Vera Lantratova (rus. Ве́ра Лантра́това; doğ. 11 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ — 20 aprel 2021) — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Neftçi klubunun oyunçusu. Olimpiya, dünya və Avropa çempionu. SSRİ əməkdar idman ustası (1991).
Vera Lantratova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan SSR[1] |
Vəfat tarixi | (74 yaşında) (73 yaşında) |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Voleybolçu məlumatları | |
Boyu | 1.74 sm[1] |
Çəkisi | 72 kq[1] |
Zərbəsi | ??? sm |
Bloku | ??? sm |
Mövqeyi | Hücumçu[2] |
Klub karyerası | |
????–???? | Neftçi |
Milli komanda karyerası | |
1967–1970[2] | SSRİ |
Klub səviyəsində yalnız Bakının "Neftçi" komandasında çıxış edib.[3] Bu komandanın heyətində SSRİ çempionatının ikiqat bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR milli komandasının heyətində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı olub.[3]
1966-cı ildə gənc komandalar arasında Avropa çempionu olub.[3] 1967-1970-ci illərdə SSRİ yığmasında çıxış edib.[3] Yığmanın heyətində Olimpiya (1968), dünya (1970) və Avropa (1967) çempionu olub.[3]
Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) məzunudur (1971).[3]
İdmançı karyerasını bitirdikdən sonra Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) kafedra müdiri işləyib. Sonralar Leninqrada köçüb və orada orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.[3]