Varna — Devnya kanalı

Varna — Devnya kanalı — Bolqarıstanın şimal-şərqindəki Varna vilayətində yerləşən dərin su yolları sistemi (2 kanal və 2 göl).

Varna — Devnya kanalı
Asparuhov körpüsü (mərkəzdə) və Ostrova (sağda) yaxınlığında kanalın başlanğıc hissəsi
Asparuhov körpüsü (mərkəzdə) və Ostrova (sağda) yaxınlığında kanalın başlanğıc hissəsi
Giriş Varna
Mənsəb Devnya
Uzunluğu 22 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varna (şərqdə) və Devnya (qərbdə) şəhərlərini birləşdirir, Qara dənizin Varna körfəzindən başlayaraq Beloslav şəhəri və bir neçə kənd boyunca VarnaBeloslav göllərindən keçir. Kanalın ümumi uzunluğu 22 kilometrdir. Sahilləri boyunca bir sıra limanlar təchiz edilmişdir.

Kanalın sahilində, texnoloji ehtiyaclar üçün kanaldan su götürən Varna SES yerləşir.

Varna körfəzi — Varna gölü müvəqqəti kanalın inşası, 1895–1906.

Kanal qurmaq fikri XVIII əsrdən bəri mövcud idi. Məşhur ingilis yazıçısı Çarlz Dikkens, Krım müharibəsi zamanı (1853–1856) Varnada hərbi müxbir kimi bolqarlar tərəfindən hazırlanmış, ancaq 1847-ci ildə Osmanlı sultanı Əbdülməcid tərəfindən rədd edilmiş kanal layihəsi barədə ilk dəfə məlumat vermişdir.[1]

XIX əsrin sonu — XX əsrin əvvəllərində Varna körfəzi ilə Varna gölü arasında müvəqqəti kanal çəkilmişdir.

Mövcud su yolu 1970-ci illərdə inşa edilmişdir. Varna körfəzi ilə Varna gölü arasında kanal ikitərəfli olur, hansı ki burada, yerli əhali tərəfindən Ostrova və ya Qalata adlanan Bolqarıstanın ən böyük çay adasını yaradır. Kanalın üstündən Asparuhov körpüsü keçir. Kanal № 1 adlanan bu hissə 1970-ci ildən 1976-cı ilə qədər qazılmışdır. O, rəsmi olaraq 1 sentyabr 1976-cı ildə açılmışdır. Kanal № 2 1976–1978-ci illərdə Varna gölü ilə Devnya arasında qazılmışdır.[2]

Kanal sahələri (sağdan sola): Kanal № 1 (ikitərəfli: Ostrova adasından şimal və cənub-qərbdə), Varna gölü, Kanal № 2, Beloslav gölü
  1. "Дикенс рекламира канала Варна-Девня". www.24chasa.bg (bolqar). 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03. 14 avqust 2013
  2. "Започва удълбочаването на Пристанище Варна и подходните канали". www.economic.bg (bolqar). 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03., 7 ноември 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]