Vasif Süleyman

Vasif Süleyman (Süleymanov Vasif İsgəndər oğlu) — azərbaycanlı şair,[1] publisist,[2] Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1996).

Vasif Süleyman
Vasif İsgəndər oğlu Süleyman
Doğum tarixi (59 yaş)
Doğum yeri Dəllər, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1991-1996).

"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri "Pioner" və "Ulduz" jurnallarında dərc edilib.

  1. "Sevgi atılandan sonra başlayır", 1993
  2. "Eşq ol, dərgahına səcdəyə gəlim", 2003
  3. “Bu, ömürdür mən dediyim, nağıl yox”, 2013

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Publisistika sahəsində uğurlu fəaliyyətinə görə "Qızıl qələm", eləcə də "Şahmar Əkbərzadə" mükafatları alıb.

6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

  1. Şeirlər - Vasif SÜLEYMAN
  2. "Məni axtaranda tapmağa nə var... - Vasif SÜLEYMAN". 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.