Çarlz Dikkens

Çarlz Dikkens (ing. Charles Dickens; 7 fevral 1812[1][2][…], Lendport[d], Hempşir qraflığı[d][4][1]9 iyun 1870[3][4][…], Qedshil[d], Kent qraflığı[2][4][…]) — Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçıroman müəlliflərindən biri. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.

Çarlz Dikkens
ing. Charles Dickens
Doğum adı Çarlz Con Haffem Dikkens
Təxəllüsü Boz
Doğum tarixi 7 fevral 1812(1812-02-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1870(1870-06-09)[3][4][…] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Vətəndaşlığı

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Milliyyəti ingilis
Fəaliyyəti yazıçı, romançı, jurnalist, ictimai tənqidçi, dramaturq, müəllif, uşaq ədəbiyyatı yazıçısı, redaktor[d], nasir, botanik, hekayə yazıçısı[d]
Əsərlərinin dili Britaniya ingiliscəsi
İstiqamət realizm
Janrlar povest
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosu Çarlz Dikkens Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır.[6]

Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. O əsərlərini hissə-hissə yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir.

18 yaşlı Çarlz

Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir. Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlamışdır. Sonralar o, həyatını avtobioqrafik roman olan "Devid Koperfild"də qeyd etmişdir. 1827-ci ilin mayında Dikkens hüquq bürosunda işə başlamışdır. 1828-ci ilin noyabrınadək burada xidmət göstərmişdir. 1833-cü ildə özünün ilk hekayəsi olan "Qütb gəzintisində nahar"ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə "Boz" təxəllüslü Dikkens özünün ilk romanını — "Pikvik qəzetləri"ni nəşr etdirməyə başlamışdır. Sonralar o, "Oliver Tvist", "Nikolas Niklbay", "Devid Kopperfild" və s. əsərlərini yazmışdır.

Çarlz Dikkens

2 aprel 1836-cı ildə evlənmişdir. On uşağı olmuşdur. 1842-ci ildə ABŞKanadaya səyahət etmişdir. 1867–1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş və Emerson Fildz və başqaları ilə tanış olmuşdur. 1870-ci ildə vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Onun bədii yaradıcılıq üslubu fantastika və realizmin birləşməsindən ibarətdir. Onun yaratdığı surətlər ingilis ədəbiyyatının ən yaddaqalan surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu "ağır artilleriya ustası" adlandırılar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast gəlinir.

Ç. Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç. Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.

Ç. Dikkensin yaradıcılığında "İki şəhərin hekayəti" romanı xüsusi yer tutur. Üslubuna, mövzusuna və digər cəhətlərinə görə bu əsər Dikkens yaradıcılığının zirvəsi hesab edilir, başqa sözlə, "İki şəhərin hekayəti" romanı böyük ingilis yazıçısı Ç. Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır.

  • Nə də olsa ruhlar da dənizlər kimidir; dərinlik ancaq dərinliklərə cavab verir.