Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vera Karlovna Şirye (rus. Вера Карловна Ширье; 31 yanvar 1915, Bakı – 1 may 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1961).
Vera Şirye | ||||
---|---|---|---|---|
rus. Вера Карловна Ширье | ||||
Doğum tarixi | ||||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | |||
Vəfat tarixi | (88 yaşında) | |||
Vəfat yeri | Bakı, Azərbaycan | |||
Dəfn yeri | Fəxri Xiyaban | |||
Milliyyəti | rus | |||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
|||
Fəaliyyəti | aktrisa | |||
Fəaliyyət illəri | 1933-cü ildən | |||
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı | |||
Mükafatları |
|
Vera Şirye səhnə fəaliyyətinə 1933-cü ildən Bakı İşçi Teatrı (1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlamışdır. 1938-ci ildən həmin teatrın aktrisası olmuşdur.
Mirandolina ("Mehmanxana sahibəsi", K. Qoldoni), Maşa ("Canlı meyit", L. Tolstoy), Melanya ("Günəşin övladları", M. Qorki), Anna İliniçna ("Ailə", İ. Popov), Qızyetər ("Xanlar", S. Vurğun), Nataşa ("Şərqin səhəri", Ə. Məmmədxanlı), Ledi Hef ("Oğruların şənliyi", J. Anuy), Tereza ("Terezanın ad günü", G. Mdivani), Pori xala ("Sən no üçün yaşayırsan?", İ. Qasımov və H. Seyidbəyli), Elizaveta ("Mariya Stüart", F. Şiller), Kuraj ana ("Kuraj ana və uşaqları", B. Brext) və s. Bədii qiraət ustası kimi də tanınmışdır.