Vaserkel (çeç. Васар-кхелли[1]) — Dağlıq Çeçenistan Respublikasının tarixində "Cəsurlar qalası" adlanan ən əfsanəvi qala komplekslərindən biri.
Vaserkel | |
---|---|
çeç. Васар-кхелли | |
42°41′24″ şm. e. 45°20′51″ ş. u. | |
Ölkə | Rusiya |
Rayon | Qalançoj rayonu |
Yerləşir | Çeçenistan, Qalançoj rayonu |
Tikilmə tarixi | XI əsr |
Dövlət | Çeçenistan |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vaserkel qala kompleksi Pirikit Xevsureti ilə sərhəddə, Kore-lam dağının qayalıqları arasında, Tebulosmta massivində yerləşir. XI əsrdə (taxta konstruksiya hissələrinin radiokarbon analizi və binanın təməlində daşlara həkk olunmuş petroqliflərin laboratoriya analizi) qalanın divarları arasında və üç tərəfdən əlçatmaz darvə uzun zirvə üzərində ucaldılmış, Çeçenistandan Gürcüstana gedən və Çeçenistanın tarixi bölgəsi olan Maystadan keçən mühüm yola tam nəzarət edirdi. Çeçen dilindən tərcümədə "Maysta" sözünün mənası "yüksək dağlıq, yuxarı, kənar" deməkdir. Onun mərkəzində Arqun çayının qolu olan Maysta-erx çayı axır və dərənin kənarlarında, ən əlamətdar yerlərdə qala kompleksləri var idi. Orta əsrlərdə Maysta bir növ dağlıq Çeçenistanın mərkəzi idi, bir vaxtlar burada Mexk-kxel toplanırdı. Rəvayətə görə, çeçenlərin bir hissəsinin yaradıcısı olan əfsanəvi Molkx Vaserkeldə yaşayıb, o, sonra Naşxaya köçüb, daha sonra İçkeriyanın qurucusu olub.[2].
1927-ci ilin sonu-1928-ci ilin əvvəllərində Avstriya etnoloqu Bruno Pleçke Qalançoj ərazisində tədqiqat aparır. O, Maystadakı petroqlifləri olan qalalara, "ölülər şəhəri" Vaserkelə, Tsa-kale qalalarına, Puoqa kəndində müdafiə qalaları və bir neçə yaşayış qalasından ibarət qala kompleksinə baxış keçirir.[3]
1929-cu ildə Maysta abidələri A.V.Uels tərəfindən tədqiq edilmiş, burada 55-dən çox kript, 12 qala (əsasən döyüş), 3 ziyarətgah qeydə alınmışdır, onlardan biri Poqo kəndində Akaça adlanırdı.[4]. O, həmçinin Vaserkel nekropolu ərazisində yerləşən iri ziyarətgahı da (məbədi) təsvir etmişdi.
Daha sonra 1977-ci ildə Vaserkel qalla kompleksinin tədqiqi tarixçi, arxeoloq V.P.Kobıçev tərəfindən aparılmışdır.[5]
Vaserkel qalasının şimalında böyük nekropol — yamaclar boyunca səpələnmiş iyirmidən çox daş qəbir abidəsindən ibarət "ölülər şəhəri" var. Əsasən, bunlar böyük şifer plitələrindən hazırlanmış, ön tərəfində kvadrat çuxurlu damı olan kiçik daş evlərdir. İki mərtəbəli abidələr də vardır.[2]
Vaserkel qalasının cənub tərəfində müdafiə qalası ucalır, bu yerdə müdafiə strukturları kompleksi yerləşir. Qalanın içərisində orta əsr evlərinin xarabalıqları qorunub saxlanılıb, lakin kəndin çox hissəsi artıq meşə ilə əhatələnib. Rəvayətə görə, hərbi təhlükə yaranarsa, Vaserkeldə mindən çox yaxşı silahlanmış əsgəri yerləşdirmək mümkün idi. Vaserkel erkən orta əsrlərdə, mütəşəkkil təşkil olunmuş ordu tərəfindən işğal edildikdə sonra tənəzzülə uğradı. Bu hadisələrdən sonra ərazi, sakinləri tərəfindən tərk edilir.
Vaserkel mərkəzdən çox uzaqda, Çeçenistan Respublikasının sərhədyanı bölgəsinin əlçatmaz və praktiki olaraq ziyarət edilməyən hissəsində yerləşir. Qala kompleksinə: 12 qala (2 müdafiə, 10 yaşayış yeri), 36 məzarlıq daxildir.