Verilənlər suverenliyi və ya data suverenliyi —məlumatların toplandığı ölkənin qanunlarına və idarəetmə strukturlarına tabe olması fikri. Verilənlərin suverenliyi anlayışı məlumat təhlükəsizliyi, bulud hesablamaları, şəbəkə suverenliyi və texnoloji suverenliklə sıx bağlıdır. Qeyri-müəyyən şəkildə müəyyən edilən və siyasətin formalaşmasında çətir termini kimi istifadə oluna bilən texnoloji suverenlikdən fərqli olaraq,[1] verilənlər suverenliyi verilənlərin özünü əhatə edən suallara aid edilir.[2] Verilənlərin bir ölkə daxilində qanunlara və idarəetmə strukturlarına tabe olması fikri kimi verilənlərin suverenliyi adətən iki şəkildə müzakirə olunur: Yerli qruplara və postkolonial dövlətlərindən yerli muxtariyyətə münasibətdə və ya transmilli məlumat axınına münasibətdə. Bulud hesablamasının yüksəlişi ilə bir çox ölkələr məlumatların suverenliyinin ölçülərini əks etdirən məlumatların idarə edilməsi və saxlanması ilə bağlı müxtəlif qanunlar qəbul etmişdilər.[2] 100-dən çox ölkədə verilənlərin suverenliyi ilə bağlı qanunlar mövcuddur.[3] Öz-özünə suveren şəxsiyyət ilə fərdi şəxsiyyət sahibləri öz etimadnamələrini tam yarada və idarə edə bilərlər, baxmayaraq ki, bir ölkə hələ də bu paradiqmada rəqəmsal şəxsiyyət verə bilər.[4]
Kanada, Yeni Zelandiya, Avstraliya və Amerika Birləşmiş Ştatlarının yerli xalqları üçün yerlilərin verilənlərinin suverenliyi ilə bağlı müzakirələr hazırda davam edir.[5] Verilənlərin suverenliyi yerli xalqlar və fəallar tərəfindən özünüidarə strukturlarının əsas hissəsi və bütövlükdə yerlilərin suverenliyinin mühüm sütunu kimi qəbul edilir. Verilənlərin dekolonizasiyasını müdafiə edən fəallar yerli insanlara "onların arasında kimin sayılacağını müəyyənləşdirmək" üçün güc vermək və "yerli insanların maraqlarını, dəyərlərini və prioritetlərini" daha yaxşı əks etdirə biləcək bir yol kimi görür. Alimlər həmçinin iddia edirlər ki, öz verilənləri üzərində səlahiyyət verildiyi halda yerli xalqlar hansı verilənlərin ictimaiyyətə yayılacağına və nəyin yayılmayacağına qərar verə biləcəklər.[6]
Kanadada Britaniya Kolumbiyasında yaşayan Ktunaxa millətindən olan Qven Fillips Ktunaxa millətinə məxsus verilənlər suverenliyini və cəmiyyətdə özünüidarəyə aparan digər yolları müdafiə edir.[7]
Korporativ aktorlar tərəfindən irəli sürülən verilənlərin suverenliyinə dair ümumi tənqid onun bulud hesablamalarında proseslərə mane olması və onları məhv etmək potensialına malik olmasıdır. Bulud yaddaşı istənilən vaxt müxtəlif yerlərdə səpələnə və yayıla bildiyinə görə verilənlərin suverenliyi qanunlarına əsasən bulud hesablamasının idarə edilməsinin çətin olduğu iddia edilir.[8]
Bəzi alimlər məlumatların suverenliyinin dövlətin məlumatlara nəzarət edə bilmə səlahiyyətini daşıdığı arqumentini təqdim etmişdilər. Onlara görə, dövlətin və bir neçə böyük korporasiyanın məlumat resurslarına birbaşa təsirləri səbəbindən sahib olduqları bu hədsiz güc məlumatların suverenliyinin təhlükəsizliyini poza bilər.[9]