Vasili Dubrovski İvanoviç (d. 1868 — ?) — rus kökənli Rusiya İmperator Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, general-mayor.
Gennadi Nikolayeviç Tarxanov | |
---|---|
RuscaГеннадий Николаевич Тарханов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya İmperiyası |
Vəfat tarixi | Bilinmir |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Milliyyəti | Rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu |
Xidmət illəri | 1886-1920 |
Rütbəsi | General-mayor |
Döyüşlər | Birinci Dünya müharibəsi |
Təltifləri |
Ümumi təhsilini Mixaylovski Voronej Kadet Məktəbində almışdır.
Hərbi xidmətinə 1886-cı ilin 29 avqustunda sıravi rütbə ilə Konstantinski Məktəbində başlamışdır. 7 avqust 1887-ci ildə podporuçik rütbəsi almış və IV Nesvijskiy alayında xidmət etməyə başlamışdır. 1891-ci ildə poruçik rütbəsi almışdır. O, həmçinin Aleksandrovski hərbi-hüquq məktəbini birinciliklə bitirmiş və 1895-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir. 6 iyun 1896-cı ildə hərbi dəniz qüvələri sahəsində çalışmışdır. 1897-ci ildə isə, kapitan rütbəsinə yüksəlmişdir. 2 may 1901-ci ildə hərbi prokurorun köməkçisi təyin edilmişdir. Elə həmin ildə də, polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.[1]
1 yanvar 1905-ci ildə Qafqaz Hərbi Dairəsinin hərbi müfəttişi olmuş və 1905-ci ildə polkovnik rütbəsinə yüksəlmişdir. 13 iyun 1907-ci ildə Qafqaz Hərbi Dairəsinin prokuror köməkçisi təyin edilmişdir. 3 aprel 1913-cü ildə isə həmin dairənin hərbi prokuroru olmuşdur. Həmin ilin 14 aprelində general-mayor rütbəsinə yüksəlmişdir.[2]
Rusiya imperiyası dağıldıqdan bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etməyə başlamışdır. 1919–1920-ci illərdəki xidməti boyunca hərbi-dəniz qüvvələri hərbi hissəsinin komandanı olmuşdur.[3] Bolşeviklər tərəfindən həyata keçirilən Aprel işğalından sonrakı taleyi bilinmir.[4]
[Kateqoriya:Azərbaycan generalları]]