Vaxtanq Taqavorazn

Vaxtanq Talavoraz (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı.[1]

Vaxtanq Talavoraz
erm. Վախթանգ Թագավորազն
Knyaz Vaxtanq XIII əsrə aid miniatürdə
Knyaz Vaxtanq XIII əsrə aid miniatürdə
III Aterk hakimi
1182 – 1214
ƏvvəlkiHəsən Monax
SonrakıIII Həsən
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi
Atası Həsən Monax
Anası Mamaxatun Baqratuni
Həyat yoldaşı Arzuxatun
Uşaqları Həsən, Qriqor
Dini xristian

Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir.

Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır.[2] 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır.[2] Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.[3]

Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik tərəfindən idarə edilən Aşağı Xaçın arasında bölünmüşdür. 1214-cü ildə Xudavəng monastırında Vaxtanqın məzarı üzərində, xanımı Arxuxatun və oğlanları tərəfindən kafedral kilsə inşa edilmişdir.

  1. Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 71.
  2. 1 2 Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 72
  3. Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 73.