Vasif Haqverdiyev (15 oktyabr 1978, Bakı) — Keçmiş azərbaycanlı futbolçu.[1] Cinah müdafiəçisi kimi çıxış edib. "İnşaatçı"(Bakı), "Bakı fəhləsi", "Fərid", "Qarabağ", "Turan", "Xəzər Unversiteti", "MKT-Araz", "MOİK", "Standart", "Olimpik", "Kəpəz" klublarının formasını geyinib.[2]
Vasif Haqverdiyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 178 sm |
Mövqeyi | müdafiəçi |
Karyerasına 1993-cü ildə Bakının "İnşaatçı" komandasında başlayıb. 1996-cı ildə Bakının "Fərid" klubuna keçib. 1997-ci ildə "Bakılı" klubunun formasını geyinib.
Azərbaycan çempionatının 1997–1998-ci il mövsümu başa çatdıqdan sonra əsas heyət oyunçularının çoxunu itirən "Qarabağ" klubu, heyətə gənc oyunçular dəvət etməyə başlayır. Bunlardan biri də Vasif Haqverdiyev olur. "Qarabağ" ilə ilk mövsümundə komanda çempionatda dörduncu yeri tutur. Çempionatdakı tutduğu yerə görə "Qarabağ" o zaman Avropanın üçuncu turniri olan "UEFA İntertoto Kuboku"nda iştirak imkanı qazanır. Bu turnirdə Avropa yarışlarında ilk dəfə mərhələ adlayan Azərbaycan komandası olan "Qarabağ"ın, İsrailin "Makkabi" klubu ilə hər iki oyununa meydanda olur.[3]
2001-ci ildə "Qarabağ"dan ayrılan futbolçu Tovuzun "Turan" komandasına keçir. Tovuz klubunda 6 ay forma geyindikdən sonra, mpvsümun qalan hissəsini Bakının "MOİK" klubunda keçirir.
2003-cü ildə futbolçu "Xəzər Unversiteti" (indiki "Şamaxı" klubu) klubuna keçir.
2004-cü ildə İmişlinin "MKT-Araz" klubuna keçir.
2005-ci ildə təkrar "Qarabağ" klubuna keçir.
2007-ci ildə Bakının "Standart" klubunun sıralarına qoşulur.
2009-cu ildə Bakının "Olimpik" klubuna keçir.
2010-cu ildə Gəncənin "Kəpəz" klubunun sıralarına qoşulur. Burada iki mövsüm çıxış etdikdən sonra 2012-ci ildə karyerasını başa vurur.