Vasili Bakşeyev

Vasili Nikolayeviç Bakşeyev (rus. Васи́лий Никола́евич Бакше́ев) — sovet rəssamı. Peterburq Rəssamlıq Akademiyasının akademiki (1913). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947). SSRİ xalq rəssamı (1956).

Vasili Bakşeyev
rus. Бакшеев, Василий Николаевич
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Milliyyəti rus
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti rəssam
Təhsili Moskva boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbi
Janr peyzaj
Stillər realizm, sosialist realizmi
Mükafatları "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı "SSRİ xalq rəssamı" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vasili Bakşeyev 24 dekabr 1862-ci ildə Moskvada anadan olmuşdur. 18771888-ci illərdə A.K.Savrasov, V.D.Polenov və başqalarından dərs almışdır. Realist rəssamlar Birliyinin (19271931) təşkilatçılarından olmuşdur. Erkən yaradıcılığı son peredvijnikçilik ənənələri ilə bağlı idi. ("Gündəlik həyat" 18921893, "Evə qayıtma" 1898; hər ikisi Tretyakov qalereyasındadır). Vasili Bakşeyevin əsərlərinə əzəli lirik əhvali-ruhiyyə xasdır. ("Göyərçinlərə dən verən qız" (1887). Onlardakı bədiilik bir çox hallarda Polenovdan mənimsənilmiş plener vərdişləri ilə şərtləndirilir. Bu, bütün həyatı boyu onun yaradıcılığının əsas janrı olmuş peyzajda özünü daha qabarıq büruzə verir. ("Payız şəfəqləri", 1916, "Mavi bahar", 1930, "Tutqun səhər", 1945). Bakşeyevin "Moskva ətrafında" (1933) və "Yay günü" (1948) tabloları Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

  • Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011. səh 86.