Veneranın doğulması (Botiçelli)

"Veneranın doğulması" (it. Nascita di Venere) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir.

Veneranın doğulması
it. Nascita di Venere
Veneranın doğulması (1486)
Veneranın doğulması (1486)
Rəssam Sandro Botiçelli
Tarixi 1482-1486
Üslubu mifologiya rəssamlığı[d],
Ölçüləri 172,5 sm[1] × 278,5 sm[1]
Materialı tempera[1]
Saxlanıldığı yer Uffizi
Vəziyyəti Muzeydə sərgilənir
Saytı wga.hu/html/b/botticel/5…
İnventar nömrəsi 00158551[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Veneranın doğulması (Buqro)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 https://www.uffizi.it/opere/nascita-di-venere.
  2. http://www.polomuseale.firenze.it/catalogo/scheda.asp?nctn=00158551.