MOİK Bakı FK

Mərkəzi Ordu İdman Klubu Futbol Klubu və ya qısaca MOİK FK — Azərbaycanın futbol klubu. Azərbaycan I divizionunda çıxış edir.

MOİK Bakı FK
Loqonun şəkli
Klubun tam adı Mərkəzi Ordu İdman Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) hərbçilər
Yaranma tarixi 1961 (63 il əvvəl) (1961)
Stadionu Bayıl stadionu
Tutumu 3200
Prezidenti Polkovnik-leytenant Mənsur Nəcəfov
Baş məşqçisi Ramil Əliyev
Liqa Azərbaycan Birinci Liqası
2022-23 8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib.[1]

OİK (Ordu İdman Klubu) klubu 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir. SSRİ Futbol Liqasında heç vaxt iştirak etməyən klub SSRİ Kubokunda yalnız 1 dəfə iştirak edib. Klub Azərbaycan SSR Liqasında 4, Azərbaycan SSRİ Kubokunda 8 dəfə qalib olub. 1993-cü ildə Azərbaycan Birinci Liqasında yer alıb. 1995-ci ildə isə ilk dəfə Yüksək dəstədə mübarizə aparıb. 2 dəfə Azərbaycan Birinci Liqasında qalib olmuş klubun Yüksək liqalardakı ən yüksək nəticəsi 2001-ci ildə 7-ci yer olub. 2003/04 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.

Azərbaycan Çempionatında və Kubokunda

[redaktə | mənbəni redaktə et]
Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Kubok
1993–94 2-ci 4 18 14 2 2 39 12 30 1/16
1994–95 2-ci 2 28 22 2 4 68 21 46 1/16
1995-96 1-ci 9 20 5 1 14 16 43 16 1/16
1996-97 1-ci 11 30 7 6 17 26 50 27 1/16
1997-98 1-ci 7 26 12 7 7 39 29 43 1/8
1998-99 1-ci 9 32 8 11 13 28 36 35 1/8
1999-00 1-ci 12 22 3 3 16 11 41 12 1/16
2000–01 2-ci 1 22 16 5 1 67 17 53 1/4
2001-02 1-ci 7 30 12 4 16 30 43 34 1/8
2003-04 1-ci 8 26 7 8 11 25 32 29 1/4
2004-05 1-ci 15 34 7 9 18 24 34 30 1/4
2005-06 1-ci 13 26 2 3 21 13 67 9 1/16
2006–07 2-ci 9 18 4 3 11 22 37 15 1/16
2007–08 2-ci 2 20 13 5 2 31 17 44 1/16
2008-09 1-ci 14 26 1 2 23 12 64 5 1/8
2009–10 2-ci 2 22 15 2 5 48 25 47 1/16
2010-11 1-ci 12 32 4 6 22 14 55 18 1/16
2011–12 2-ci 13 26 7 4 15 34 44 25 işt. etməyib
2012–13 2-ci 5 24 11 6 7 39 28 39 işt. etməyib
2013–14 2-ci 12 30 7 8 15 37 56 29 1/16
2014–15 2-ci 12 30 8 5 17 26 60 29 1/8
2015–16 2-ci 4 26 14 5 7 53 24 47 1/16
2016–17 2-ci 7 13 6 3 4 32 17 21 1/16
2017-18 2-ci 4 1/16
  1. "Mərkəzi Ordu İdman Klubunun uğurları". 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]