Vasili İvanoviç Kazakov (rus. Василий Иванович Казаков; d. 18 iyul 1898, Filipovo — ö. 25 may 1968) — SSRİ artilleriya marşalı, İkinci dünya müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı.
Vasili İvanoviç Kazakov | |
---|---|
Василий Иванович Казаков | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Filipovo, Buturlin rayonu, Nijni Novqorod oblastı, Rusiya imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | artilleriya[d] |
Xidmət illəri | 1915-1968 |
Rütbəsi | artilleriya marşalı |
Döyüşlər |
Birinci dünya müharibəsi Rusiya vətəndaş müharibəsi Polşa-SSRİ müharibəsi İkinci dünya müharibəsi |
Təltifləri |
Lenin ordeni (4) Qırmızı Bayraq ordeni (5) Suvorov ordeni 1-ci dərəcə (3) Suvorov ordeni 2-ci dərəcə Kutuzov ordeni 1-ci dərəcə "Qırmızı Ulduz" ordeni "Moskvanın müdafiəsi" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı Virtuti Militari Qrünvald xaçı[1] |
Vikianbarda əlaqəli mediafayllar |
1898-ci ildə Nijni Novqorod quberniyasında Flipovoda kəndli ailəsində anadan olmuşdur. 1915-ci ildə İmperiya ordusuna qatılaraq Birinci dünya müharibəsində iştirak etmişdir. 1917-ci ilin əvvəllərində Riqa yaxınlığında yaralandığından Sankt Peterburqdakı ehtiyat birliyə köçürülmüşdür. Ordu dağılandan və Rusiya vətəndaş müharibəsi başladıqdan sonra ordudan tərxis edilmişdir. Tezliklə o, könüllü şəkildə yeni yaradılmış Qırmızı orduya qatılaraq artilleriya komandanı olmuş, Rusiya vətəndaş müharibəsi və Polşa-Rusiya müharibəsində[2] iştirak etmişdir. 1925-ci ildə Moskva artilleriya Akademiyasını[3] bitirmiş, 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. İki il ərzində Frunze Akademiyasında oxumuşdur. 7 may 1940-cı ona ildə general-mayor rütbəsi verilmişdir.
İkinci dünya müharibəsinin başlanğıcında o, 7-ci Mexanikləşdirilmiş Korpusa komandirlik edirdi.[4] Smolensk və Moskva uğrunda döyüşlərdə iştirak edərək anti-tank artilleriyası üçün yeni metodlar inkişaf etmişdir.[5] 1942-ci ildə Bryansk cəbhəsində Konstantin Rokossovskinin artilleriya komandiri olmuşdur. Generalla Stalinqrad, Don, Mərkəz və 1-ci Belarus cəbhəsində vuruşmuşdur. 17 noyabr 1942-ci ildə general-leytenant, 18 sentyabr 1943-cü ildə general-polkovnik rütbəsinə yüksəlmişdir. O, Kursk döyüşünün plançılarından biri idi. Baqration əməliyyatında Aşağı Dnepr hücumunda və Almaniyadakı döyüşlərdə iştirak etmişdir. Vistula-Oder hücumunda töhfələrinə görə 6 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı (medal No. 5871) adına layiq görülmüşdür.
Müharibədən sonra Almaniyadakı SSRİ qüvvələrinin artilleriya qruplaşmalarının komandiri olmuşdur. 1950-ci ilin martında artilleriya Korpusunun ilk müavininə çevrilmişdir. Yanvar 1952-ci ildə komandir olmuş, aprel 1953-cü ildə yenə müavin rütbəsinə endirilmişdir. 11 mart 1955-ci ildə marşal rütbəsi əldə etmişdir. Quru Qoşunlarının Hava Müdafiəsində 1958-1965-ci illərdə işləmişdir.
1968-ci ilin 25 mayında Moskvada ölmüşdür.