Varniçi burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin şərqində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burunda 1575-ci ildə Yakov və Qriqori Stroqanovlar dəniz suyundan duz hasil edən müəssisəni işə salırlar. 1579-cu ildə duz sexi Peçenqski monastrına verilir. XVII əsrdə isə sex fəaliyyətini dayandırmışdır. 1916-cı ildə hərbi gəmilərin bura yan alması üçün priçallar mövcud idi. Burada emalatxanalar vardı. 1934-cü ildə həmin müsissələr Murmansk balıqçılıq limanına çevrilmişdir.
Varniçi burnu | |
---|---|
Yerləşməsi | |
68°57′55″ şm. e. 33°02′56″ ş. u. | |
Akvatoriya | Barens dənizi |
Ölkə | Rusiya |
|
Burunun cənub hissəsindən körfəzə Varniçi axarı tökülür (kollektrlaşdırılmış).