Vendiya Muzeyi (alm. Wendisches Museum Cottbus, a.sorb Serbski muzej Chóśebuz) — Almaniyanın Kottbus şəhərində Aşağı Sorbların tarixi və mədəniyyətinə həsr olunmuş muzeydi. 3 iyun 1994-cü ildə açılışı olub. O, Köhnə Şəhər Meydanının yaxınlığında, Mühlenstraße 12 ünvanındakı binada yerləşir.
Vendiya Muzeyi | |
---|---|
alm. Wendisches Museum Cottbus, a.sorb Serbski muzej Chóśebuz | |
Əsası qoyulub | 1908 |
Açılış tarixi | 3 iyun 1994 |
Ölkə | |
Ünvan | Mühlenstrabe 12, 03046 Cottbus |
Direktor | Verner Meşkank |
Telefon | +49-355-794930 |
51°45′35″ şm. e. 14°20′04″ ş. u. | |
wendisches-museum.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Vendlərin tarixi və mədəniyyətindən bəhs edən ilk eksponat kolleksiyası 1908-ci ildə Kottbus şəhər (diyarşünaslıq) muzeyində təqdim edilmişdir. Bu kolleksiya Üçüncü Reyxin dövrünə qədər ictimai sahədə mövcud olmuşdur. Bu kolleksiyadakı eksponatların əksəriyyəti İkinci Dünya Müharibəsi zamanı itmişdi. Sonralar GDR dövründə, 1980-ci ildə Kottbusda (Branicki Parkında) yerləşən sarayda sorb dillərində ədəbiyyat muzeyi yaradıldı. Muzey əvvəlcə daimi sərgi kimi fəaliyyət göstərildi, lakin sonralar səyyar sərgiyə çevrildi.[1] Bir müddət sonra bu kolleksiya arxivə göndərildi. 1985-ci ildən sonra arxiv materialları əsasında yeni daimi sərgi işlənib hazırlanmışdır. Məqsəd təkcə ədəbiyyat haqqında deyil, həm də vendlərin musiqisi, folkloru və təsviri sənəti haqqında sərgi yaratmaq idi. Almaniyanın yenidən birləşməsindən sonra 3 iyun 1994-cü ildə şəhərdə tam hüquqlu Vendiya muzeyi açıldı. Daimi sərgidən əlavə, yarandığı gündən tarix-diyarşünaslıq muzeyinin 15 ekspozisiya zalında müxtəlif mövzularda və qırxdan çox xüsusi sərgi keçirilmişdir. Bütün sərgilər ikidilli keçilirdi alman və sorb dillərində. Bu gün muzeydə Aşağı Sorb milli geyimlərinin ən böyük kolleksiyası var.[2]