Varşava Hersoqluğu


Böyük Varşava Hersoqluğu (pol. Księstwo Warszawskie) — Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı PrussiyaAvstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilzit sülhündən sonra qurulmuş dövlət. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək de-fakto mövcud olmuşdur. Vyana Konqresinin qərarlarına əsasən, hersoqluğun böyük hissəsi Polşa çarlığı adı ilə muxtariyyət statusunda Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir.

1813-cü ilə qədər Birinci İmperiyanın (Fransa) peyk dövləti
1813-1815-ci illərdə Rusiya İmperiyasının peyk dövləti
Saksoniya krallığı ilə şəxsi uniada
Varşava Hersoqluğu
pol. Księstwo Warszawskie
Bayraq Gerb
Bayraq Gerb
 
 
 

Paytaxt Varşava
Dilləri polyak dili
Rəsmi dilləri
Dövlət dini katolik
Ərazisi
  • 155.000 km²
Əhalisi
  • 4.300.000 nəf.
İdarəetmə forması konstitusiyalı monarxiya
böyük hersoq
 • 22 iyul 1807 — 22 may 1815 (de fakto 1813-cü ilin yanvarına qədər) I Fridrix Avqust (Saksoniya kralı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hersoqluğun ərazisi (1807) 103 min km², əhalisinin sayı - 2,6 milyon nəfər təşkil edirdi. Varşava Hersoqluğunun Avstriya ilə müharibəsindəki qələbəsindən sonra Reç Pospolitanın üçüncü bölüşdürülməsi zamanı itirilən Polşa əraziləri də ona ilhaq edildi. Bu yeni ərazilərə əzəli Polşa torpaqları olan Krakov, Lublin, Radom, Sandomir daxil idi. Nəticədə hersoqluğun ərazisi 52 min km², əhalisi isə 1,7 milyon nəfər artmışdı. Hersoqluğun paytaxtı Varşava idi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]
Napoleonun Hersoqluğun konstitutsiyasını elan etməsi

Hersoqluğun Konstitusiyası Napoleon tərəfindən 1807-ci il iyulun 22-də Drezdendə təsdiq edilmişdir. Saksoniya kralı I Fridrix Avqust hersoq təyin olunmuşdur. Konstitusiyada həmçinin hökumət, Dövlət Şurası, Deputatlar Palatası və Senatdan olan iki palatalı parlament və əlavə olaraq müstəqil məhkəmələr də təsbit edilmişdi. Polşa və polyak sözlərinin siyasi mənada istifadəsinə icazə verilmirdi.

Hersoqluq hər biri 10 rayondan ibarət 6 departamentə bölünürdü.

1808-ci il mayın 1-dən ölkədə Napoleon Kodeksi tətbiq edildi.

border=none Əsas məqalə: Varşava Hersoqluğu Ordusu
Varşava Hersoqluğunun V piyada alayının əsgərləri

Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur.

Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor).

Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan).

artilleriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.

Mühəndis qüvvələri 6 rotadan ibarət bir mina təmziləyən batalyondan ibarət idi.

Bu bölmələrə əlavə olaraq, polyaklardan təşkil olunan və yalnız Fransa hökumətinin hesabına saxlanılan Fransa İmperiyası ordusunun qoşunlarını da aid etmək olar. Bu qoşunların sırasına 4 piyada alayından və süvari alaydan ibarət Visla legionu daxil idi. 1811-ci ildə bu qoşunlar daha iki yüngül süvari alayları ilə gücləndirildi. Bundan əlavə Napoleonun köhnə süvari qvardiyasının tərkibində 1807-ci ildə yaradılan Polşa zadəgan gənclərindən ibarət yüngül qrenadyor alayı da döyüşürdü.

Polşa qoşunları Napaleonun İspaniya ilə müharibəsində iştirak etmiş və özlərini ən parlaq tərəfdən göstərmişdilər. Yüngül atlılardan ibarət qvardiyaçıların alayı xüsusilə fərqlənmişdi. Belə ki, 3-cü süvari alayı 1808-ci il noyabrın 30-da Somoseri hücumunda igidlik göstərmişdi.

1809-cu ildə Varşava Hersoqluğunun 65 min əsgəri Avstriya ilə müharibədə iştirak etmişdir[3].

Rusiya ilə müharibəyə hazırlaşan Napoleon, 1811-ci ildə polyaklardan hərbi qüvvələrdən ən yüksək döyüş hazırlığı tələb etdi. Daimi qüvvələrdən əlavə 14 min nəfərdən ibarət ehtiyat qoşun yaradıldı (17 batalyon (hər piyada alayına biri), 16 süvari polku (hər süvari alayına biri) və artilleriya batalyonu). Sonra 18 min nəfərlik könüllülər dəstəsi yaradıldı və 1812-ci il müharibəsinin başlanğıcında Napoleonun Polşa ordusu 85 min nəfərdən təşkil edilmişdi.

1812-ci ildə hərbi əməliyyatların başlanğıcında Napoleonun Böyük Ordusuna aşağıdakı Polşa qoşunları daxil idi:

Varşava Hersoqluğu ordusunun 17-ci ulan alayının generalı və polkovniki
  • Böyük Ordunun V korpusundan ibarət Varşava Hersoqluğunun qoşunları;
  • Fransız korpusunun bir hissəsi olan Varşava Hersoqluğunun qoşunları: M.Radzivilanın (5, 10 və 11-ci piyada alayları) və E.Joltovskinin (4, 7 və 9-cu piyada alayları) iki piyada briqadası və A. Rojnetskinin diviziyasına daxil olan süvari briqadası (2,3 və 16-cı ulan alayları). Radzivilanın briqadaları E.MakDonaldın X korpusunda olan Ş.Qranjanın diviziyasına daxil idi. Joltovskinin briqadası K.Viktorun IX korpusunda olan J.Jirarın diviziyasının, Rojnetskinin süvari briqadası M.Latur-Moburun IV kavaleriya korpusunun tərkibində döyüşürdü. Bundan əlavə, 13-cü piyada alayı Zamos şəhəri qarnizonu kimi saxlanılmışdı.
  • Yalnız polyaklardan ibarət fransız qoşunları (Visla legionu, 1-ci, 2-ci, 3-cü və 4-cü piyada və 7-ci yüngül süvari alayı) qvardiyaçılar korpusunun bir hissəsi olan M.M.Kalparedanın dviziyasına, 8-ci yüngül süvari alayı - II korpusun tərkibindəki J.Karbinonun briqadasına və 9-cu yüngül süvari alayı - J. Bryuqerin 1-ci yüngül süvari diviziyasına daxil idi. Köhnə Qvardiyanın bir hissəsi kimi polyaklardan ibarət yüngül süvarilərdən təşkil edilmiş qvardiya alayı döyüşürdü.

Bu qoşunlardan əlavə olaraq, Napoleon öz şüarı altında Rusiya imperiyasının tabeliyində olan polyakları da səsləmişdi. 1812-ci ilin iyul ayında o, Litvada milli qvardiya, jandarmlar, qvardiya ulan alayının, 4 piyada və 5 süvari alayının yaradılması əmrini vermişdi.

Ümumilikdə Napoleon ordusunda ən az 120 min polyak toplanmışdı.

1812-ci il kampaniyası zamanı Kaminskinin süvari diviziyası V korpusun tərkibindən çıxarılmış və onun 3 alayı Latur-Moburun IV korpusuna, 3 alayı isə İ.Myuratın korpusuna birləşdirilmişdi.

1813-cü ildə Polşa alaylarının qalıqlarından və yeni çağırışçılardan Y. Ponyatovskinin komandanlığı altında 14.5 min nəfərlik VIII Korpus yaradıldı. Qalan Polşa qoşunları yenidən fransız korpusları və qala qarnizonları arasında bölüşdürüldü. Bu zaman Napoleonun ordusundakı polyakların sayı 40 min nəfərdən artıq idi.

Leyptsiq döyüşündə igidlik göstərərək Napoleonun geri çəkilməsini təmin edən VIII korpus, demək olar ki, bütünlüklə məhv edilmişdi[4].

1814-cü ilin yanvarında bu korpusun və digər polyak alaylarının qalıqları general Yan Dombrovskinin komandanlığı altında Sedanda toplanaraq 1 piyada alayı, 2 ulan alayı və krakus alayları təşkil etmişdilər. Visla Legionunun 3 süvari alayının qalıqları isə 7-ci ulan alayına birləşdirilmişdi. Bütün Polşa artilleriyasından piyada və süvari batareyaları yaradıldı. Əsgərsiz qalan zabitlərdən ibarət fəxri eskadronlar yaradıldı. Qvardiyaçılar da daxil olmaqla, Napoleon ordusunda polyakların ümumi sayı bu dəfə çətinliklə 4 min nəfərə çatırdı.

1814-cü il aprelin 11-də Napoleon taxtdan alındıqdan sonra Polşa qoşunlarına hərbi əmlakları ilə birlikdə vətənlərinə qayıtmağa icazə verildi. Yalnız qvardiyaçılardan ibarət könüllülərdən Napoleonu Elbaya müşayət etmək üçün bir eskadron yaradıldı. Bu eskadron 1815-ci il hadisələrində Napoleonun 100 günlüyündə iştirak etdi və Vaterloo yaxınlığında təmamilə məhv edildi.

Avstriya ilə müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Raşin döyüşü
Raşin döyüşü

1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı.

Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu SaksoniyaVarşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər.

Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı. Əhali sayı isə 2,6 milyondan 4,3 milyon nəfərə qədər yüksəldi[5].

Rusiya ilə müharibə

[redaktə | mənbəni redaktə et]
Napoleon ordusunun əsir düşən polyak əsgərlərinin kazak sıralarına daxil edilməsi, 1813-cü il. N.Karazinin rəsmi.

1812-ci il mayın 26-da Varşava Hersoqu öz səlahiyyətini hersoqluğun hökumətinə təhvil verdi. İyunun 28-də Polşa Krallığının Baş Konfederasiyası elan edildi. Knyazlıq Napoleonun müttəfiqlərinin ən sadiqinə çevrildi və müharibənin ilk günündən sonuncu gününə qədər vuruşlarda iştirak etdi. Bu döyüşlərdə hersoqluqdan Napoleon tərəfdə yüz min nəfərdən çox adam xidmət etdi.

Napoleonun Rusiyadakı məğlubiyyətindən sonra rus qoşunları Avropaya yürüşə başladılar. Ruslar artıq 1813-cü ilin yanvarında hersoqluğun ərazisini tamamilə ələ keçirdilər. Knyazlıq Rusiya general qubernatoru Vasili Lanski tərəfindən idarə edilməyə başlandı.

1815-ci il mayın 3-də Vyana konqresi Hersoqluğun bölüşdürülməsini təsdiqlədi. Krakov azad şəhər oldu; Avstriya Vieliçkanı (duz mədənləri daxil) aldı, Poznan Böyük Hersoqluğu adlanan Böyük Polşa Prussiyaya çatdı və keçmiş Varşava Hersoqluğunun böyük ərazisi Rusiyaya verildi və Polşa Muxtar Krallığı elan edildi.

Rusiya imperiyasının tərkibində

[redaktə | mənbəni redaktə et]
Polşa çarlığının xəritəsi, 1896-cı il.

Polşa çarlığı, müasir Polşanın mərkəzi hissəsini əhatə etmişdir: Varşava, Lodz, Kaliş, Çenstoxova, Lüblin, Suvalki, müasir Litvanın cənub-qərbi: Alytus, Marijampole, Belarusiyanın Qrodno rayonunun ərazisinin bir hissəsi Sopotskin kəndi və Ukraynanın Lvov vilayətinin Sokalski rayonunun kiçik bir hissəsi Pesoçnoye kəndi ilə. Ərazisi 127 min km² olmuşdur.

Keçmiş sərhədləri daxilində Reç Pospolitanı bərpa etməyi hədəfləyən 1830-1860-cı illərdə Polşa millətçiliyinin böyüməsi səbəbindən "Konqres Polşa" muxtariyyəti XIX əsrdə Rusiya imperatorları tərəfindən tədricən məhdudlaşdırılmışdır. 1867-ci ildən sonra muxtariyyət statusu daha da aşağı salınaraq o qeyri-rəsmi adını Privislinski Diyar adlanmışdır.

  • Луферчик Е. Г. Конституция Великого герцогства Варшавского // Научные стремления—2010: сб. матер. Респ. науч.-практ. молодеж. конф. с междунар. участием (Минск, 1—3 нояб. 2010 г.) / Нац. акад. наук Беларуси, Совет молодых ученых НАН Беларуси; редкол.: В. В. Казбанов [и др.]. — Минск: Беларус. навука, 2010. — С. 327—330.
  • Martyna Deszczyńska. "'As Poor as Church Mice': Bishops, Finances, Posts, and Civil Duties in the Duchy of Warsaw, 1807-13," Central Europe (2011) 9#1 pp 18–31.
  • E. Fedosova (December 1998), Polish Projects of Napoleon Bonaparte, Journal of the International Napoleonic Society 1(2)
  • Alexander Grab, Napoleon and the Transformation of Europe (2003) pp 176–87
  • Otto Pivka (2012). Napoleon's Polish Troops. Osprey Publishing. pp. 8–10.
  1. 1 2 Варшавское великое герцогство (rus.). // Варлен — Венглейн 1928. Т. 9. С. 37–38.
  2. 1 2 Мякотин В. А. Варшавское великое герцогство (rus.). // Энциклопедический словарь / под ред. К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1892. Т. Vа. С. 564–565.
  3. "ВЭ/ВТ/Польские войска в русской армии". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-21.
  4. "Военная энциклопедия Сытина". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-21.
  5. Польша, история // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.|Энциклопедический словарь Брокгауза и Ефрона