Varşava Hersoqluğunun Avstriya ilə 1809-cu il müharibəsi — Napoleon Bonopartın Beşinci Koalisiyaya qarşı müharibələrindən biri.
Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi | |||
---|---|---|---|
Beşinci Koalisiya müharibəsi | |||
| |||
Tarix | 14 aprel — 14 oktyabr 1809-cu il | ||
Yeri |
Varşava Hersoqluğu, Qalisiya və Lodomeriya kralığı |
||
Nəticəsi | Varşava Hersoqluğunun qələbəsi: Şenbrunnski sülhü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı.
Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər.
Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı. Əhali sayı isə 2,6 milyondan 4,3 milyon nəfərə qədər yüksəldi[1].