Vasili Vladimiroviç Katarinski (rus. Катаринский, Василий Владимирович; 1 mart 1846, Kazan quberniyası – 20 may 1902, Orenburq, Orenburq quberniyası[d], Rusiya imperiyası) — Rusiya türkoloqu.[1]
Vasili Katarinski | |
---|---|
Doğum tarixi | 1 mart 1846 |
Doğum yeri | |
Vəfat tarixi | 20 may 1902 (56 yaşında) |
Vəfat yeri |
|
Vasili Vladimiroviç Katarinski 1846-cı ildə anadan olmuşdur. Kazan seminariyasında və Kazir İlhiyyat Akademiyasında oxuyub. Bir müddət Çeboksarı məktəblərində müəllimlik etmişdir. Sonra Orenburq təhsil dairəsində tatar, başqırd və qırğız məktəblərində müfəttiş işləmişdir. Əsas elmi istiqaməti ikidilli leksikoqrafiyadır. Rusca-başqırdca, başqırdca-rusca lüğətləri ilə tanınmışdır. Bunlardan başqa, qırğızca-rusca, rusca-qırğızca lüğətlərinin və "Qırğız dilinin qrammatikası, fonetikası, etimologiyası və sintaksisi"nin müəllifidir.[2]
Vasili Katarinski 20 may 1902-ci ildə 56 yaşında vəfat etmişdir.[1]