Varnakert döyüşü

Vardanakert döyüşüAraz çayı yaxınlığındakı Varnakertdə yerləşdirilmiş ərəb qarnizonu ilə Ermənistan knyazlıqları arasında döyüş. Erməni knyazı VI Smbat Baqratuni Naxçıvanda qarnizondan olan 5,000 nəfərlik əməvi ordusunu məğlub etmişdi.[1] Qəfil hücuma məruz qalan ərəblər Araz çayına qaçmış, orada ya boğulmuş, a da donaraq ölmüşdülər.[1] Bizans komissiyası tərəfindən hakimiyyətə seçilən Smbat Ərməniyyənin əksəriyyətini yenidən ələ keçirməyə, ərəbləri regiondan qovmağa nail olmuşdur.[2]

Varnakert döyüşü
Tarix 702/703
Yeri Varnakert
Nəticəsi Ermənilərin qələbəsi
Münaqişə tərəfləri

Əməvilər xilafəti

Ərməniyyə

Komandan(lar)

Ərməniyyəli Ostikan

VI Smbat Baqratuni

Tərəflərin qüvvəsi

5,000

2,000

Bu uğura baxmayaraq, əməvi generalları Məhəmməd ibn Mərvan və Məsləmə ibn Əbdülməlik tezliklə Ərməniyyə üzərində nəzarəti bərpa etmişdilər. 704-cü ildə Naxçıvanın baş kilsəsinin yandırılması, orada erməni knyaz ailələrinin genişmiqyaslı qırğınının təşkil edilməsi ilə müsəlmanların regiona nəzarəti təmin edilmişdir.[2]

  •  Hoyland, Robert G. In God's Path: The Arab Conquests and the Creation of an Islamic Empire. Oxford University Press. 2015.
  •  Macler, Frederic. Armenia // The Cambridge Medieval History. IV:The eastern Roman empire (717-1453). Cambridge at the University Press. 1923.