Vasili Utkin (rus. Василий Уткин; 6 mart 1972, Balaşixa, Moskva vilayəti – 19 mart 2024, Moskva[1]) — rusiyalı İdman jurnalisti, televiziya şərhçisi, televiziya və radio aparıcısı, şoumeni və aktyoru. Sports.ru portalının həmsahiblərindən biri.[3] 1 sentyabr 2010-cu ildən 31 avqust 2015-ci ilədək "NTV-Plyus" idman kanallarının baş redaktoru.[4][5]
Vasili Utkin | |
---|---|
rus. Василий Вячеславович Уткин | |
Doğum tarixi | 6 mart 1972 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 mart 2024 (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi[2] |
Fəaliyyəti | idman jurnalisti[d], şərhçi, aktyor, yazıçı, İntellektual oyunlar iştirakçısı[d], televiziya aparıcısı, radioaparıcı[d], baş redaktor, YouTuber, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1992–2024 |
Mükafatları | |
vasiliyutkin.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ildən 2015-ci ilədək "STS" telekanalında "Böyük sual" əyləncəli oyun şousunu aparıb.[6] 1 noyabr 2015-ci ildən 5 fevral 2016-cı ilədək "Matç TV" telekanalının əməkdaşı olub. 3 mart 2016-cı ildən 13 may 2017-ci ilədək "Eurosport" telekanalının şərhçisi işləyib.[7]
15 iyul 2016-cı ildə "Con Donn" pab şəbəkəsinin kreativ direktoru vəzifəsinə təyin edilib.[8]
Bir sıra həmkarlarının, futbolçuların və medianın fikrincə, Utkin Rusiyada müasir idman jurnalistikasının dilini və imicini yaradıb,[9][10][11] eyni zamanda dövrünün ən istedadlı və tanınan rusdilli futbol şərhçisi olub.[12][13][14][15]
Artıq çəkidən və ürək-damar sistemindəki problemlərdən əziyyət çəkən Utkin, 19 mart 2024-cü il tarixində vəfat edib.[16]