarır. Qoyunöküzlərin genişalınlı başlarını Afrika camışlarının buynuzuna oxşar enli buynuzlar bəzəyir. Hədindənartıq soyuq havalarda Qoyunöküzlər bir-birlərinə bərk sixilaraq bədənlərini isti saxlayırlar. Yayda Qoyunöküzlər kiçiksürülər halında yaşayırlar. Digər vaxtlarda 100 heyvanın olduğu böyük sürülər halında yaşayırlar. Çənubda dişilər hər il bir bala, şimalda isə bir ildən bir bir bala doğurlar.Hamiləlik dövrü 9 ay çəkir. Dişilər balalarını 6 ay bəzi hallarda 1 ilə kimi südlə bəsləyirlər. 3-4 yaşından sonra Qoyunöküzlər çinsi yetkinliyə çatırlar.