Vasif Səmədov (d. 24.01.1950, Masallı) — Azərbaycanlı Əməkdar jurnalist.
Vasif Səmədov | |
---|---|
Vasif Həzərxan oğlu Səmədov | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Azərbaycan |
Vəfat tarixi | (74 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Tanınır | “Oqonyok” jurnalının laureatı |
Mükafatları |
Əməkdar jurnalist, “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “Araz” |
“Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarının laureatı, Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib. [1]
22 yanvar 1950-ci ildə Masallıda anadan olub. ADU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra, Ukraynada əsgərlik kecirib. “Azərbaycan pioneri”nin səhifələrindən başlanan, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer” qəzetlərindən keçən, “Oqonyok”dan və “Literaturnaya qazeta”dan şaxələnən jurnalistlik fəaliyyəti, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrində işləyib.
Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi araşdırmaların, aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mənbədir. [2]
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədovun atasıdır.[3]
29 aprel 2024-cü ildə vəfat edib