Vençeslav Novak

Vençeslav Novak

Vençeslav Novak (xorv. Vjenceslav Novak; d. 11 sentyabr 1859, Sen – ö. 20 sentyabr 1905, Zaqreb) — Xorvatiya realist yazıçısı, dramaturqu, musiqi tarixçisi.

Vençeslav çex mühacir ailəsində doğulub. Anası Bavariya immiqrantlarından idi. O, Xorvatiyanın ən görkəmli realist yazıçılarından olduğundan Xorvatiyanın Balzakı adlandırılıb. O, ibtidai və orta məktəbi Sen və Qospikdə bitirib və bir müddət Sendə müəllim işləyib.

O, bədii yaradıcılığa 1881-ci ildə yazdığı Maka romanı ilə başlayıb. Yaradıcılığı illərində Vençeslav yeddi roman yazıb və otuz hekayə dərc etdirib. Hekayələrdən savayı o, həm də şeir, felyeton, pyes, tənqidi məqalələr və musiqi əsərlərinin müəllifidir.

O, Vekoslav Klaiçlə birlikdə 1892-ci ildə Gusle: Časopis za svjetovnu i crkvenu gasbu adlı musiqi qəzeti nəşr etdirir. Bu qəzet yalnız bir il dərc olunur və Vençeslav növbəti il yalnız özünün redaktoru olduğu Glazba: List za crkvenu i svjetovnu gazbu te dramatsku umetnost jurnalının çapına başlayır. Jurnal 1893-cü ilin sonuna qədər nəşr olunur.

Onun tuberkulyozdan əziyyət çəkən, yoxsulluqla mübarizə aparan böyük ailəsi olub. O,1905-ci il, yəni ölümünə qədər yazıçı, tənqidçi, tərcüməçi kimi fəaliyyət göstərib.

Romanları

  • Pavao Šegota
  • Pod Nehajem
  • Posljednji Stipančići (Matica Hrvatska, 1899, Agram)
  • Dva svijeta
  • Tito Dorčić
  • Nikola Baretić

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]